Məhkəmə qərarları › İş №e-2(012)-4932/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4932/2025

08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4932/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı protokolun və qərarın ləğv olunması tələbi barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Abşeron Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində ona qarşı tərtib edilmiş inzibati protokol və cərimə qərarının ləğv olunması, əgər cərimə ləğv edilmirsə, cərimənin tərtib olunduğu tarix, yəni xx.xx.2025-ci il üzrə onun tərəfindən hər hansı inzibati xəta törədildiyini sübut edən video görüntülərin və digər əsaslandırıcı sübutların ona rəsmi qaydada təqdim olunması, avtomobilin qanunsuz şəkildə duracağa aparılması ilə bağlı məsul şəxslərin müəyyən olunaraq tədbir görülməsi, ona və ailəsinə dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. İddia tələbindən görünür ki, o, iddiaçı barəsində tərtib edilmiş inzibati xətaya dair protokolun və qərarın ləğv olunması barədədir. İşdən görünür ki, İddiaçı səlahiyyətli orqanın tərtib etdiyi protokol və ya qərardan şikayət vermək əvəzinə (inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında) hazırki iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Başqa sözlə, hazırki mübahisəyə mülki deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı protokolun və qərarın ləğv olunması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar