Məhkəmə qərarları › İş №e-2(012)-4753/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4753/2021

02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4753/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Polad qızına qarşı “atalığa dair mübahisə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Polad qızına qarşı “atalığa dair mübahisə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılması, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh Polad qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə telerqam vurmaqla kifayətlənmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, Cavabdeh Polad qızı isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Polad qızına qarşı “atalığa dair mübahisə tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar