Məhkəmə qərarları › İş №2(102)-3133/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3133/2025

20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3133/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusuna görə dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-791/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və onun atası ilə cavabdehlər arasında bağ torpaq sahəsi ilə bağlı mübahisə var. Cavabdehlər iddiaçının əmisi (Cavabdeh1) və bibisi (Cavabdeh4), biri də (Cavabdeh3) onlardan torpaq sahəsi almış şəxsdir (bağ qonşusudur). İddiaçının atasına bağ torpaq sahəsindən miras pay verilmədiyinə görə qardaş-bacıları ilə münasibəti pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ona dəymiş mənəvi zərərin əvəzində 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun atası Elçin Muradovun anasından Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən ümumi 0,24 ha-dan ibarət bağ torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlakı onun atasının razılığı olmadan atası (Muradov Dadaş Xanbaba oğlu) sağlığında 6 övladla rından Cavabdeh2 adına sənədləşdirmişdir. Sonradan atasının razılığı olmadan həmin miras əmlakın bir hissəsi 26 iyul 2021-ci il tarixli AN-0960397 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 14500 manat məbləğinə vərəsə X9 tərəfindən X1. O və atası sözügedən miras əmlaka (torpağa) 2021-ci ilin oktyabr ayından 2 il ərzində getmişlər. Həmin miras əmlakda atasının payı olduğu barədə qardaşlarına - Cavabdeh1 və Cavabdeh2 bildirdikdən sonra qardaşlarla onun atasının arasında narazılıq yaranmışdır. Atasının anasından miras qalan bağ torpaq sahəsindən atasının vərəsəlik payını vermək istəmədiyinə görə xx.xx.2022-ci il tarixdə Etibar Muradov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Cavabdeh1 və Muradov Etibar Dadaş oğlu miras qalan bağ torpaq sahə sinin satıldığı hissədə mülkiyyətçi kimi heç kəs olmayan Cavabdeh3 ilə birləşərək atasının və onun barəsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli şikayət ərizələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək atasını və onu tutdurmaq istəmişlər. Belə ki, Cavabdeh1 və Muradov X8 Elşən Ələddin oğlu ilə birlikdə atasını və onu tutdurmaq məqsədi ilə müxtəlif vaxtlarda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi şikayət ərizələrində guya atası ilə onun birlikdə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 məxsus bağ evində tikintisi aparılan hasarı uçurtmuş, bağda olan su qabı və beli aparmış, həmçinin guya atası 2023cü ilin yanvar ayında 2172 nömrəli bağ sahəsinin ətrafına çəkilmiş daş hasara birləşdirilmiş darvazanı hasardan sökərək yerə yıxmış və ətr afda olan otları yandırmış, həmin vaxt alovun darvazanı yandırması səbəbindən Cavabdeh3 1000 manat məbləğində maddi ziyan vurulduğunu və əmlakın qəsdən məhv edildiyini göstərmişdir. Sözügedən bağ sahəsində darvazanın yerdə xx.xx.2023-cü il tarixə qədər olması xx.xx.2023-cü il tarixdə çəkilmiş fotoşəkildə görünən yağan qarın altında qalması ilə sübut olunur. Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə şikayət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cavabdeh3 izahatında bağ sahəsinə 2-3 gündən bir getdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, atası ilə bağ sahəsinə getdikdə darvaza yerə aşmamışdır. Atası və onun bağa xx.xx.2023-cü il tarixdə getdiklərini bi ləndən sonra darvazanı yerə Cavabdeh3 yıxıb xx.xx.2023-cü ildə 1-ci Polis Bölməsinə şikayət etmişdir. Darvazanın xx.xx.2023-cü il tarixə qədər də yerdə olduğunu fotoşəkildə görmək olar. Atasının bağ miras payını vermək istəməyən, atasını və onu tutdurmaq istəyən Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 ilə birlikdə ağılsızlıqla düşünülmüş belə bir hadisə quraşdırmışlar. Həmin şikayətlər üzrə yalançı şahidlər Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində həqiqətə uyğun olmayan böhtan xarakterli izahat vermiş və izahatında göstərmişdir ki, Cavabdeh3 ərizə və izahatında göstərdiyi xüsusatları təsdiq edir və Elşənin özünə aid olan hissədə mişar daşla tikdiyi hasarı məhz Elçin Muradov və Teymur qəsdən uçurtmuşlar və məhz qəsdən həmin hasarı uçurtmaqla Elşənə maddi ziyan vurmuşlar. Həmin şikayətlər əsasında atasının və onun barəsində üç natamam inzibati material toplanmış və Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun qəbul etdiyi qərara əsasən, toplanmış materiallarda cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun qəbul etdiyi qərara əsasən, toplanmış material üzrə əmlakın qəsdən məhv edilməsi şikayəti il ə bağlı atasının əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Atasının müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli 006-57295M-3222 nömrəli cavab məktubunda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış, Cavabdeh1 barəsində İXM-in 227-ci (xırda talama) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. Amma Cavabdeh1 barədə heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)- 2350/2022 saylı qərarı ilə atasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, atasına ziyanın bir misli məbləğində, yəni 2000 manat cərimə tənbeh növü tədbiq olunmuşdur. Atasının həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-578/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)2350/2022 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2350/2022 saylı qərardadı ilə atası nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN-1368065 nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. Atasının müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli 58-1/2-5466 nömrəli cavab məktubuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir. Toplanmış 3 natamam materialdan birinə Sumqayıt Şəhər Məhkəməsində atasının iştirakı olmadan baxılmış və məhkəmə atasını 2000 manat cərimə etmişdir. Atasının apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı qanunsuz və əsassız sayılaraq ləğv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Cavabdeh1 onun atasının onu öldürməklə hədələdiyini və bağın satılan hissəsinə çəkilmiş hasarı Elçinin oğlu Teymurla sökdüyünü bildirmişdir. Üçüncü şikayətdə Cavabdeh3 atasına və ona qarşı evin hasarının söküldüyünü bildirmişdir. Apellyasiya Məhkəməsində Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində yalançı şahid Muradov Etiram atasına və ona qarşı bilə-bilə yalan izahat (ifadə) verərək atasına və ona şər və böhtan atmışdır. 26 iyul 2021-ci il tarixdə bağ sah əsi satılmış, xx.xx.2022-ci il tarixdə atasını və onu bağda görəndən sonra satılan bağa çəkilən hasarı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birlikdə sökərək atasını və onu tutdurmaq üçün əsas kimi göstərmişlər. Bu isə ona və atasına qarşı bilə-bilə yalan izahat-ifadə verməklərini təsdiq edən faktdır. Yalançı zərərçəkmiş Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqatda, Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixdə və Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə proseslərində və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri yalan izahatlarla (ifadələrlə) atasına və ona qarşı bilə-bilə şər və böhtan atmışlar. Cavabdeh3 və Cavabdeh1 atasının və onun barəsində bilə-bilə yalan ifadə verməklə atasının və onun şərəf və ləyaqətini ləkələyən, nü fuzdan salan məlumat yaymışlar. Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində atasına və ona qarşı bilə-bilə yalan ifadə verməklə etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Amma yalançı şahid Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməmişdir. Belə fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarında və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərardadında və xx.xx.2023-cü il tarixli 3(060)-2350/2022 nömrəli məktubunda sübut olunur. Cavabdeh3 adına heç bir bağ sahəsi olmadığı halda və bu bağda fərdi yaşayış evi olmadığı halda “mənim fərdi yaşayış evimin hasarını Elçin Muradov sökmüşdür, Elçin Muradov və oğlu Teymur qohumlarımdır, aramızda mülki mübahisə var” deyərək təhqiqatda və məhkəmələrdə bilə-bilə belə yalan 66 məlumat vermişdir. Sözügedən bağ sahəsində fərdi yaşayış evinin olmadığı ərizəsinə əlavə etdiyi fotolarda sübut olunur. Yalançı şahid Cavabdeh1 "bağa çəkilmiş hasarı X5 birlikdə sökdüklərini bağın qapıs ının arasından baxaraq 30 may 2022-ci ildə, saat 10-11 radələrində görmüşəm” deyərək biləbilə yalan məlumatlar vermişdir. Cavabdeh1 məxsus nömrə üzrə telefon şəbəkəsi yoxlanılsa 30 may 2022-ci il tarixində saat 10-11 radələrində sözügedən bağda olmadığı, həmçinin harada olduğu sübut olunardı. Yalançı iddiaçı Cavabdeh3 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 1-ci Polis bölməsində verdiyi izahatında "X3 tanımışam" göstərməklə "Elçin Muradov və oğlu Teymur qohumumdur" dediyi sözlərin yalan olduğunu sübut etmişdir. Abşeron Rayon Məhkəməsinə yazdığı xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsində “Elçin Muradov mənim tanışımdır” deyə bildirmişdir. xx.xx.2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində dindirilən (şahidlik edən) yalançı şahid Cavabdeh1 ifadələri məzmun baxımından öz növbəsind ə şikayətinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə pretmeti barəsində həlledici qənaət formalaşdırmaq iqtidarında deyildir. Cavabdeh3 şikayəti əsasında Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində yalançı şahid olan Cavabdeh1 şahid qismində dindirilməsi barədə heç bir vəsatət verməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində şahidlik etməsi sonradan düşünülmüş və planlaşdırılmış haldır. Cavabdeh1 əgər şahid olsa idi, əvvəldən şahidlik edərdi. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin 14 sentyabr 2023-cü il tarixli 3(060)-2350/2022 nömrəli məktubunda "Sumqayıt ŞM-nin xx.xx.2022-ci il tarixli 3(060)-2350/2022 nömrəli qərarında zərərçəkmiş şəxs Cavabdeh3 izahatı tam şəkildə öz əksini tapmış, Cavabdeh1 məhkəmə iclasında iştira k etməmiş, izahatı alınmamışdır" göstərilməklə və Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhəri 1-ci polis bölməsində verdikləri izahatlarda Cavabdeh1 şahid olması barədə heç bir məlumat göstərməmişdir və Cavabdeh1 şahid kimi izahat-ifadə verməməyi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində bilə-bilə yalan izahat-ifadə verməsi və yalançı şahid olması faktı belə sübut olunmuşdur. Atasının bağdakı evdə sonradan müxtəlif vaxtlarda saxladığı 15 dəst şalvarlar, köynəklər, ayaqqabılar, bu əşyaları Cavabdeh1 oğurlamışdır. Bağ evində saxladığı 2 vedrə, bir ədəd stol, 15 metr ipin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə oğurlanması barədə xx.xx.2022-ci il tarixdə atası Sumqayıt şəhər 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq faktında xırda talamanın, y əni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs Cavabdeh1 barəsində inzibati təsir tədbirlərinin görülməsi üçün inzibati icraat işi açılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmə hüququ vardır. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Yalançı zərərçəkən Cavabdeh3 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində və Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 1-ci polis bölməsində atasının və onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymışlar. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sə nədlərlə də təsdiq olunur ki, atasına və ona Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2, həmçinin qanunsuz satılmış miras əmlakın bir hissəsində mülkiyyətçi olmayan Cavabdeh3 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində atası Elçin Muradova və ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmişlər və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigarançılıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik hisləri keçirmişlər. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, ictimai fəaliyy ətlə əlaqədar cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi məlumatlar yayılması başa düşülür. Atasının və onun barəsində yayılan məlumatlar mənfi, yalan məlumatlardır. Onların atasının və onun barəsində biləbilə yaydıqları yalan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Yuxarıda adları çəkilənlər atasına və ona qarşı bilə-bilə yalan ifadələr və izahatlar verərək böhtan atması təhqiqatda və məhkəmə proseslərində artıq 11 nəfərin yanında yayılmışdır. Yalançı zərərçəkmiş Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 belə haqsız və qanunsuz hərəkətlər i nəticəsində atası Elçin Muradova və ona maddi və mənəvi zərər vurmuşlar. Nəticədə atasının və onun əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilənlər atasının və onun barəsində verdikləri (yazdıqları) yalan izahatlar və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmişlər və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşlar. İztirab keçirərək sağlamlıqlarının pozulması nəticəsində fiziki əzab çəkirlər. Atasının və onun əsəblərinin pozulmasına görə günlərlə, bu günə qədər evdən bayıra çıxmır, heç kəsin gözünə görünmək istəmirlər. O, heç kimin onunla atasını əsəbi halda və əsəblərinin gərgin pozulması halında görməməsini istəmişdir. Əsəblərinin pozulmasına görə bir neçə dəfə gecələr səhərə qədər yata bilməmiş, ya da narahat halda yatmışlar. Yuxarıda adları çəkil ənlər, beləliklə, onun da şərəf və ləyaqətinin ləkələnməsi ilə sağlamlığına zərər yetirmişlər. Atasına və ona zərər vurduqlarına görə, mənəvi sarsıntı nəticəsində yalan və şər atasının və onun mənəviyyatına toxunduğu üçün atası yaradıcı rəssam kimi əsəbi halda hal-hazırda heç bir əsəri lazımi qaydada yarada bilmir. Bu hal atasının yaradıcılığına da mənfi təsir göstərmişdir. Atası rəssam sənətkardır, əsəblərinin gərgin pozulması halında heç bir əsəri lazımi qaydada səhvsiz yaratmaq üçün işləmək qabiliyyətində ola bilməmişdir və onların atasına qarşı etdikləri haqsızlıqlar nəticəsində istədiyi əsərləri lazım olan qaydada yarada bilmir. Atasını belə vəziyyətdə görməsi onun əsəblərinə çox mənfi təsir etmişdir. Yuxarıda adları çəkilənlər atasının və onun şərəf və ləyaqətinin ləkələnməsi barəd ə bilə-bilə yalan məlumatlar vermişlər və bu məlumatları bilərəkdən yaymışlar. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması deməkdir. Sumqayıt şəhər 1-ci Polis Bölməsində və məhkəmələrdə verilən belə yalan məlumatlar əxlaqi prinsiplər baxımından ayrı-ayrı şəxslər arasında onunla atası barəsində mənfi rəy yaradan, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Belə yalan məlumatlar atasına və ona çox mənfi təsir etmişdir. Onların atasına və ona qarşı etdikləri haqsızlıqlar əsəblərinə və mənəviyyatına dözülməz təsir etdiyinə görə özlərindən asılı olmayaraq əsəbləşərək əsəbi halda münasibətdə olduqlarından xəbərləri olmur. Atasının anasından miras qalan 2172 nömrəli bağ-torpaq sahəsində atasını və onu xx.xx.2022-ci il tarixdə görəndən sonra 102 çağırış xidmətinə şikayət etdikdən sonra atasını və onu Sumqayıt şəhər 1-ci Polis Bölməsinə aparmışlar. 12ci otaqda olan təhqiqatçı Məmmədov Elşad xx.xx.2022 ci il tarixdə 1-ci polis bölməsində atasını heç bir səbəb olmadan 4 saat ayaq üstə saxladıqdan sonra buraxmışdır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmənin diqqətinə çatdırır ki, illərcə davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onun sağlamlığında çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Yuxarıda adları çəkilənlərin ona qarşı etdikləri belə haqsız hərəkətlərdən sonra onun əsəbləri ciddi surətdə pozulmuşdur. Belə halları atasında da müşahidə edir. Hesab edir ki, onun və atası nın pozulmuş hüquqlarının bərpası üçün ona dəymiş maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 97000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş ziyan üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin o, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 300 manat dövlət rüsumunun da cavabdehlərdən tutularaq ona qaytarılmasını istəyir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. İddiaçı nümayəndəsi Muradov Elçin məhkəmə iclasında İddiaçı izahatına əlavə olaraq bildirdi ki, cavabdehlər özlərinin haqlı və günahsız olduqlarını göstərmək istədikləri üçün və onları günahlandırmaq üçün hər b ir variantdan istifadə edirlər. Cavabdehlərin təhqiqatda və məhkəmələrdə bilə-bilə yalan (ifadə) və izahat verdiklərini Cavabdeh3 vəkili də sübut edir. Cavabdeh3 vəkili X6 məhkəmədə “hasarı Elçin Muradovun sökdüyü məhkəməyə verdiyi fotoda görünür, fotonu qonşu çəkib, hasar 4 metr hündürlüyündə idi” deyə hakimə bildirmişdir. Qarşı tərəf Cavabdeh3 məhkəməyə verdiyi fotoda görünən şəxsin o olduğunu sübut etməlidir. Əgər qeyd edilən fotoşəkil həqiqi olsa idi o fotoşəkili Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqata və Sumqayıt şəhərində keçirilən üç məhkəmə prosesində təqdim edərdilər. Vəkil X6 xx.xx.2022-ci il tarixdə keçirilən Sumqayıt İnzibati Məhkəməsində fotonu məhkəməyə təqdim etməmişdir. Cavabdehlər və vəkil Könül Qədimalıyeva belə haqsız və qanunsuz hərəkətləri ilə ona və oğlu İddiaç ı şər böhtan ataraq məhkəməyə bilə-bilə yalan (ifadə) izahat verməklərini sübut (ediblər) edirlər. Cavabdeh3 vəkili qarşılıqlı iddia ərizəsində o fotonu əlavə sənəd kimi göstərməmişdir. Hesab etmişdir ki, məhkəmə belə faktları nəzərə almalıdır. Yalançı zərərçəkmiş Cavabdeh3, belə haqsız və qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuş, nəticədə əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilən cavabdehlər onun və oğlu Teymurun barədə (verdikləri) yazdıqları yalan (izahatlar) ifadələr və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşdur. İztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Əsəblərinin pozulmasına görə günlərlə evdən bayıra çıxa bilməmiş, heç kəsin gözünə görünmək istəməmişdir. Beləliklə, yalançı zərərçəkmiş və yalançı şahidlər şərəf və ləyaqətinin ləkələnməsi ilə oğlu Teymurun və onun sağlamlığına xəsarət yetirmişlər. Ona zərər vurduqlarına görə mənəvi sarsıntı nəticəsində yalan və şər şərəf, ləyaqətinə və mənəviyyatına toxunduğu halda o, yaradıcı rəssam kimi əsəbi halda heç bir əsəri lazımi qaydada yarada bilmir. Bu hal oğlu Teymurun da əsəblərinə mənfi təsir etmişdir. Onun əsəblərinin pozulması yaradıcılığına mənfi təsir göstərmişdir. O, rəssam sənətkardır, əsəblərinin gərgin pozulması halda heç bir əsəri səhvsiz yaratmaq üçün işləmək qabiliyyətində çox yorğun və əsəbi halda əsəri texniki cəhətdən yaratmaq qabiliyyətində, rənglərdən düzgün istifadə etmək qabiliyyətində ola bilməmişdir və ona qarşı edilən haqsızlıqlar nəticəsində istədi yi əsərləri yarada bilmir. Əsərləri əldə edə biləcəyi (əldən çıxan fayda) başa düşülür. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə, Sumqayıt Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmiş və hər dəfəsində bütün bu bir böhtan xarakterli şikayətlərə görə nigaranlıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirmişdir. Üç ildir ki, davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onun və oğlu Teymurun sağlamlığında çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Cava bdehlərin ona qarşı etdikləri belə haqsız və qanunsuz hərəkətlərdən sonra onun və oğlu Teymurun əsəbləri ciddi surətdə pozulmuşdur. Hesab edir ki, şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 təhqiqatda və vəkil X4 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib, Abşeron Rayon Prokurorluğuna göndərilməsini istəyir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı, bir manat belə olsa, zərər vurmamışdır. Əksinə i ddiaçı və atası keçmişdə onlara məxsus olan bağın hasarını uçurmuşlar. O, iddiaçını əvvəllər tanımamış, hətta 2022-ci ilə kimi iddiaçını görməmişdir. İddiaçı öz atasının sözünə əməl edir və iddiaçını atası idarə edir. İddiaçı sonuncu dəfə bağda hadisə olan zaman görmüşdür. Hadisə ilə bağlı bildirir ki, iddiaçı atası ilə birlikdə bağa getmiş, bağdan ona zəng etmiş və demişdir ki, guya bağın sahibi odur. Bundan əlavə İddiaçı ona telefonda nalayiq sözlər demiş, o da məsələ ilə bağlı sahə rəisinə zəng etmişdir. Həmin vaxt o və sağ olan qardaşı Cavabdeh2 polis ilə birlikdə idarəyə getmişlər. İdarədə onlardan izahat alınmış, polis onlara bildirmişdir ki, hazırki iş mülki xarakterli olduğuna görə bu məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunur. Lakin o, münaqişə yaranmasını istəməm iş, ona görə də məhkəməyə müraciət etməmişdir. İddiaçı və atası Cavabdeh3 da hasarını uçurmuşlar. Belə ki, onun Əvəz adlı qonşusu iddiaçı ilə atasını görmüş, bu zaman iddiaçı atası ilə qaçıb gizlənmişdir. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirmişdir ki, onun xəstə uşağı vardır. İddiaçı pul vermək niyyəti yoxdur. Belə ki, o, iddiaçını söyməmiş,iddiaçıya hər hansı bir ziyan vurmamış, hətta iddiaçını çöldə görsə belə tanımaz. O, Cavabdeh1 dedikləri ilə razıdır. Qeyd edilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh1 ona zəng edib İddiaçı atası ilə birlikdə bağı dağıt dıqlarını bildirmiş, bu səbəbdən onlar polisə müraciət etmişlər. O, bağ sahəsində hasar tikmiş, lakin iddiaçı və iddiaçının atası həmin hasarı dağıtmaqla əksinə olaraq ona ziyan vurmuşlar. İddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 2(012)-788/2025 nömrəli iş üzrə 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmədə sübutların tədqiqi zamanı iddiaçı tərəf ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlər tərəfindən ona 3000 manat məbləğində maddi ziyan və 97000 manat məbləğində mənəvi zərər vurulması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin, qeyd olunduğu kimi, iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarına tənqidi yanaşmışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci maddələrinə, “Mə nəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(012)-788/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, iş üzrə məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu, məhkəmənin sübutları düzgün və obyektiv qiy mətləndirmədiyini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını bildirmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-791/2025 nömrəli mülki iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və İlqar Dəmirov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən bağ sahəsində iddiaçı və atasına aid torpaq sahəsi və tikili yoxdur (mövcud ev və torpaq sahəsindən onlara miras kimi və ya başqa qanuni əsasla pay düşməmişdir). Belə vəziyyətdə onların həmin bağa nə üçün və nə məqsədlə getdikləri başa düşülən deyil. Tərəflərin qarşılıqlı münasibətləri belə deməyə əsas verir ki, iddiaçı və atasının sözügedən bağ sahəsinə getmələri cavabdehlər üçün arzuolunmazdır və təbii ki, orada hər hansı xoşagəlməz hadisənin (hasarın uçurulması, darvazanın sökülüb yerə atılması, otun yandırılması, həyətdəki əşyaların oğurlanması və digər hər hansı formada ziyan vurulması) baş verməsində onlardan şübhələnirlər. Odur ki, cavabdehlər belə hadisələrin baş verməsinə görə iddiaçı və atasından polisə şikayətlər etmişlər. İddiaçı isə onlar barəsində cavabdehlər tərəfindən verilmiş şikayətləri özünün və atasının şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar kimi qəbul edir. İddiaçı iddia etmişdir ki, cavabdehlər ona və atasına şər-böhtan at ıb onları tutdurmaq istəyirlər. Polis tərəfindən aparılmış araşdırma zamanı şikayət edilən hadisələri onların törətməsi təsdiqini tapmamışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, polis orqanları şikayəti araşdırarkən baş vermiş hadisədə cinayət və ya inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını müəyyənləşdirir. Cavabdehlərin şikayətləri araşdırılarkən tərəflər arasındakı qarşıdurmanın mülki xarakterli səbəblərinin olduğu müəyyən edilmiş və onlara aralarındakı mülki mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdehlər tərəfindən şikayət edilən hadisələrdə iddiaçı və atasının iştirakı, yaxud təqsiri sübut olunmasa da, lakin onların hazırda cavabdehlərə aid olan bağ sahəsinə gedib orada görünmələri cavabdehlərin haqlı etiraz və narazılığın a səbəb olur, eyni zamanda tərəflər arasındakı qarşıdurmanı kəskinləşdirir. İddiaçı və atasının sözügedən bağ evi və torpaq sahəsindən pay tələbləri varsa, bunu mülki məhkəmə icraatı qaydasında həll edə bilərlər.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər polisə şikayət edərkən məqsədləri onlara məxsus bağ sahəsinə iddiaçı və atasını qanunsuz müdaxilələrdən çəkindirmək olmuşdur. Polisə şikayət etmək qanun pozuntusuna məruz qalan şəxsin hüququdur və o, bu hüququndan istifadə etməyə görə tənbeh edilə bilməz. Şikayətin açıqaşkar əsassız və qərəzli olduğu, başqasına qəsdən zərər vurmaq məqsədilə verildiyi müəyyən olunarsa şikayətçi barəsində müvafiq tədbirlər görülə bilər. Hazırkı iş üzrə cavabdehlərin iddiaçı və atası barəsində şikayət, yaxud polisdə və ya məhkəmədə izahatifadə v erərkən məqsədlərinin onların şərəf və ləyaqətini alçaltmaq, barələrində mənfi fikir formalaşdırmaq, onlara maddi-mənəvi zərər vurmaq olması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddialar üzrə cavabdehin mülki məsuliyyətə səbəb olan təqsirinin müəyyən olunması zəruridir və cavabdehin təqsirinin müəyyən olunmaması onun mülki məsuliyyətini istisna edən haldır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 23.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-791/2025 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehlər iddiaçıya və atasına qarşı biləbilə yalan ifadələr vermiş, atasının və iddiaçının özü barəsində şərəf və ləyaqətin ləkələnməsi barədə məlumatları bilərəkdən yaymışlar. Cavabdehlərin belə haqsız, qanunsuz hərəkətləri nəticəsində iddiaçı və atası fiziki və mənəvi sarsıntı keçirmiş və mənfi fiziki reaksiyaya səbəb olan xarakterli olmuşdur. İztirab keçirərək sağlamlığımın pozulması nəticəsində fiziki və mənəvi əzab çəkmişdir. Cavabdehlər mülkiyyət hüquqlarını pozmaqla yanaşı əsassız yerə atasına və iddiaçıya şər-böhtan ataraq onları polisə vermişlər. Bağın bir hissəsi 26 iyun 2021-ci tarixdə satılandan 6 (altı) ay sonra iddiaçını və atasını xx.xx.2022-ci il tarixdə bağda görəndən sonra bağ torpaq sahəsindən atamın miras vərəsəlik payını vermək istəmədiklərinə görə atasını və onu tutdurmağa görə 5-10 gün ərzində bağ sahəsinə hasar tikib və söküblər. Sumqayıt Apellyasiya Məhkəməsi əsaslı araşdırma aparmadan hər şeyə göz yummuşdur. Cavabdehləri əsassız olaraq müdafiə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işin heç bir faktiki hallarını obyektiv araşdırmadan qətnaməsində “işin faktiki hallarından və tərəflərin qarşılıqlı münasibətləindən görünür ki, cavabdehlər polisə şikayət edərək məqsədləri onlara məxsus bağ sahəsinə iddiaçı və atasını qanunsuz müdaxilələrdən çəkindirmək olmuşdur.” göstərmişdir. İddiaçının atasına valideynindən qalan miras bağ sahəsin də cavabdeh vərəsələrlə bərabər atasının vərəsəlik hüququ və miras payı olduğu üçün atası və iddiaçı həmin bağ sahəsinə getmişdir. Belə olduğu halda hansı qanunsuz müdaxilədən söz gedə bilər? İddiaçı və atası heç kəsin bağ sahəsinə müdaxilə və qanunsuz müdaxilə etməmişdir. Əksinə, atasınının valideynindən miras qalan bağ sahəsinin bir hissəsi X2 hissənin heç bir qapısı olmadığına görə satılan bağ sahəsində heç bir mülkiyyətçi olmayan Cavabdeh3 atamın valideynindən miras qalan bağ sahəsinin qapısından miras bağ sahəsinə dəfələrlə qanunsuz müdaxilə edərək və icazəsiz olaraq girmişdir. Hakimin Məhkəmədə iddiaçıya qarşı qərəzli olduğunu və cavabdehləri nahaqdan müdəfiə etdiyini sübut edən faktlardan biri də belə sübut olunur. X11 iddiaçıya qarşı qərəzli olduğunu, cavabdehləri nahaqdan müdafi ə etdiyini işin faktiki hallarını heç də araşdırmadığını, qanunsuz və əsassız qətnaməsində (göstərmişdir) sübut etmişdir. Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri 1-ci Polis Bölməsində verdikləri izahatlarında və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində bilə-bilə yalan ifadə verdikləri tam təsdiq olunub. Amma, hakim haqsızlıq edərək cavabdehləri nahaqdan müdafiə edib. Abşeron Rayon Məhkəməsinə verdiyi iddiada iddiaçının göstərdiyi kimi maddi və mənəvi ziyanı, atası və iddiaçı barəsində bilə-bilə yalan (ifadə) izahat verdiklərini apellyasiya şikayətində də göstərmişdir. Hakim qətnaməsində “mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər, xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normal arı da nəzərə alınmalıdır” istinad etsə də, mənim məhkəməyə iddiaçının təqdim etdiyi Cavabdeh1 atasına qarşı əxlaqsızlıq etdiyinin fotoşəkilini məhkəməyə təqdim etdiyi halda, hakim belə fakta və sübuta əhəmiyyət verməmişdir. Hakim cavabdehləri əsassız olaraq belə müdafiə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçıya qarşı necə qərəzli olmasını məhkəmə zalında olan nəzarət kamerasının video-çəkilişində görmək olar.

21. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

26. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ö dənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarı

29. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qey ri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı

30. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və izti rab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli Qərarı

31. Məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsər rüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli Qərarı

32. Mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şə raitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Ka ssasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegi yası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməs i üçün əsas təşkil etmir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-791/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar