Məhkəmə qərarları › İş №e-2(012)-5120/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5120/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5120/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-5121/2025 saylı iş üzrə (hakim M.Abbasova) İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3 övladı üçün qazancının 1/2 hissəsi miqdarında alimentin xx.xx.2025-ci il tarixindən hesablanaraq tutulmasını, əlavə olaraq, İİ qrup əlilliyi olan Aysunun saxlanılması üçün minimum əmək haqqına bərabər məbləğdə alimentin ayrıca təyin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-5120/2025 saylı iş üzrə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3 övladı üçün qazancının 1/2 hissəsi miqdarında alimentin xx.xx.2025-ci il tarixindən hesablanaraq tutulmasını, əlavə olaraq, İİ qrup əlilliyi olan Aysunun saxlanılması üçün minimum əmək haqqına bərabər məbləğdə alimentin ayrıca təyin olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, texniki səbəbdən eyni iddianı iki dəfə elektron sistemdə təqdim etmişdir. (Əvvəlcə 2(012)- 5121/2025 saylı işə) Həmin iddialar eyni predmet üzrədir. Təkrar olan bu 2(012)- 5120/2025 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş olunduğundan, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində olan 2(012)-5121/2025 saylı mülki iş artıq məhkəmənin icraatında olduğundan, hazırki 2(012)-5120/2025 saylı mülki iş üzrə iddia ərizəsi üzrə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar