Məhkəmə qərarları › İş №e-2(012)-5664/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5664/2025

17.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5664/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı əməkhaqqı tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı əməkhaqqı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, xxxxxxx001000 saylı müddətli əmək müqaviləsinə əsasən ona əməkhaqqı kimi hesablanaraq verilməli olan 3973 manat məbləğində əməkhaqqının ona ödənilməsi, eləcə də mediasiya sessiyası üçün ödədiyi 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsində Cavabdeh2 MMC-ni cavabdeh kimi göstərsə də, həmin cəmiyyəti mediasiya prosesinə cəlb etmədiyini bildirmiş, bu səbəbdən onun cavabdeh kimi iddia ərizəsindən çıxarılmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixdə isə yenidən ərizə ilə müraciət edərək, işə məhkəmədə baxılan zaman əmək müqaviləsinin Cavabdeh2 MMC-nin məsul şəxsi ilə bağlanmasına baxmayaraq, işçilərə əmək haqqının ödənilməsinin Cavabdeh2 MMC tərəfindən həyata keçirildiyinin məlum olduğunu, yaranmış mübahisənin Cavabdeh2 MMC-yə aid olduğuna görə Cavabdeh2 MMC-nin əsl cavabdeh kimi həmin işə cəlb olunmalı olduğunu bildirmiş, İddiaçı Cavabdeh1 qarşı əmək haqqı tələbinə dair iş üzrə Cavabdeh2 MMC-nin əlavə cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin onun vəkili-nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, hazırda çalışdığı Abşeron-Xızı Regional Təhsil İdarəsinin xidməti zərurəti ilə əlaqədar ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən məhkəmə iclasında şəxsən iştirak etməyinin mümkün olmayacağını bildirmiş, bu səbəbdən məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə göstəriş verilməsini, bu mümkün olmadıqda isə məhkəmə iclasının təxirə salınmasını və ya işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Ağdaş 2 saylı mediasiya təşkilatının 03.09.205-ci il tarixli, MŞA/MT061-2025-0023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh1 isə iştirak etməmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli, 1555-VQ saylı AR Qanununun: 21.6-cı maddəsinə əsasən, tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur. 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 MMC-yə münasibətdə ilk öncə Mediasiya Xidmətinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, habelə məhkəmə araşdırması zamanı iddiaçıya sözügedən nöqsanın aradan qaldırılması (Cavabdeh2 MMC-nin cavabdehlər siyahısından çıxarılması və ya mediasiyadan keçməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi) təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin nöqsan aradan qaldırılmadığından hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı əməkhaqqı tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar