Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5307/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, kreditor Optimal Elektronika MMC-nin borclu X1 barəsində borcun tutulması üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Kreditor Optimal Elektronika MMC borclu X1 barəsində borcun tutulması üzrə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, borcludan müqavilə üzrə 558.90 manat əsas və 192.49 manat cərimə olmaqla cəmi 751.39 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Məhkəməyə ünvanlanmış hazırki ərizə kreditor Optimal Elektronika MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 278.3. maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. 279.2.2 maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi hazırkı kreditor tələbini əsaslandırdığı sənədləri ərizəsinə əlavə etmədiyindən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Mülki Prosessual Məcəllənin: 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Kreditor Optimal Elektronika MMC-nin borclu X1 barəsində borcun tutulması üzrə məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5307/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5307/2021
07.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver