Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2117/2024 24.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2332 manat əsas pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 43.32 manat olmaqla, cəmi 2375.32 məbləğində pul vəsaitinin Azsığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın icbarı sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda yerləşən GFC MMC-nin istifadəsində olan qeyri-yaşayış obyekti (KFC Restoran) Azsığorta ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə sözü gedən qeyri-yaşayış obyektində subasma hadisəsi baş vermiş və daşınmaz əmlakka 1980 manat məbləğində maddi zərər dəymiş, 250 manat azadolma məbləği çıxılmaqla, Azsığorta ASC tərəfindən 1730 manat sığorta ödənişi faydalanan şəxsə təqdim edilmişdir. Subasma hadisəsinə dair akta əsasən Atatürk prospekti 47 ünvanda yerləşən 49 saylı mənzildə kombiyə birləşən su durbasının partlaması nəticəsində su axması baş vermişdir. Subasma hadisəsinin baş verdiyi 49 saylı mənzildə 2023-cü ildən kirayəçi kimi yaşayan Cavabdeh göstərilmişdir. Bundan başqa RAZ********** saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın icbarı sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda yerləşən Viva Desserts MMC-nin istifadəsində olan qeyri-yaşayış obyekti (Şirniyyat evi) Azsığorta ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə sözü gedən qeyri-yaşayış obyektində subasma hadisəsi baş vermiş və daşınmaz əmlakka 1102 manat məbləğində maddi zərər dəymiş, 500 manat azadolma məbləği çıxılmaqla, Azsığorta ASC tərəfindən 602 manat sığorta ödənişi faydalanan şəxsə təqdim edilmişdir. Subasma hadisəsinə dair akta əsasən Atatürk prospekti 47 ünvanda yerləşən 49 saylı mənzildə kombiyə birləşən su durbasının partlaması nəticəsində su axması baş vermişdir. Subasma hadisəsinin baş verdiyi 49 saylı mənzildə 2023cü ildən kirayəçi kimi yaşayan Cavabdeh göstərilmişdir. Cavabdehə dəfələrlə öhdəlikləırini tam və vaxtında yerinə yetirmədiyi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, yaranmış borcunu yerinə yetirməmişdir. Məhkəmədən Cavabdeh öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış əsas borc üzrə 2332 manat məbləğində sığorta ödənişini və ödənilmiş 43.32 manat dövlət rüsumu Azsığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2117/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı Azsığorta ASC-nin nümayəndəsindən məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı tərəf ərizəsində iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilərək müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişlər. Belə olan halda məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Subasma hadisəsinə dair 35 saylı MMS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, Atatürk prospekti 47 ünvanda yerləşən 49 saylı mənzildə kombiyə birləşən su turbasının partlaması nəticəsində su axması baş vermiş, elektrik xətləri və mebel islanmışdır. Su basma hadisəsinin baş verdiyi 49 saylı mənzilin sahibi məlum deyil, sentyabr 2023-cü ildən kirayəçilər yaşayırlar (Cavabdeh ev sahibi). Zərərçəkmiş şəxs-KFC restoranı. İş materiallarında olan Subasma hadisəsinə dair 35 saylı MMS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, Atatürk prospekti 47 ünvanda yerləşən 49 saylı mənzildə kombiyə birləşən su turbasının partlaması nəticəsində su axması baş vermiş, elektrik xətləri və mebel islanmışdır. Su basma hadisəsinin baş verdiyi 49 saylı mənzilin sahibi məlum deyil, sentyabr 2023-cü ildən kirayəçilər yaşayırlar (Cavabdeh ev sahibi). Zərərçəkmiş şəxs X1 mağazası. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə sadalanan sübutları və qanunvericiliyin tələblərini müqayisəli şəkildə tədqiq edib, məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar bir-birini tamamlamır və iddiaçının tələbinin əsaslı olmasına dəlalət etmir, həmçinin iddiaçının tələbini təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 43.32 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən 2332 manat əsas pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 43.32 manat pulun iddiaçının xeyrinə tutulması tələbinə dair tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 43.32 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nə aid edilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2117/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2117/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver