Məhkəmə qərarları › İş №e-2(013)-2153/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2153/2025

01.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2153/2025 01.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3662/2018 saylı Qətnaməsi ilə müəyyən edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-306/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin azaldılmaqla, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün ondan hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının xx.xx.2025-ci il tarixdən etibarən 0,4 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı aliment tələbinə dair iddiasi təmin edilmiş, ondan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2000-cu il tavəllüdlü X1 üçün hər ay hər uşağa 154 manat sabit pul məbləğində alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir. Daha sonra tələbkar Cavabdeh icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qətnamə ilə müəyyən edilmiş 308 manat məbləğində alimentin indeksasiya olunaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-306/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş və xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışr, həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(103)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə şikayəti təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, hazırkı halda maddi olaraq həddindən çox yüklənmişdir və məhkəmə qətnaməsi əsasında alimentin məbləği azaldılmalıdır. Hazırkı halda alimentin məbləğinin hər uşaq üçün 472 manat olması absurddur və onu çox çətin vəziyyətə salmaqdadır. Belə ki, Cavabdeh bundan əvvəl də dəfələrlə alimentin artırılması barədə iddia ərizələri vermiş və tələbləri rədd edilmişdir. Cavabdeh 2020-ci ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə alimentin artırılması (hər uşaq üçün hər ay 200 manat) tələbi ilə müraciət etsə də məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(007)-1005/2020 saylı Qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Belə ki, 2025-ci il üçün bir uşağın saxlanmasının minimum miqdarı 246 manat olduğu halda, ondan hər uşaq üçün 472 manat tutulması onun vəziyyətini çətinləşdirməklə bərabər hüquqlarını pozmaqda və qətnamənin icrasını mümkünsüz etməkdədir. Hazırda heç bir yerdə işləmir və işsiz statusu vardır. Hal-hazırda onun heç bir gəlir mənbəyi də yoxdur. Adına kredit müqavilələri mövcuddur. Həmçinin yaşlı ata-anası da onunla birlikdə yaşayır və onun himayəsindədirlər. Ailənin əsas dolanışıq mənbəyi ata-anasına verilən yaşa görə müavinətdir ki, bu məbləğ özü cəmi 220 manatdır. Ata və anası ilə birlikdə kirayədə yaşayırlar. Belə olan halda bu pulu necə ödəyə bilər ?. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış və qanunsuz olaraq ərizə təmin edilərək aliment məbləği indeksasiya edilmiş, dəfələrlə müvafiq dövlət orqanlarına işlə təmin olunması üçün müraciətlər etsə də onu işlə təmin edə bilmirlər və hal-hazırda da işsiz olaraq qalmaqdadır. Cavabdeh isə özü həkim işləməkdədir. Hazırda 38 saylı Şəhər Poliklinikasında həkim terapevt və "xxxx" MMC-də həkim vəzifəsində çalışır. Cavabdehin öz biznesi və apteki vardır. Cavabdeh kifayət qədər gəlirə malik olduğu halda əsassız olaraq ondan hər uşaq üçün 472 manat pul tələb edir. Hazırkı halda hər uşaq üçün 472 manat olmaqla, ümumi olaraq 944 manat aliment ödəmək onun üçün mümkünsüzdür və onu daha da borclandıracaqdır. Aliment məbləğinin 154 manat olduğu halda, birdən birə 472 manat olması tamamilə əsassızdır. Bu hüquq normalarıdan bilavasitə sui-istifadədir. Həmçinin bildirmək istəyir ki, bugünkü günə qədər 2000 manat aliment borcu qalmaqdadır və onu belə ödəyə bilmir. Faktiki olaraq bu məbləği ödəmək imkanından məhrumdur. Bu səbəbdən hesab edir ki, məhkəmə qətnaməsinə əsasən aliment məbləği azaldılmalı və hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 (sıfır tam onda dörd) misli həddində aliment tutulmalıdır. Göstərdiyi halları nəzərə alıb aliment məbləğinin azıldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin imkanı var, özünün aptek mağazası var, həm də həkim kordioloqdur, əmək haqqı alır. Cavbdehin fikri onu həbs etdirməkdir. Hazırda işləmir, əmək haqqı almır. İndeksasiyadan sonra ondan tutulmalı olan məbləğ 944 manat olub ki, həmin məbləği ödəməyə heç cür imkanı yoxdur. Əvvəlki qaydada, yəni 2 uşaq üçün 300 manat civarında aliment ödəyə bilər. Hazırda heç bir yerdə işləmir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iştirak etmədi, ərizə ünvanlayaraq iddia ərizəsinə etiraz etmiş, məhkəməyə gəlməyəcəyini bildirmiş, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. AZE ******** seriyalı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin 04 fevral 2022-ci il tarixli, ***-*******9 saylı arayışından görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş Elktron İnformasiya Sisteminin «Məşğulluq» altststeminə əsasən xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır və «Əmək müqaviləsi bildirişi» altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, ilk idda ərizəsi qismən təmin edilmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3004/2017 saylı Qətnaməsi ilə 2008-ci il təvəllüdlü Fidan və 2000-cu il təvəllüdlü Nahid adlı uşaqların saxlanılması üçün İddiaçı tutulan alimentin məbləği artırılmış və hazırkı qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla uşaqların saxlanılması üçün hər ay 154 manat aliment tutulması və hazırki qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla uşaqların saxlanılması üçün hər ay 154 manat alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3004/2017 saylı Qətnaməsi ilə uşaqların saxlanılması üçün tutulan 274 manat alimentin məbləğinin azaldılaraq iki uşağa görə hər ay 137 manat müəyən olunması barədə qarşılıqlı ərizəsi təmin edilməmişdir. Ərizəyə əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 8(011)- 306/2025 saylı Qərardadının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq 2008-ci il təvəllüdlü Fidan və 2000-cu il tavəllüdlü Nahid adlı uşaqların saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli Qərardadının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilməmiş və xx.xx.2025-ci il tarixli Qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 15 mart 2022-ci il tarixli aliment borcunun hesablanması haqqında Qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında hissəsində hesablanmış 2.332,83 manat aliment pulu borcunun İddiaçı tutulması qərara alınmışdır. AZE ******** seriyalı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2025-cu il üçün X3" Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 29 və 30-cu bəndlərində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi ölkə üzrə 2025-ci ildə minimum əmək haqqı məbləği cəmi 400 manat olduğu halda İddiaçı bir uşaq üçün 472 manat, cəmi 944 manat aliment məbləğinin tutulması indeksasiya edilmişdiri ki, həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi ağlabatan və mümkün görünmür. Məhkəmə İddiaçı iddia ərizəsində göstərdiklərini, onun işsiz kimi qeydiyyatda olmasını, ümumilikdə ailə vəziyyəti, maddi vəziyyəti ilə bağlı göstərdiklərini nəzərə alaraq hesab edir ki, onun ərizəsi hazırkı vəziyyətdə uşaqların təminatı baxımından da qismən təmin edilməli, aliment məbləği azaldılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.45 mislində /hər uşaq üçün 180 manat/ müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı 2 uşaqlarının saxlanılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3662/2018 saylı Qətnaməsi ilə müəyyən edilmiş və həmin məhkəmənin 8(011)- 306/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılsın, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün ataları İddiaçı tutulan aliment məbləği hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.45 /cəmi 0.90/ mislində müəyyən edilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar