Məhkəmə qərarları › İş №e-2(012)-6864/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6864/2025

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6864/2025 14.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan xx.xx.2025-ci ildə anadan olmuş X2 onun yanında saxlanılması, uşağın 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 260 manat miqdarında alimentin tutularaq ona ödənilməsi, xx.xx.2025-ci il təvəllüdlü X2 3 yaşınadək saxlanılmasına görə 100 manat alimentin hər ay tutularaq ona ödənilməsi, mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 60 manat məbləğində mediasiya haqqının və vəkilə ödənilmiş 300 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikah 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında AZ İİ №548352 nömrə ilə qeyd edilmiş və nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahdan xx.xx.2023-cü ildə X5 və xx.xx.2025-ci ildə X6 anadan olmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədaxili söz-söhbətlər yaranmış, iddiaçı evdən çıxaraq atasının evinə qayıtmışdır. Cavabdeh övladının maddi məsrəflərinin qarşılanmasında iştirak etmədiyindən, uşağı ilə maraqlanmadığından, alimenti məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. X3 görə aliment tələbinə ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixdə 2(012)- 4099/2025 saylı qətnaməsi ilə rəsmi nikahdan doğulmuş xx.xx.2023-cü təvəllüdlü X5 onun himayəsində saxlanılmış və hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.075 misli həddində sabit pul məbləğdə alimentin (maddi yardım) cavabdehdən tutularaq ona ödənilməsi təmin edilmişdir. Göstərilənlərə görə iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi. O, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, hər ay iki uşaq üçün cəmi 500 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 548352 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ilə X4 arasında nikah 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 5566 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Həmidli” soyadı verilmişdir. İş materiallarında olan, AZ-175352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)- 4099/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası (iddiaçı) İddiaçı himayəsində saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 0.615 misli həddində sabit pul məbləğində aliment, hə``mçinin uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 0.075 misli həddində sabit pul məbləğində aliment, həmçinin mediasiya xərci kimi 60 manat, vəkil xərcinə görə 300 manat pul vəsaiti tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, işin halları nəzərə alınmaqla, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşağın İddiaçı (ananın) yanında qalması məqsədəuyğundur. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəflərin izahatını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən iddia tələbi, tərəflərin izahatları, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Səmra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi “uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutulması” hissəsində qismən təmin edilərək, xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşaq 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 30 manat məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment barədə iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşaq İddiaçı (ananın) yanında qalmalı, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.075 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşaq İddiaçı (ananın) yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment, həmçinin Səmra adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.075 misli həddində sabit pul məbləğində aliment, həmçinin mediasiya xərci kimi 60 manat, vəkil xərcinə görə 300 manat pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar