Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-787/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2011-ci il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay müəyyən edilmiş 145 manat sabit pul məbləğində alimentin, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin oğlu, X18 ilə xx.xx.2009-cu ildə ailə qurub Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikaha daxil olmuş, nikahları 46 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Nikaha daxil olduqdan sonra adət-ənənəyə uyğun cehiz əşyaları ilə cavabdehin qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsindən 1213,8 kv.metr olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2011-ci il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X25 doğulmuş və qovulduqları günə kimi onunla birlikdə həmin evdə yaşamışdırlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqların onun yanımda qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qaynatası X6 ona və uşaqlarına qarşı evdən çıxarılma tələbi barədə iddia ərizəsi təmin edilərək o və uşaqları əvvəllər yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48-də yerləşən ümümi sahəsi 1213,8 kv.m olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmaqları və torpaq sahəsinə onların girişinə qadağan qoyulması qət edilmişdir. İddiaçı hal-hazırda uşaqları ilə kirayədə yaşayır və valideyninin maddi yardımı və aldığı 138 manat cuzi alimentlə çətinliklə dolanır. Maddi vəziyyəti çətindir, daimi iş yeri və stabil gəliri yoxdur və dövlətdən maddi yardım almır. Qaynatası və keçmiş əri bunu görsə də, onlara maddi yardım etmir. Halbuki onların kifayət qədər maddi imkanları var. Belə ki, fərdi yaşayış evinin yanında qeyri-yaşayış sahəsini kirayəyə verməklə yanaşı pensiya da alır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh X13 məhkəmə iclasında iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, uşaqların valideynləri sağdır və uşaqların atasından aliment tutulur. Onun himayəsində isə sağlamlıq imkanları məhdud uşaqları var. O özü də əlilliyə görə pensiya alır və heç yerdə işləmir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid kimi ifadə verən X11 bildirdi ki, onun həyat yoldaşı iddiaçının yanına gözəllik salonuna gəlirdi. İddiaçını həmin vaxtdan tanıyır. 2022-ci ildə dostuna kirayə ev lazım olduqda, İddiaçı onların həyətində 1 otaqlı ev olduğunu və kirayə verildiyini bildirdi. Dostu maraqlandıqda, tanımadıqları şəxs həmin evdə 200 manata qaldığını bildirdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1644/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X18 ilə X8 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2009cu il təvəllüdlü X21, xx.xx.2011-ci il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X17 anası X3 yanında qalması və xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X9 hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulsunması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-386/2024 saylı qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin DOST Agentliyinin 6 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemı “Ünvanlı yardım" altsisteminə əsasən hal-hazırda ünvanlı dövlət sosial yardımı almır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin DOST Agentliyinin 6 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi askar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin DOST Agentliyinin 6 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi askar edilməmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, X1 digər formaları, ÜİX gərginlik stenokardıyası. İİ fs. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ fsfNYHA ) (AF- 38%) Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy dagenerasiyası, HepatosteatozAitəvi eritrositoz, Pollsitemiya vera. Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, hepatosplenomeqaliya, Qazanılmış böyrək kistası, sağ böyrəyin kistası Nevrasteniya, Asteno - nevratik vəziyyət Presbioplya xəstəliklərdən əziyyət çəkməklə İİ dərəcəli əlilliyi var. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, X5 motor və sensor nevropatlya, İrsi motor və sensor nevropatiya. Sarko-Mari-Tuts xəstəliyi Heıniplegik spastik serebral iflic. Aşağı ətrafların süst paraparezi. hissi və trofiki pozulmaları ilə Hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkət pozğunluğundan əziyyət çəkməklə, İİ dərəcəli əlilliyi var. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, Əkbər-zadə Vüqar İbrahim oğlunun İİ dərəcəli əlilliyi var. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, X12 İİ dərəcəli əlilliyi var. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, X10 İ dərəcəli əlilliyi var. İş materiallarından görünür ki, sonuncu olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-386/2024 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmçinin yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hər ikisi həyatdadır və iş qabiliyyətinə malikdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəlləninin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, yetkinlik yaşına çatmayan nəvələr o, halda baba və nənədən aliment almaq hüququna malikdirlər ki, ilk növbədə onlar öz valideynlərindən maddi yardım ala bilməsinlər, ikinci növbədə isə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. İş materiallarından görünür ki, iddiaçı uşaqların atası X16 qarşı aliment miqdarının artırılması tələbi barədə məhkəməyə müraciət etmiş, həmin tələbin nəticəsi yekunlaşmamış uşaqların babası cavabdeh X4 da aliment tələbi barədə iddia qaldırmışdır. Lakin hər iki valideynin həyatda olmasını, əmək qabiliyyətinin olmasını, qanunun tələbinə əsasən ananın da yetkinlik yaşına çatmayan uşaqlarına maddi yardım etmək vəzifəsinin olduğunu, məhkəmə qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin təyin edilməsini nəzərə alaraq, məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, saxlanması üçün aliment tutulan uşaqların yaşı və tələbatı, onların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, alimentin təyin edilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqların babası X6 hazırda aliment ödəmək üçün həqiqətən də zəruri vəsaitə malik olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı aliment tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-787/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-787/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver