Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-788/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Muradov Elchinin, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi, həmçinin cinayət işinin qaldırılması üçün qərardad qəbul edilərək Abşeron Rayon Prokuroruna göndərilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh3 və Cavabdeh2, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onun atası Elçin Muradovun anasından Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən ümumi 0,24 ha-dan ibarət bağ torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlakı onun atasının razılığı və sərəncamı olmadan atası (Muradov Dadaş Xanbaba oğlu) sağlığında 6 övladlarından Cavabdeh2 adına sənədləşdirmişdir. Sonradan atasının razılığı olmadan həmin sözügedən miras əmlakın bir hissəsi AN ******* nömrəli, 26 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 14500 manat məbləğində vərəsə X7 tərəfindən X1. O və atası həmin sözügedən miras əmlaka 2021-ci ilin oktyabr ayından 2 il ərzində getmişlər. Həmin miras əmlakda atasının payı olduğu barədə qardaşlarına - Cavabdeh1 və Cavabdeh2 bildirdikdən sonra qardaşlarla onun atasının arasında narazılıq yaranmışdır. Atasının anasından miras qalan bağ torpaq sahəsindən atasının vərəsəlik payını vermək istəmədiyinə görə xx.xx.2022-ci il tarixdə Etibar Muradov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Cavabdeh1 və Muradov Etibar Dadaş oğlu miras qalan bağ torpaq sahəsinin satıldığı hissədə mülkiyyətçi kimi heç kəs olmayan Cavabdeh3 ilə birləşərək atasının və onun barəsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli şikayət ərizələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək atasını və onu tutdurmaq istəmişlər. Belə ki, Cavabdeh1 və Muradov X5 Elşən Ələddin oğlu ilə birlikdə atasını və onu tutdurmaq məqsədi ilə müxtəlif vaxtlarda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi şikayət ərizələrində guya atası və oğlu Teymurla birlikdə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 məxsus bağ evində tikintisi aparılan hasarı uçurtmuş, bağda olan su qabı və beli aparmış, həmçinin guya atası 2023-cü ilin yanvar ayında 2172 nömrəli bağ sahəsinin ətrafına çəkilmiş daş hasara birləşdirilimiş darvazanı hasardan sökərək yerə yıxmış və ətrafda olan otları yandırmış və həmin vaxt alovun darvazanı yandırması səbəbindən Cavabdeh3 1000 manat məbləğində maddi ziyan vurulduğunu və əmlakı qəsdən məhv edildiyini göstərmişdir. Sözügedən bağ sahəsində darvazanın yerdə xx.xx.2023-cü il tarixə qədər olması xx.xx.2023-cü il tarixdə çəkilmiş fotoşəkildə görünən yağan qarın altında qalması ilə sübut olunur. Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə şikayət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cavabdeh3 izahatında bağ sahəsinə 2-3 gündən bir getdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, atası ilə bağ sahəsinə getdikdə darvaza yerə aşmamışdır. Atası və onun bağa xx.xx.2023-cü il tarixdə getdiklərini biləndən sonra darvazanı yerə Cavabdeh3 yıxıb xx.xx.2023-cü ildə 1-ci Polis Bölməsinə şikayət etmişdir. xx.xx.2023-cü il tarixə qədər darvaza yerdə olduğunu sübut edən fotoşəkildə görmək olar. Atasının bağ miras payını vermək istəməyən, atasını və onu tutdurmaq istəyən Cavabdeh2, Cavabdeh1 Cavabdeh3 ilə birlikdə ağılsızlıqla düşünülmüş planlaşdırılmış faktdır. Həmin şikayətlər üzrə yalançı şahidlər Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli izahat vermiş və izahatında göstərmişdir ki, Cavabdeh3 ərizə və izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və Elşənin özünə aid olan hissəsini mişar daşla tikdiyi hasarı məhz Elçin Muradov və Teymurun qəsdən uçurtduğunu və məhz qəsdən həmin hasarı uçurtmaqla Elşənə maddi ziyan vurduqlarını bildirmişdir. Həmin şikayətlər əsasında atasının və onun barəsində üç inzibati natamam material toplanmış və Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Məmmədov Elşadın qəbul etdiyi qərara əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Məhərrəmov Rəşad qəbul etdiyi qərara əsasən, toplanmış material üzrə əmlakın qəsdən məhv edilməsi şikayəti ilə atasının əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Atasının müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 006-57295M- 3222 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış Cavabdeh1 barəsində İXM-nin 227-ci (Xırda talama) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. Amma Cavabdeh1 barədə heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə atasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, atasına ziyanın bir misli məbləğində, yəni 2000 manat cərimə tənbeh növü tədbiq olunmuşdur. Atasının həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə atasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. Atasının müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 58-1/2-5466 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1 -ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir. Toplanmış 3 natamam materialdan birinə Sumqayıt Şəhər Məhkəməsində atasının iştirakı olmadan baxılmış və məhkəmə atasını 2000 manat cərimə etmişdir. Atasının apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı qanunsuz və əsassız sayılaraq ləğv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Cavabdeh1 onun atası onu öldürmək istəməklə hədələmişdir və bağ satılan hissəsinə çəkilmiş hasarı Elçin oğlu Teymurla sökdüyünü bildirmişdir. Üçüncü şikayətdə Cavabdeh3 atasına və ona qarşı evin hasarının söküldüyünü bildirmişdir. Apellyasiya Məhkəməsində Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində yalançı şahid Muradov Etiram atasına və ona qarşı bilə-bilə yalan (ifadə) izahat verərək atasına və ona şər və böhtan atmışdır. 26 iyul 2021-ci il tarixdə bağ sahəsi satılmış, xx.xx.2022-ci il tarixdə atasını və onu bağda görəndən sonra satılan bağa çəkilən hasarı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə sökərək atasını və onu tutdurmaq üçün əsas kimi göstərmişlər. Ona və atasına qarşı biləbilə yalan (ifadə) izahat verməklərini təsdiq edən faktdır. Yalançı zərərçəkmiş Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqatda, Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixdə və Sumqayıt Apellyasiya Məhkəməsində bilə-bilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə proseslərində və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri yalan izahatlarla (ifadələrlə) atasına və ona qarşı bilə-bilə şər və böhtan atmışlar. Cavabdeh3 və Cavabdeh1 atasının və onun barəsində bilə-bilə yalan ifadə verməklə atasının və onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumat yaymışlar. Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində atasına və ona qarşı bilə-bilə yalan ifadə verməklə etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasına, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Amma yalançı şahid Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməmişdir. Belə fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarında və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərardadında və 3(060)-2350/2022 nömrəli, 0xx.xx.2023-cü il tarixli məktubunda sübut olunur. Cavabdeh3 adına heç bir bağ sahəsi olmadığı halda və bu bağda fərdi yaşayış evinin olmadığı halda “mənim fərdi yaşayış evimin hasarını Elçin Muradov sökmüşdür, Elçin Muradov və oğlu Teymur qohumlarımdır, aramızda mülki mübahisə var” deyərək təhqiqatda və məhkəmələrdə bilə-bilə belə yalan 66 məlumat vermişdir. Sözügedən bağ sahəsində fərdi yaşayış evinin olmadığı ərizəsinə əlavə etdiyi fotolarda sübut olunur. Yalançı şahid Cavabdeh1 "bağa çəkilmiş hasarı X6 birlikdə sökdüklərini bağın qapısının arasından baxaraq 30 may 2022-ci ildə, saat 10:11 radələrində görmüşəm” deyərək bilə-bilə yalan məlumatlar vermişdir. Cavabdeh1 məxsus nömrə üzrə telefon şəbəkəsi yoxlanılsa 30 may 2022-ci il tarixində saat 10-11 radələrində sözügedən bağda olmadığı, həmçinin harada olduğu sübut olunar. Yalançı iddiaçı Cavabdeh3 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 1-ci Polis bölməsində verdiyi izahatında "X2 tanımışam" göstərməklə "Elçin Muradov və oğlu Teymur qohumumdur" dediyi sözlərin yalan olduğunu sübut etmişdir. Abşeron Rayon Məhkəməsinə yazdığı xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsində “Elçin Muradov mənim tanışımdır” deyə bildirmişdir. xx.xx.2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində dindirilən (şahidlik edən) yalançı şahid Cavabdeh1 ifadələri məzmunları baxımından öz növbəsində şikayətin tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə pretmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində deyildir. Cavabdeh3 şikayəti əsasında Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində yalançı şahid olan Cavabdeh1 şahid qismində dindirilməsi barədə heç bir vəsatət verməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində şahidlik etməsi sonradan düşünülmüş və planlaşdırılmış haldır. Cavabdeh1 əgər şahid olsa idi, əvvəldən şahidlik edərdi. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin 3(060)-2350/2022 nömrəli, 14 sentyabr 2023-cü il tarixli məktubunda "Sumqayıt ŞMİŞ 3(060)-2350/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında zərərçəkmiş şəxs Cavabdeh3 izahatı tam şəkildə öz əksini tapmış, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, izahatı alınmamışdır" göstərilməklə və Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhəri 1-ci polis bölməsində verdikləri izahatlarda Cavabdeh1 şahid olması barədə heç bir məlumat göstərməmişdir və Cavabdeh1 şahid kimi (izahat) ifadə verməməyi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində bilə-bilə yalan (izahat) ifadə verməsi və yalançı şahid olması faktı belə sübut olunmuşdur. Atasının bağdakı evdə sonradan müxtəlif vaxtlarda saxladığı 15 dəst şalvarlar, köynəklər, ayaqqabılar, bu əşyaları Cavabdeh1 oğurlamışdır. Bağ evində saxladığı 2 vedrə, bir ədəd oturan stol, 15 metr ip Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə oğurlanması barədə xx.xx.2022-ci il tarixdə atası Sumqayıt şəhər 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq faktında xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs Cavabdeh1 barəsində inzibati təsir tədbirlərinin görünməsi üçün inzibati icraat işləri açılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmə hüququ vardır. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Yalançı zərərçəkən Cavabdeh3 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində və Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 1-ci polis bölməsində atasının və onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymışlar. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sənədlərlə də təsdiq olunur ki, atasına və ona Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 həmçinin qanunsuz satılmış miras əmlakın bir hissəsində mülkiyyətçi olmayan Cavabdeh3 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində atası Elçin Muradova və ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmişlər və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigarançılıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirmişlər. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi məlumatlar yayılması başa düşülür. Atasının və onun barəsində yayılan məlumatlar mənfi yalan məlumatlardır. Onların atasının və onun barəsində bilə-bilə yaydıqları yalan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin (görməyi) görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Yuxarıda adları çəkilənlər atasına və ona qarşı bilə-bilə yalan ifadələr və izahatlar verərək böhtan atması təhqiqatda və məhkəmə proseslərində 2 nəfərdə artıq 11 nəfərin yanında yayılmışdır. Yalançı zərərçəkmiş Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 belə haqsız və qanunsuz hərəkətləri nəticəsində atası Elçin Muradova və ona maddi və mənəvi zərər vurulmuşlar. Nəticədə atasının və onun əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilənlər atasının və onun barəsində (verdikləri) yazdıqları yalan izahatlar və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmişlər və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşlar. İztirab keçirərək sağlamlıqlarının pozulması nəticəsində fiziki əzab çəkirlər. Atasının və onun əsəblərinin pozulmasına görə günlərlə bu günə qədər evdən bayıra çıxmayır, heç kəsin gözünə görünmək istəmirlər. O, heç kimin onunla atasını əsəbi halda və əsəblərinin gərgin pozulması halında görməməsini istəmişdir. Əsəblərinin pozulmasına görə bir neçə dəfə gecələr səhərə qədər yata bilməmiş ya da narahat halda yatmışlar. Yuxarıda adları çəkilənlər beləliklə onun da şərəf və ləyaqətinin ləkələnməsi ilə sağlamlığına xəsarət yetirmişlər. Atasına və ona zərər vurduqlarına görə mənəvi sarsıntı nəticəsində yalan və şər atasının və onun mənəviyyatına toxunduğu halda atası yaradıcı rəssam kimi əsəbi halda hal-hazırda heç bir əsəri lazımi qaydada yarada bilmir. Bu hal atasının yaradıcılığına da mənfi təsir göstərmişdir. Atası rəssam sənətkardır, əsəblərinin gərgin pozulması halında heç bir əsəri lazımi qaydada səhvsiz yaratmaq üçün işləmək qabiliyyətində ola bilməmişdir və onların atasına qarşı etdikləri haqsızlıqlar nəticəsində istədiyi əsərləri lazım olan qaydada yarada bilmir. Atasını belə vəziyyətdə görməsi onun əsəblərinə çox mənfi təsir etmişdir. Yuxarıda adları çəkilənlər atasının və onun şərəf və ləyaqətinin ləkələnməsi barədə bilə-bilə yalan məlumatlar vermişlər və bu məlumatları bilərəkdən yaymışlar. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması deməkdir. Sumqayıt şəhər 1-ci Polis Bölməsində və məhkəmələrdə verilən belə yalan məlumatlar əxlaqi prinsiplər ayrıayrı şəxslər arasında onunla atası barəsində mənfi rəy yaradan şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Belə yalan məlumatlar atasına və ona çox mənfi təsir etmişdir. Onların atasına və ona qarşı etdikləri haqsızlıqlar əsəblərinə və mənəviyyatına dözülməz təsir etdiyinə görə özlərindən asılı olmayaraq əsəbləşərək əsəbi halda münasibətdə olduqlarından xəbərləri olmur. Atasının anasından qalmış miras qalan 2172 nömrəli bağ-torpaq sahəsində atasını və onu xx.xx.2022-ci il tarixdə görəndən sonra 102 çağırış xidmətinə şikayət etdikdən sonra atasını və onu Sumqayıt şəhər 1-ci Polis Bölməsinə aparmışlar. 12-ci otaqda olan təhqiqatçı Məmmədov Elşad xx.xx.2022-ci il tarixdə 1-ci polis bölməsində atasını heç bir səbəb olmadan 4 saat ayaq üstə saxladıqdan sonra buraxmışdır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmənin diqqətinə çatdırır ki, illərcə davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onun sağlamlığında çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Onların yuxarıda adları çəkilənlərin ona qarşı etdikləri belə haqsız hərəkətlərdən sonra onun əsəbləri ciddi surətdə pozulmuşdur. Belə halları atasında da müşahidə edir. Hesab edir ki, onun və atasının pozulmuş hüquqlarının bərpası üçün ona dəymiş maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 97000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq mənə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş ziyan üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin o, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 300 manat dövlət rüsumunun da cavabdehlərdən tutularaq ona qaytarılmasını istəyir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Muradov Elchin məhkəmə iclasında İddiaçı izahatına əlavə olaraq bildirdi ki, cavabdehlər özlərinin haqlı və günahsız olduqlarını göstərmək istədikləri üçün və onları günahlandırmaq üçün hər bir variantdan istifadə edirlər. Cavabdehlərin təhqiqatda və məhkəmələrdə bilə-bilə yalan (ifadə) və izahat verdiklərini Cavabdeh3 vəkili də sübut edir. Cavabdeh3 vəkili X4 məhkəmədə “hasarı Elçin Muradovun sökdüyü məhkəməyə verdiyi fotoda görünür, fotonu qonşu çəkib, hasar 4 metr hündürlüyündə idi” deyə hakimə bildirmişdir. Qarşı tərəf Cavabdeh3 məhkəməyə verdiyi fotoda görünən şəxsin o olduğunu sübut etməlidir. Əgər qeyd edilən fotoşəkil həqiqi olsa idi o fotoşəkili Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqata və Sumqayıt şəhərində keçirilən üç məhkəmə prosesində təqdim edərdilər. Vəkil X4 xx.xx.2022-ci il tarixdə keçirilən Sumqayıt İnzibati Məhkəməsində fotonu məhkəməyə təqdim etməmişdir. Cavabdehlər və vəkil Könül Qədimalıyeva belə haqsız və qanunsuz hərəkətləri ilə ona və oğlu İddiaçı şər böhtan ataraq məhkəməyə bilə-bilə yalan (ifadə) izahat verməklərini sübut (ediblər) edirlər. Cavabdeh3 vəkili qarşılıqlı iddia ərizəsində o fotonu əlavə sənəd kimi göstərməmişdir. Hesab edir ki, məhkəmə belə faktları nəzərə almalıdır. Yalançı zərərçəkmiş Cavabdeh3, belə haqsız və qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuş, nəticədə əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilən cavabdehlər onun və oğlu Teymurun barədə (verdikləri) yazdıqları yalan (izahatlar) ifadələr və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşdur. İztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Əsəblərinin pozulmasına görə günlərlə evdən bayıra çıxa bilməmiş, heç kəsin gözünə görünmək istəməmişdir. Beləliklə, yalançı zərərçəkmiş və yalançı şahidlər şərəf və ləyaqətinin ləkələnməsi ilə oğlu Teymurun və onun sağlamlığına xəsarət yetirmişlər. Ona zərər vurduqlarına görə mənəvi sarsıntı nəticəsində yalan və şər şərəf, ləyaqətinə və mənəviyyatına toxunduğu halda o, yaradıcı rəssam kimi əsəbi halda heç bir əsəri lazımi qaydada yarada bilmir. Bu hal oğlu Teymurun da əsəblərinə mənfi təsir etmişdir. Onun əsəblərinin pozulması yaradıcılığına mənfi təsir göstərmişdir. O, rəssam sənətkardır, əsəblərinin gərgin pozulması halda heç bir əsəri səhvsiz yaratmaq üçün işləmək qabiliyyətində çox yorğun və əsəbi halda əsəri texniki cəhətdən yaratmaq qabiliyyətində, rənglərdən düzgün istifadə etmək qabiliyyətində ola bilməmişdir və ona qarşı edilən haqsızlıqlar nəticəsində istədiyi əsərləri yarada bilmir. Əsərləri əldə edə biləcəyi (əldən çıxan fayda) başa düşülür. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə, Sumqayıt Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmiş və hər dəfəsində bütün bu bir böhtan xarakterli şikayətlərə görə nigaranlıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirmişdir. Üç ildir ki, davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onun və oğlu Teymurun sağlamlığında çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Cavabdehlərin ona qarşı etdikləri belə haqsız və qanunsuz hərəkətlərdən sonra onun və oğlu Teymurun əsəbləri ciddi surətdə pozulmuşdur. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sənədlərlə də təsdiq olunur ki, ona Cavabdeh1 və Cavabdeh4, həmçinin qanunsuz satılmış miras əmlakın hissəsində mülkiyyətçi olmayan Cavabdeh3 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Hesab edir ki, şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Cavabdehlərin onun barəsində bilə-bilə yaydıqları yalan məlumatlar oğlu Teymurun və onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Cavabdehlərin etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Bu səbəbdən o, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 təhqiqatda və vəkil X3 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokurorluğuna göndərilməsini istəyir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı, bir manat belə olsa, zərər vurmamışdır. Əksinə iddiaçı və atası keçmişdə onlara məxsus olan bağın hasarını uçurmuşlar. O, iddiaçını əvvəllər tanımamış, hətta 2022-ci ilə kimi iddiaçını görməmişdir. İddiaçı öz atasının sözünə əməl edir və iddiaçını atası idarə edir. İddiaçı sonuncu dəfə bağda hadisə olan zaman görmüşdür. Hadisə ilə bağlı bildirir ki, iddiaçı atası ilə birlikdə bağa getmiş, bağdan ona zəng etmiş və demişdir ki, guya bağın sahibi odur. Bundan əlavə İddiaçı ona telefonda nalayiq sözlər demiş, o da məsələ ilə bağlı sahə rəisinə zəng etmişdir. Həmin vaxt o və sağ olan qardaşı Cavabdeh2 polis ilə birlikdə idarəyə getmişlər. İdarədə onlardan izahat alınmış, polis onlara bildirmişdir ki, hazırki iş mülki xarakterli olduğuna görə bu məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunur. Lakin o, münaqişə yaranmasını istəməmiş, ona görə də məhkəməyə müraciət etməmişdir. İddiaçı və atası Cavabdeh3 da hasarını uçurmuşlar. Belə ki, onun Əvəz adlı qonşusu iddiaçı ilə atasını görmüş, bu zaman iddiaçı atası ilə qaçıb gizlənmişdir. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirdi ki, onun xəstə uşağı vardır. İddiaçı pul vermək niyyəti yoxdur. Belə ki, o, iddiaçını söyməmiş,iddiaçıya hər hansı bir ziyan vurmamış, hətta iddiaçını çöldə görsə belə tanımaz. O, Cavabdeh1 dedikləri ilə razıdır. Qeyd edilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh1 ona zəng edib İddiaçı atası ilə birlikdə bağı dağıtdıqlarını bildirmiş, bu səbəbdən onlar polisə müraciət etmişlər. O, bağ sahəsində hasar tikmiş, lakin iddiaçı və iddiaçının atası həmin hasarı dağıtmaqla əksinə olaraq ona ziyan vurmuşlar. İddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Lakin,məhkəmədə übutların tədqiqatı zamanı iddiaçı tərəf ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlər tərəfindən ona 3000 manat məbləğində maddi ziyan və 97000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.Lakin yuxarıda qeyd olunduğu kimi iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-788/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-788/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver