Məhkəmə qərarları › İş №e-2(012)-4820/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4820/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4820/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Vaz 21041” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 149 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Qaz 2757AO" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz 21041" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. PAT********** nömrəli sığorta şəhadətnaməsinin 102620 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışa əsasən, cavabdehin idarə etdiyi “Qaz 2757AO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətə İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Vaz 21041” markalı, **-LB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 149 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, “Vaz 21041” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, ümumilikdə 149 manat sığorta ödənişi etmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli X2 haqqında qərara və xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* saylı protokola əsasən, cavabdeh Zabit oğlu İXM-nin 332.1, 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş digər polis sənədləri: zərərçəkmiş şəxsin izahatı, Yasamal RPİ-nin məktubları da bunu təsdiq edir. İş materiallarına əlavə edilmiş sübutlarla zərərin mövcudluğu, zərərin məhz həmin hadisənin nəticəsində yaranması, Cavabdeh təqsirli bilinməsi, zərərçəkənə dəymiş zərərlə bağlı sığorta ödənişinin edilməsi öz təsdiqini tapmışdır. Odur ki, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 54083-1221 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində hərəkətdə olan Vaz 21041" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Qaz 2757AO" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş və sürücü maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 54152-1221 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində hərəkətdə olan Vaz 21041" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Qaz 2757AO" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulması faktı ilə bağlı Cavabdeh Yasamal rayon Polis İdarəsinə gəlməsi xahiş olunmuşdur. -xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* saylı İnzibati Xəta haqqında Protokolun və xx.xx.2021-ci il tarixli TP ******* saylı X2 haqqında Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında “Qaz 2757AO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədərək 100 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, “Vaz 21041” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxa sağ qapının təmiri ilə bağlı 80 manat, rəngsaz işinə görə 69 manat olmaqla, ümumilikdə 149 manat həcmində zərər dəymişdir. -İddiaçı Sığorta Şirkəti ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “Qaz 2757AO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 149 manat ziyan dəymişdir. -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 149 manat sığorta ödənişi AZ02NABZ******************** saylı müxbir hesabına köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehə müqavilə üzrə dəymiş ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İbayev X1 rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 237 ünvanda qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, “Qaz 2757AO” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilmiş, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21041” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilə 149 manat dəyərində ziyan dəymiş, həmin məbləğ xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 63.1 maddəsidir ki, həmin maddələrə əsasən: 63.1. bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddəsinə əsasən, cavabdehin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi ödənilmiş sığorta məbləğinin ondan tutulmasına əsas verir. Göstərilənlərə əsasən, tədqiq edilmiş sübutlarla məhkəmə ərizəni əsaslı və qanunauyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən, başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş, onun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Cavabdeh “Vaz 21041” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 149 manat pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh “Vaz 21041” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 149 (yüz qırx doqquz) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar