Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5945/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehyə qarşı uşaqla birgə xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı Cavabdehyə qarşı uşaqla birgə xarici dövlətə sərbəst surətdə gedibgəlmə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin razılığı olmadan ona 10 iyun 2004-cü il təvəllüdlü X1 ilə birgə xarici ölkələrə sərbəst surətdə getmək hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən Abşeron Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iddia ərizəsində Cavabdehnin ünvanı ünvan 1a cavabdehin hazırda rəsmi qeydə alındığı və hazırki məlum olan axırıncı yaşayış yeri barədə hər hansısa sənəd əlavə edilməmişdir. İş materiallarından görünür ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır və iddia ərizəsində cavabdehin Türkiyə Respublikasındakı rəsmi qeydiyyatda olduğu ünvan barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli, 05/4722 nömrəli məktubun surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh sonuncu dəfə Abşeron rayonu, Masazır kəndi, X4 küçəsi, ev 42 ünvanına qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan Cavabdehyə məxsus MYİ seriyalı 0****** nömrəli Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsinin surətindən isə görünür ki, Cavabdeh 20.02.2021-ci il tarixə kimi yaşayış yeri üzrə Abşeron rayonu, Masazır kəndi, X4 küçəsi, ev 42 ünvanı üzrə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində cavabdehin hazırda başqa ünvanda yaşamasını, lakin cavabdehin harada yaşaması barədə məlumatlı olmadığını qeyd etmişdir. Göründüyü kimi, cavabdehin hazırda rəsmi qeydə alındığı və hazırki məlum olan axırıncı yaşayış yeri barədə heç bir məlumat yoxdur, cavabdehin ünvanı Abşeron rayonu göstərilsə də, cavabdeh Abşeron rayonunun ərazisində rəsmi qeydiyyatda deyildir. Halbuki, iddiaçı tərəfindən cavabdehin Türkiyə Respublikasındakı rəsmi qeydə alındığı ünvanın müəyyən edilməsi, eləcə də cavabdehin Azərbaycanda Respublikasındakı məlum olan axırıncı yaşayış yerinin müəyyən edilməsi ilə əlaqədar Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə və digər aidiyyatı orqanlara müvafiq sorğular verilməli, cavabdehin Türkiyə Respublikasındakı rəsmi qeydə alındığı ünvan və Azərbaycan Respublikasındakı məlum olan axırıncı yaşayış yeri müəyyən edilməli və cavabdehin Azərbaycan Respublikasında məlum olan axırıncı yaşayış yeri üzrə məhkəməyə müraciət edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdehyə qarşı uşaqla birgə xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-5945/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5945/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver