Məhkəmə qərarları › İş №e-2(013)-2443/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2443/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2443/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 26 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin direktoru X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, İddiaçı MMC ilə Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 256 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli AZL-289 saylı daxili lizinq müqaviləsinin, edilmiş 1 saylı əlavənin və təhvil təslim aktının surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 16 faizlə 25850 manat dəyərində “Chevrolet Cobalt LTZ” markalı minik maşını müvəqqəti lizinqə verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-506/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-289 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, Cavabdeh 746,42 manat əsas 837,08 manat mükafat və 107,23 manat cərimə pulu və 40,31 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh cərimə edilməsi barədə şəkillərin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, İXP5668225 saylı protokol üzrə 64 manat, xx.xx.2023-cü il tarixli, EQ16956485 saylı protokol üzrə 32 manat, xx.xx.2023-cü il tarixli, EQ16956487 saylı protokol üzrə 64 manat, xx.xx.2023-cü il tarixli, EQ16956490 saylı protokol üzrə 32 manat, xx.xx.2023-cü il tarixli, EQ16956492 saylı protokol üzrə 32 manat, xx.xx.2023-cü il tarixli, EQ16956486 saylı protokol üzrə 32 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, cərimələr ödənilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli AZL-289 saylı müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müqaviləyə əsasən “Chevrolet Cobalt LTZ” markalı minik maşını müvəqqəti lizinqə verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə yol hərəkəti haqqında qanunun tələblərinə riayət etməmiş və ona inzibati xəta haqqında protokollar tərtib edilərək 256 manat cərimə olunmuş, iddiaçı tərəf isə həmin cərimələri ödəmişdir. Cavabdeh həmin pulu iddiaçıya ödəməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 256 (iki yüz əlli altı) manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar