Məhkəmə qərarları › İş №e-2(012)-610/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-610/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-610/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı Adil oğlunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 06 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Adil oğlunun Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli hüquq zidd hərəkəti nəticəsində mülkiyyətində olan “Kio-Rio” markalı, **-CC-*** dövlət qeydiyyat nömrəli avtomobilinə vurulmuş 4408 manat ziyan məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, X2 yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh şəxsi mülkiyyətində olan “Kia-Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə iddiaçıya məxsus, mülkiyyətində olan, təzə (8 km getdiyi) “Kio-Rio” markalı **-CC-*** dövlət qeydiyyat nömrəli avtomobilini arxadan vurmuş, idarə etməni itirərək maşını yolda dayanan “Toyota-Prius” avtomobilə dəymiş, özü isə digər “Toyota-Prius” avtomobilinə arxadan dəymişdir. Yol-nəqliyyat hadisəsi vaxtı real vəziyyətdə Yol Polisi əməkdaşları tərəfindən tam sənədləşdirlmiş, cavabdeh barəsində İnzibati protokol tərtib edilmiş və barəsində inzibati qərar cıxarılaraq cərimə edilmişdir. Bundan sonra, iddiaçının maşınına dəymiş faktiki ziyan məbləği müəyyənləşdirilmiş, 8800 manat dəyərində cavabdeh tərəfindən iddiaçıya ziyan vurulduğu təsdiqini tapmışdır. Cavabdehin maşını sığortalı olduğundan 4592 manat sığorta ödənişi sığortaçı tərəfindən ona ödənilmişdir. Ödənilməmiş qalan 4408 manat ziyan məbləğinin isə ödənilməsi ilə bağlı cavabdeh tərəfindən nəinki təşəbbüs göstərilməmiş, hətta heç bir əlaqə saxlanılmamış, telefon zənglərinə belə cavab verilməmişdir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Adil oğlunun vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Eyni zamanda iş üzrə alınmış ekspert rəyinə münasibət bilidrərək, ekspertin avtomobilə dəymiş ziyanı nəzəri yolla hesabladığından sığortanın müəyyən etdiyi məbləğin götürülməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbində qeyd olunan zərər məbləği, eyni zamanda ekspert rəyi ilə razı deyildir. Belə ki, avtomobildə dəyişən hissələr qeyd olunan məbləğdə deyildir. Maşına ziyan dəyəndən sonra maşın satılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan PXA 105350 Sığorta aktından görünür ki, “Kia-Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat məbləğində “Xalq Sığorta” tərəfindən sığorta edilmişdir. xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospektində sığortalanmış “Kia-Sorento” markalı **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kio-Rio” markalı **-CC-***, “Toyota Prius” markalı 99MY950 və “Toyota Prius” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, "xxxx" MMC tərəfindən təqdim olunan Akta əssən maddi ziyanı ümumi məbləğ 8800 manat təşkil edir, həmin məbləğin 4592.90 manatı “Xalq Sığorta” tərəfindən X1 ödənilmişdir. Mülki iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, “Xalq Sığorta” tərəfindən 4592.90 manat ödəniş edilmişdir. Mülki işin materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2022-ci i tarixli İXP № ******* nömrəli İnzibati xəta haqqında Protokoldan və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 13:00 radələrində Ziya Bünyadov prdə Cavabdeh “Kia-Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Kio-Rio” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8800 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1219 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Kia Rio” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8457,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospektində sığortalanmış “Kia-Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kio-Rio” markalı **-CC-***, “Toyota Prius” markalı 99MY950 və “Toyota Prius” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, "xxxx" MMC tərəfindən təqdim olunan Akta əssən maddi ziyanı ümumi məbləğ 8800 manat təşkil edir, həmin məbləğin 4592.90 manatı “Xalq Sığorta” tərəfindən X1 ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təqsirli, hüquq zidd hərəkəti nəticəsində mülkiyyətində olan “Kio-Rio” markalı, **-CC-*** dövlət qeydiyyat nömrəli avtomobilinə vurulmuş 4408 manat ziyan məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Kia Rio” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8457,0 manat müəyyən edilmişdir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Həmin məbləğdən “Xalq Sığorta” tərəfindən ödənilmiş 4592.90 manat çıxılmaqla yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (8457,0-4592.90=3865 manat) Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh avtomobilə dəymiş 3865 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 65 manat məbləğində pul vəsaitinin 50 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı iddiaçıdan, 25 manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş 3865 (üç min səkkiz yüz altmış beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu üçün 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddiaçı 25 manat, Cavabdeh 25 manat ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar