Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5427/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunan gündən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat məbləğində pul vəsaitinin сavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunan gündən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin və hər ay 246 manat sabit pul məbləğində alimentin, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat məbləğində pul vəsaitinin сavabdeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah 2024-cü ilin fevral ayında Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və həmin qətnamə əsasında birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılmışdır. Nikah pozularkən İddiaçı cavabdeh tərəfindən övladlarının saxlanılması üçün ödənilməli olan hər ay 700 manat məbləğində pul vəsaitinin və bundan əlavə 300 manat məbləğində iddiaçının yaşadığı mənzilin kirayə haqqını ödənilməsi şərti ilə ərizə yazaraq alimentdən imtina etmişdir. Cavabdeh əvvəllər iddiaçıya qeyrirəsmi olaraq ödənişlər etmiş, lakin yeni ailə həyatı qurduqdan sonra artıq bir aydan uzun müddətdir ki, tərəfindən övladı üçün heç bir ödəniş həyata keçirilmir, iddiaçının övladı X1 cavabdeh ilə qalmasını təmin etmədiyi təqdirdə də heç zaman həyata keçirilməyəcəyi bildirilir. Cavabdeh vəkili demişdir ki, cavabdeh işdən çıxmışdır və yenidən işə girəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və 18 sentyabr 2024-cü il tarixli, MŞB/2-00933 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış əldə edilmişdir. Bundan əlavə qeyd edir ki, qarşı tərəf də onlara qarşı “uşaqla ünsiyyət” tələbi irəli sürmüşdür. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onunla İddiaçı ayrıldıqları zaman onun tərəfindən iddiaçıya müəyyən məbləğdə pul vəsaitinin verilməsi nəzərdə tutulmuşdur və o, hər ay nəzərdə tutulduğundan artıq, yəni 2000 manat və ya ondan çox məbləğdə pul ödədiyindən övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hesablanmış pulu tam olaraq ödəmişdir. Təxminən 3 il sonra o, başqa xanımla ailə həyatı qurmuş, iddiaçı övladını onunla görüşdürməmiş, o da iddiaçıya qarşı aliment öhdəliyini yerinə yetirməməyə başlamışdır. Qeyd edir ki, o, uşaqla ünsiyyət tələbi barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır, belə ki, uşağa psixoloji təsir edirlər. Vaxtilə onun iki şirkəti olmuş, lakin nikah dövründə onların hər ikisini də satmışdır. O, hazırda işsizdir, lakin qanunla üzərinə düşən vəzifəni yerinə yetirərək, təyin olunan aliment məbləğini ödəyə bilər. Vəkil xərci ilə bağlı qeyd edir ki, sözügedən xərcin ondan tutulması qanunidirsə, o, həmin məbləği də ödəməyə razıdır. İş materiallarında olan Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 404120 saylı doğum haqqında şəhadətnamənin və AA2091171 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 12 aprel 2014-cü ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, 12 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin məhkəmə iddia tələbinin xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi ilə bağlı faktiki hallar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü ildən tutulmalıdır. Bundan başqa iddia tələbinin hüquqi yardım üçün vəkilə ödənilən 300 manat məbləğində pul vəsaitinin сavabdeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğə görə tələb edilən 300 manat məbləğində pul vəsaitinin yarısı, yəni 150 (yüz əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 48,2 (qırx səkkiz manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq 12 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 150 (yüz əlli) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48,2 (qırx səkkiz manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5427/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5427/2024
28.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver