Məhkəmə qərarları › İş №e-2(012)-4664/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4664/2022

15.08.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4664/2022 15.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Kreditor MMC-nin Borclu barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu barəsində borcun tutulması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 892 manat məbləğində əsas borc, müqavilələr üzrə hesablanmış 400 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1392 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmaması əmrdən imtina üçün əsasdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, 400 manat faiz borcunun hesablanmasına əsas olan sənədlər iş materiallarına əlavə edilməmişdir, yəni təqdim edilmiş maliyyə arayışında yalnız əsas borcun məbləği barədə məlumatlar vardır. Belə olan halda məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu barəsində borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar