Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-757/2023 16.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi üzrə hesablanmış 5400 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Bu nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar onlar arasındakı münasibətlər normal olsa da, 2019-cu ildə onlar arasında müvəqqəti soyuqluq yaranmış və bir müddət ayrı yaşamışlar. Həmin dövrdə Cavabdeh ona qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ərizə verildiyi gündən hesablanmaqla hər ay 738 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sonradan onlar barışmış və birlikdə yaşamağa başlamışlar. Bu səbəbə görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi faktiki olaraq icraya yönəlməmiş və icra edilməmişdir. Belə ki, tərəflər birlikdə ailə kimi yaşamış və xx.xx.2012-ci il təvəllüdlü X1 bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Sonradan 2021-ci ildə tərəflərin münasibətləri yenidən soyumuş və Cavabdeh ona qarşı Səbail Rayon Məhkəməsində nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış xx.xx.2011-ci il tarixli rəsmi nikahın pozulması, övladları X1 Cavabdeh himayəsinə verilməsi və X1 yetkinlik yaşına çatana qədər hər ay 542 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, onlar arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2011-ci il tarixli, 537 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulması, 15 iyul 2012-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması və ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və o həmin məbləği bugünə qədər heç bir gecikmə olmadan ödəməyə davam etmişdir. Təqribən bir neçə müddət bundan öncə icraçı ona zəng vuraraq Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2019 saylıxx.xx.2019-ci il tarixli qətnaməsi üzrə hesablanmış 5400 manat pulu ödəməli olduğu bildirilmişdir. O, cavabdehlə birlikdə yaşadığını qeyd edəndə icra məmuru bunun yalnız məhkəmə yolu ilə mümkün olacağını bildirmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Həmçinin Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ilk dəfə İddiaçı qarşı “alimentin tutulması” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1230/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Daha sonra İddiaçı “alimentin tutulması” tələbini icra etmədiyindən Səbail Rayon Məhkəməsinə “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması” tələbi ilə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1342/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Birinci qətnamə hələ də icra olunmamış, ikinci qətnamə isə icra olunmaqdadır. Birinci qətnamənin icrası bu gün də tələb edilməkdədir, lakin icrası bugün də təmin olunmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsində 2(012)-6180/2022 saylı işə cəlb edilmişdir. Bununla bağlı ona nə mediasiya təklifi, nə mediasiya prosesinin keçirilməsi ilə bağlı mediasiya bildirişi, nə də ki mediatorun seçilməsi ilə bağlı heç bir məlumat gəlməmişdir. Eyni zamanda, bildirmək istəyir ki, məhkəmə prosesi ilə bağlı ona nə iddia ərizəsi, nə də məhkəmə bildirişləri məhkəmə tərəfindən təqdim olunmamışdır. Ona görə də bu proses barədə məlumatı mövcud olmamışdır. Yalnız sonuncu proses barədə ona SMS bildiriş gəlmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı onunla heç vaxt yaşamamışdır. Bir neçə dəfə uşağa görə gələrək atasıgildə qalmışdır. Bu da çox qısa olmuşdur. Xüsusilə diqqətə çatdırır ki, iddiaçı həmin vaxt dəfələrlə ondan həmin qətnamənin icrasından imtina üçün Səbail rayon İcra və Probasiya şöbəsinə gedib ərizə verməyini xahiş etsə də, o qəbul etməmişdir. O, iddiaçıya dəfələrlə bunun uşağın pulu olduğunu bildirmişdir. İddiaçının məqsədi alimentdən yayınmaqdır. Göstərilənləri nəzərə alaraq o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, İddiaçı ilə yaxın olmuşdur. Həmçinin o, Cavabdeh da tanıyır. Yay aylarında o, mütəmadi olaraq tərəflərin evinə gedib-gəlmişdir. İddiaçı həyat yoldaşı, qaynanası və qaynatası ilə birlikdə qaynatasına məxsus evdə 2019-cu ilin yay aylarından sonra bir ildən çox yaşamışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “WhatsApp” tətbiqi vasitəsi ilə edilən yazışmalardan görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək faktiki münasibətlər olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2011-ci il tarixli, 537 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 15 iyul 2012-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 iyul 2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdırıb bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edildi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “WhatsApp” tətbiqi vasitəsi ilə edilən yazışmalardan göründüyü kimi, İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək faktiki münasibətlər olmuşdur. Lakin sonradan tərəflər arasındakı münasibətlər yenidən pozulmuş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 19 aprel 2011-ci il tarixli, 537 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 15 iyul 2012-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 iyul 2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarından göründüyü kimi tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı, Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tərəflərin birgə ailə şəkilndə toy mərasimlərində iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflərin faktiki münasibətlətinin olduğu, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (15 ay x 200 manat = 3000 manat) olan dövrdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı hesablanan ümumilikdə 5400 manat aliment borcundan 3000 manat aliment borcu silinməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1230/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə İddiaçı hesablanmış 5400 manat aliment borcundan 3000 manat aliment borcu silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-757/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-757/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver