Məhkəmə qərarları › İş №e-2(012)-5278/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5278/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5278/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 07 sentyabr 2022-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün minimum əmək haqqının 1 misli miqdarında alimentin və mediasiya sessiyası üçün ödənilmiş 60 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikahda olmasa da, onunla aralarında dini kəbin olmuşdur. Birlikdə ailə kimi yaşayıb birgə təsərrüfat aparmışlar. Dəfələrlə ona nikah bağlamaları barədə bildirsə də, hər dəfə müxtəlif bahanələrlə bunu etməkdən yayınmışdır. Artıq uzun müddətdir ki, cavabdehdən ayrılmışlar. Onunla nikahdan 07 sentyabr 2022-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bununla bağlı 3 saylı ASAN xidmət mərkəzindən doğum haqqında şəhadətnamə verilmişdir. Uşaq hal-hazırda ananın himayəsindədir və onunla birlikdə yaşayır. Cavabdeh DİN-də polis nəfəri kimi xidmət edir. Hal-hazırki müddətə qədər cavabdehlə heç bir ünsiyyəti yoxdur. Alimentin alınması ilə bağlı Abşeron rayon 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh iştirak etmədiyindən xx.xx.2025-ci il tarixdə arayış təqdim edilmişdir. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı X1 atası kimi müəyyən olunması və ondan 07 sentyabr 2022-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı X1 atası kimi müəyyən olunması və ondan 07 sentyabr 2022-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün minimum əmək haqqının 1 misli miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qismən qəbul etdi. O, İnci adlı uşağın atası olduğunu təsdiq etdi, lakin bildirdi ki, hər ay uşaq üçün 200 manat aliment ödəyə bilər. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçıdır. Mülki iş materiallarında olan arayışın surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 valideyinləri - atası X3, anası İddiaçı qeyd edilmişdir. Ata haqqında məlumat ananın deməsinə görə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən məhkəmə iddia tələbinin atalığın müəyyən edilməsi hissəsində təmin edilməsi qərarına gəlir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atasının Cavabdeh olması müəyyən edilməli, uşağın doğum haqqında akt qeydində atası qrafasında Cavabdeh qeyd edilməli və iddia bu hissədə təmin edilməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı həmin uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğdə alimentin tutulmasını da xahiş edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi, tərəflərin mübahisə üzrə izahatları nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,615 mislində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il təvəllüdlü X1 atasının xx.xx.1993-cü il təvəllüdlü, Qobustan rayonu, Sündü kəndində doğulmuş Cavabdeh olması müəyyən edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydində soyadı Cəbiyeva, ata bəndində xx.xx.1993-cü il təvəllüdlü, Qobustan rayonu, Sündü kəndində doğulmuş Cavabdeh qeyd edilməli və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,615 misli həddində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 atasının xx.xx.1993-cü il təvəllüdlü, Qobustan rayonu, Sündü kəndində doğulmuş Cavabdeh olması müəyyən edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydində soyadı Cəbiyeva, ata bəndində xx.xx.1993-cü il təvəllüdlü, Qobustan rayonu, Sündü kəndində doğulmuş Cavabdeh qeyd edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya sessiyası üçün ödənilmiş 60 manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar