Məhkəmə qərarları › İş №e-2(013)-1076/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1076/2025

07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1076/2025 07.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Konsensus vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbi barədə mülki işə 07 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2025-ci ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2013-cü ildə rəsmi nikah qeydindən keçməklə Cavabdeh ərə getmiş, birgə nikahdan xx.xx.2017-ci ildə Tuncay və xx.xx.2018-ci ildə Cavidan adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyini, faktiki olaraq ayrıldığını, uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini qeyd etməklə Cavabdehla aralarında xx.xx.2013cü ildə Abşeron Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü Tuncay və xx.xx.2018-ci il təvəllüdlü Cavidan adlı uşaqların onun yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin, mediasiya xərci kimi ödədiyi 50 manat, ödənilmiş dövlət üsumu əvəzində 50 manat və 300 manat vəkilə ödənilmiş xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş AZ-İ № 864129 saylı şəhadətnamədən görünür ki, tərəflər arasında nikah xx.xx.2013-cü ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 474 nömrə ilə qeydə alınmışdır. AZ-İİİ № 924448 və AZ-İV № 222822 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci ildə Tuncay və xx.xx.2018-ci ildə Cavidan adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, tərəflər arasında ər-arvad münasibətləri pozulmuş və ailənin bərpası mümkün olmadığından onlar arasında olan nikah məhkəmə qaydasında pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. xx.xx.2017-ci ildə anadan olmuş Tuncay və xx.xx.2018-ci ildə anadan olmuş Cavidan adlı uşaqlar yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini və gələcəkdə ödənilməsində çətinlik yaranmamasını nəzərə alaraq Cavabdeh uşaqları Tuncay və Cavidanın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli olmaqla cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilmişdir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22-ci maddəsində qeyd edilən digər mübahisələr barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmədiklərindən, nikahın pozulması zamanı həmin məsələlərin həlli mümkün olmamışdır. İddianın vəkilə ödənilmiş 300 manat xidmət haqqı tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən tələb 100 manat olan hissədə, yəni məhkəmənin ağlabatan hesab etdiyi məbləğdə təmin olunması məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat Cavabdehdən alınaraq iddiaçıya verilməlidiir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü ildə Abşeron Rayon Qeydiyyat Şöbəsində 474 nömrə ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2017-ci ildə anadan olmuş Tuncay və xx.xx.2018-ci ildə anadan olmuş Cavidan adlı uşaqlar yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılsın. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş Tuncay və xx.xx.2018-ci ildə anadan olmuş Cavidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddiaçı mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı vəkilə ödədiyi xidmət haqqı əvəzində 100 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçınin aliment tələbinə dair iddasının qalan hissəsi və vəkilə ödənilmiş xidmət haqqı tələbinə dair qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar