Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-938/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 279 manat və ödənilmiş dövlət rüsumu üçün 30,40 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli e-2(012)-1522/2023 saylı qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 2640 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. AR X4 İdarəsi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli EQ 9274051saylı protokola görə 36 manat, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokola görə 36 manat, xx.xx.2021ci il tarixli EQ ******* saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10665168 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10665162 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10665166 saylı protokola görə9 manat, xx.xx.2022-ci il tarixli EQ 10665164 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10697345 saylı protokola görə36 manat, xx.xx.2022-ci il tarixli EQ 10697354 saylı protokola görə 36 manat, ümumilikdə 279 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki işin materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən - İddiaçı MMC lizinq alan - Cavabdeh tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində, lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür. Lizinq obyekti – dəyəri 14950 manat, “Khazar LX” minik markalı, ağ rəngli nəqliyyat vasitəsidir. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvələ müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ayda 1 dəfə 389,61 (sonuncu ay 390,27) manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müddəti 48 ay təşkil edir. İlkin olaraq 3100 manat ödəniş edilmişdir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli e-2(012)-1522/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 06 oktyabr 2021-ci il tarixli MAS-4490 saylı daxili lizinq müqaviləsinə əsasən 553,37 manat əsas, 514,60 manat mükafat və 31,03 manat cərimə pulu, dəymiş maddi ziyanın əvəzi kimi 1541 manat olmaqla, cəmi 2640 manat pul və 50,10 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyinin elektron xidmət portalından çıxarışın surətindən müəyyən edilir ki, Cavabdeh və X1 **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokola görə 36 manat, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokola görə 36 manat, xx.xx.2021-ci il tarixli EQ ******* saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10665168 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10665162 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10665166 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10665164 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10697345 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 10697354 saylı protokola görə 36 manat cərimə borcu vardır. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı mədaxil qəbzlərinin surətindən görünür ki, Cavabdeh və İlkin Baxşıyev adından müvafiq cərimələr ödənilmişdir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görününr ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixdə xx.xx.2023- 16:58:56 X3 MB HOP 279,00 təyinatı üzrə 279 manat məbləğində pul köçürmüşdür. Mülki işin materiallarından olan İddiaçı MMC-nin 09 oktyabr 2021-ci il tarixli 2521 №li Xəbərdarlıq (Pretenziya) məktubunun surətindən görünür ki, yaranmış zərərin 7 gün ərzində ödənilməsi, əks halda zərərin qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq olunmuşdur. Mülki işin materiallarından olan qəbz haqqında məlumatdan çıxarışdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində, müxtəlif zamanlarda AR X4 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Lakin cərimələr cavabdeh tərəfindən ödənilməmişdir. Həmin cərimələri cavabdehin adından İddiaçı MMC tərəfindən ödənilmişdir. Hazırda müəssisə cavabdehdən həmin məbləğdə pulu tələb edir. Mülki Мəcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 279 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 279 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-938/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-938/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver