Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-593/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məlahət Abbasova Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Həşimova (Abdullayeva) Əfsanə Zülfüqar qızına qarşı uşağın himayəyə verilməsi və alimentin tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı uşağın himayəyə verilməsi və alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 faktiki olaraq birgə yaşadığı atası, yəni İddiaçı himayəsinə verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması və faktiki olaraq 2 il 4 ay atası ilə, anasından ayrı yaşadığı üçün 28 aylıq müddət üçün hər ay üçün 200 manat pul məbləğində, yəni 5600 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikahda olmuşlar və bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaq olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahına xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Həmin qətnamədə uşağın anasının yanında qalması qət edilsə də, uşaq faktiki olaraq həmin dövrdən etibarən indiyədək atasının, yəni İddiaçı yanında qalmışdır. O dövrdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X7 indiyədək, yəni təxminən 3 ilə yaxındır atası ilə birgə ünvan 1 ünvanında yaşayır. Bu müddət ərzində cavabdeh, yəni uşağın anası uşaqla az görüşmüşdür. Məsələn, 2024-cü il başlayandan bu yana cavabdeh öz oğlunu 2 dəfə gəlib görmüşdür. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddia tələbini digər hissələrdə müdafiə etdiyini bildirmiş və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı X1 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat alimentin tutulması, alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-523/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X3 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 anası X1 yanında saxlanılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, hər iki tərəf haqqında apardığı araşdırmalar nəzərə alınaraq xx.xx.2017-ci il təvəllüdlü X5 atası İddiaçı yanında qalması yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Rəyə xx.xx.2025-ci il tarixli müayinə aktı əlavə edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 hal-hazırda atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası X2 bağlılığı üzə çıxmır. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2017-ci il təvəllüdlü X5 emosional-iradi sferasına və anası X2 olan münasibətinə neqativ təsir göstərmişdir. X5 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan Namiq adlı uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-3443/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı X1 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat alimentin tutulması, alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-523/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X3 ilə İddiaçı arasında xx.xx.2017ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 anası X1 yanında saxlanılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda İddiaçı cavabdeh X2 qarşı uşağın himayəyə verilməsi və alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 faktiki olaraq birgə yaşadığı atası, yəni İddiaçı himayəsinə verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması və faktiki olaraq 2 il 4 ay atası ilə, anasından ayrı yaşadığı üçün 28 aylıq müddət üçün hər ay üçün 200 manat pul məbləğində, yəni 5600 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına cavabdeh gəlməmiş, onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017ci il təvəllüdlü X8 hazırda atası ilə qaldığını və bundan sonra da atası ilə qalmaq istədiyini bildirdi. O bildirdi ki, atası ona yaxşı baxır. Anası onunla heç vaxt maraqlanmayıb. Valideynləri ayrıldıqdan sonra həmişə atası ilə qalıb. Digər tərəfdən, mübahisə üzrə müvafiq qurumun rəyinin və müayinə aktının alınması təşkil edilmiş, həmçinin iş üzrə müvafiq ekspertiza keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Buna görə də məhkəmənin mövqeyi ondan ibarətdir ki, birgə nikahdan doğulmuş uşağın üstün mənafeləri nəzərə alınmaqla, uşağın yaşayış yerinin atasının yanında olmaqla müəyyən edilməsi onun maraqlarına uyğun olduğundan iddia tələbi birgə nikahdan doğulmuş uşağın atanın yanında qalması hissəsində təmin edilməlidir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Hazırda bu məbləğ 246 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,59 misli həddində, xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum əmək haqqının 0,615 misli həddində aliment Həşimova (Abdullayeva) Əfsanə Zülfüqar qızından İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin uşağın faktiki olaraq atası ilə, anasından ayrı yaşadığı üçün pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu hissədə iddia tələbinin əsaslarını sübut edə bilməmişdir. Ona görə də bu hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması yuxarıda qeyd olunan qaydada hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 atası İddiaçı himayəsində saxlanılması müəyyən edilməli, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,59 misli həddində, xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum əmək haqqının 0,615 misli həddində aliment Həşimova (Abdullayeva) Əfsanə Zülfüqar qızından İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 atası İddiaçı himayəsində saxlanılması müəyyən edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,59 misli həddində, xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum əmək haqqının 0,615 misli həddində aliment Həşimova (Abdullayeva) Əfsanə Zülfüqar qızından İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Həşimova (Abdullayeva) Əfsanə Zülfüqar qızından iddiaçının xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Həşimova (Abdullayeva) Əfsanə Zülfüqar qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-593/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-593/2025
28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver