Məhkəmə qərarları › İş №e-2(012)-5137/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5137/2024

13.09.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5137/2024 13.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Kreditor "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Borclu qarşı borcun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin Nizamnaməsinə əsaslanaraq Borclu 400 manat əsas borc, 100 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqının və yüz faiz məbləğində cəriməni üstünə gələrək, ümumilikdə 900,40 manat borcun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.2.5-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Lakin kreditor "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Borclu qarşı borcun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin Nizamnaməsinə əsaslanaraq Borclu 400 manat əsas borc, 100 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqının və yüz faiz məbləğində cəriməni üstünə gələrək, ümumilikdə 900,40 manat borcun "xxxx" MMMC-nin xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etsə də kreditor tərəfindən tələbi təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinə məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu X5 vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 14:10-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 278, 279, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Borclu qarşı borcun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 2(012)-5137/2024 saylı iş üzrə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə X5 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Nümayəndə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina haqqında qərardaddan şikayət verilə bilməz. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar