Məhkəmə qərarları › İş №e-2(012)-4311/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4311/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4311/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının yarısının ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşdirmə verərək Abşeron rayon məhkəməsinin 2(012)-4506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısının 1/4-nin xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün İddiaçı xeyrinə, qalan 3/4-nün isə xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 2019-cu ilin dekabr ayında faktiki nikaha daxil olmuşlar. Nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Son zamanlar Cavabdeh ilə aralarında olan faktiki ər-arvad münasibətləri pozulmuşdur.Cavabdeh uşağın saxlanmasında maddi cəhətdən iştirak etmir. Abşeron rayon məhkəməsinin qanuni qüvvəsini almış 2(012)-4506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1502/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X6 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Onların nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 da onun digər nikahından olan 3 uşağı – xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə yanaşı onun aylıq qazancının yarısından bərabər miqdarda dolanacaq təminatı almaq hüququ vardır. Bu baxımdan Cavabdeh aliment alımaq hüququ olan uşaqların ümumi sayının 4 olduğu, bununla da Qüdrət Məmmədovun cavabdehin aylıq qazancının yarısının 1/4-nə hüququ olduğu nəzərə alınmaqla onun aylıq qazancının yarısının ¼-i X2, ¾-ü isə cavabdehin digər nikahından olan 3 uşağına aid edilməlidir. Ona görə də Abşeron rayon məhkəməsinin 2(012)-4506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh aliment alımaq hüququ olan uşaqların ümumi sayının 4 olduğu, bununla da X1 cavabdehin aylıq qazancının aliment müəyyən edilən yarısının 1/4-nə hüququ olduğu nəzərə alınmaqla cavabdehin aylıq qazancının aliment müəyyən edilən yarısının 1/4-i X2, 3/4-ü isə cavabdehin digər nikahından olan 3 uşağına aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı izahatında göstərdi ki, Cavabdeh 2019-cu ilin dekabr ayında faktiki nikaha daxil olmuş, nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Son zamanlar Cavabdeh ilə aralarında olan faktiki ər-arvad münasibətləri pozulmuşdur.Cavabdeh uşağın saxlanmasında maddi cəhətdən iştirak etmir.Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş,lakin ərizə göndərərək iddia tələbinin əsasız olduğunu,cavabdehin uşaqlarına ödədiyi alimentin azaldılması üçün belə bir üsuldan istifadə etdiyini bildirmişdir.Ona görə də,iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan 1 saylı Bakı „Asan xdmət“ X9 tərəfindən verilmiş AZ-İV № 510730 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 24 avqust 2020-cü ildə Baki şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında Abşeron rayon məhkəməsinin 2(012)-4506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 qızının iddiası qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1502/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаları üçün cavabdeh ilə aralarında olan faktiki ər-arvad münasibətləri pozulmuşdur.iddiaçı X11 qızının хеyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh X11 ilə əvvəlki nikahından xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X10 doğulmuş və üşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron rayon məhkəməsinin 2(012)-4506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1502/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı X6 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 dünyaya gəlmiş, tərəflər arasında olan faktiki ər-arvad münasibətləri pozulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 76.1.3.3cü maddəsinə uyğun Cavabdeh alimen tutularkən xx.xx.2020-ci il təvəllüdlü X1 da mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd olunan normaya və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, Abşeron rayon məhkəməsinin 2(012)-4506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh aliment almaq hüququ olan uşaqların ümumi sayının 4 olduğu, bununla da X1 cavabdehin aylıq qazancının aliment müəyyən edilən yarısının 1/4-nə hüququ olduğu nəzərə alınmaqla cavabdehin aylıq qazancının aliment müəyyən edilən yarısının 1/4-i X2, 3/4-ü isə cavabdehin digər nikahından olan 3 uşağına aid edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 57,05 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 57,05 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar