Məhkəmə qərarları › İş №e-2(012)-476/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-476/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-476/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın atanın yanında qalması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsinə verilməsi,xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur.Artıq xeyli müddətdir ki, uşaqlar onun yanındadır, uşaqların maddi tələbatlarını ödəyir. Cavabdeh ilə birgə təsərrüfat idarə etmirlər və uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Nikahımız pozulduqdan bu günə kimi uşaqların hər ikisi də onun yanındadırlar. Ona görə də uşaqların himayəmə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 04 mart 2020-ci il tarixli 2(060)-137/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Rizayeva (Məmmədova) Aysel Mikayıl qızı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 29 yanvar 2013-cü ıl tarixdə 104 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2013-cü ıl təvəllüdlü X7 və xx.xx.2014-cü ıl təvəllüdlü X8 anaları X2 yanında qalması,xx.xx.2013-cü ıl təvəllüdlü X6 və 09.08 2014-cü ıl təvəllüdlü X9 ataları İddiaçı alınaraq anaları X5 verilməsi, cavabdeh İddiaçı xx.xx.2013-ctı il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmas) üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment X2 xeytinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısı Aparatının “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-29/2-1682/2024 saylı rəyindən görünür ki, X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası (YYÇİHMK) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq xx.xx.2013-cü ıl təvəllüdlü X7 və xx.xx.2014-cü ıl təvəllüdlü X8 atası İddiaçı yanında qalmalarını X1 hüquq və mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Ailə Məcəlləsinin 22.2, 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Məhkəmə tərəflər arasında uşaqların kimin yanında qalması ilə bağlı həqiqətə nail olmaqdan ötrü rəy verilməsini Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə etmiş və Abşeron rayon İcra Hakimiyyəti Başçısı Aparatının “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiya xx.xx.2024-cü il tarixli, 5-29/2-1682/2024 saylı rəyində, X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası (YYÇİHMK) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq xx.xx.2013-cü ıl təvəllüdlü X7 və xx.xx.2014-cü ıl təvəllüdlü X8 atası İddiaçı yanında qalmalarını X1 hüquq və mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə Abşeron rayon İcra Hakimiyyəti Başçısı Aparatının “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli, 5-29/2-1682/2024 saylı rəyini,həmçinin tərəflərin faktiki ayrı yaşadıqları müddətdə uşaqların atasının yanında qalmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü ıl təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 atası İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini nəzərə alaraq, iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki xx.xx.2013-cü ıl təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 48.20 (qırx səkkiz manat, iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh ndan tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü ıl təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 atası İddiaçının yanında qalsın. xx.xx.2024-cü il tarixdən başlayaraq 2xx.xx.2013-cü ıl təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh ndan İddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48.20 (qırx səkkiz manat, iyirmi qəpik)) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar