Məhkəmə qərarları › İş №e-2(012)-5953/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5953/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5953/2025 13.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin məbləğinin azaldılması və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir övlad doğulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı, 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və azyaşlı uşaq - Özcan anasının yanında qalmaqla, onun saxlanması üçün hər ay məndən 155 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini vaxtı-vaxtında ödəmişdir. Maddi vəziyyətinin çətinliyinə görə hazırda həmin qətnamə üzrə cəmi 250 manat aliment borcu yaranmışdır. Daha sonra Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı, 16 yanvar 2018-ci il tarixli qətnaməsi müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan xx.xx.2016-c təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçinin ərizəsi təmin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı, 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmş aliment indeksasiya edilərək xx.xx.2016-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Əsədov Lamiyə Lazım qızının xeyrinə hər ay tutulan alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində indeksasiya olunması qərara alınmışdır. 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 400 manat təşkil etdiyi üçün məhkəmənin qərardadı ilə 1 uşağın saxlanması üçün hər ay 476 manat aliment ödənilməsi öhdəliyi qoyulmuşdur. (400 X 1,19 = 476) Lakin məhkəmə qərardadı ilə müəyyən olunmuş 476 manat sabit pul məbləğində aliment öhdəliyi onun maddi vəziyyətinə,həmçinin ölkə üzrə müəyyən olunmuş yaşayış munimumuna uyğun deyildir və bu məbləği ödəmək iqtidarında deyildir. Belə ki, hazırda "xxxx" MMC-də işləməklə 441 manat əmək haqqı alıram. Atam və mən şəkərli diabet xəstəliyindən əziyyət çəkirik Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli sənədə əsasən anası X3 xərçəng xəstəsidir. Himayəsində xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı daha iki övladı var və hər ay 476 manat aliment ödəyə bilmir. “Mediasiya haqqında” Qanuna uyğun olaraq, cavabdeh tərəfə müraciət edərək aralarında mübahisənin məhkəmədən kənar həllini təklif etmiş, lakin cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmiş və bu səbəbdən də mübahisər mediasiya prosesində həlli mümkün olmamış, bu barədə Abşeron 1 saylı Mediasiya təşkilatından xx.xx.2025-ci il tarixli arayış verilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1 maddəsinə əsasən, 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Amma hazırki məhkəmə qərardadında müəyyən olunmuş aliment məbləği uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan təxminən 2 dəfə çoxdur. Bu da bir ailə başçısı olaraq onun vəziyyəti olduqca ağırlaşdırmış və çarəsiz vəziyyətə salmışdır. Ona görə də Sumqayıt şəhər Məhkəməsinin 8(060)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, 06.10.201 ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimu əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə görə iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaq doğulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay ölkə üzrə minumum əmək haqqının 1.19 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İ 302755 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Ağaməmmədova Lamiyə Lazım qızı arasındakı nikah xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 391 nömrəli aktla pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə müəyyən edilən alimentin məbləğinə (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddi) təsir edə biləcək iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını xahiş etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə ilkin qətnamənin qəbul edilməsindən 8 ilə yaxın müddət keçdikdən sonra həmin qətnamə üzrə qəbul edilmiş aliment məbləği iddiaçının maddi vəziyyəti nəzərə alınmadan yüksək həddə, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,19 misli həddində indeksasiya olunması onun ailə və maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin məbləğinə münasibətdə vəziyyətini ağırlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan uşaq üçün 220 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar