Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2515/2025 27.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə 27 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində onun barəsində yaydığı yalan və həqiqətə uyğun olmayan məlumatlara görə ondan rəsmi qaydada üzr istəmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması və vurulmuş mənəvi zərərə görə cavabdehdən 1000 manat məbləğində kompensasiyanın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli, **********77-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0,33 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. 2021-2022-ci illərdə həmin torpaq sahəsinin ətrafını iddiaçı hasarlatmışdır. Hasarlama zamanı iddiaçıya verilmiş müvafiq çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını dəqiq müəyyən etmiş və iddiaçı yalnız həmin ərazini hasara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/720 saylı məhkəmə mühəndis-texniki ekspert rəyi sübut edir ki, İddiaçı məxsus olan Ağdam rayonunun Mahrızlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi və faktiki olaraq onun tərəfindən istifadə edilən (daş hasara alınmış) torpaq sahəsinin faktiki ölçülərinin 0,31953 hektardır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyi sübut edir ki, xx.xx.2022-ci il tarixli, **********77-10301 reyestr nömrəli çıxarış əsasında mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi 0,33 ha olsa da, faktiki olaraq cəmi 0,31953 ha torpaq sahəsi tərəfindən hasarlanmış və hazırda istifadəsindədir. Göründüyü kimi iddiaçı yalnız mülkiyyətində olan torpaq sahəsini hasara almış və əlavə heç bir torpaq sahəsini zəbt etməmişdir. Buna baxmayaraq, qonşusu Cavabdeh 2021-ci ildən indiyə qədər iddiaçının barəsində dayanmadan aidiyyəti olan-olmayan bütün dövlət orqanlara şikayət ünvanlamış, iddiaçını qanunsuz olaraq iddiaçıya məxsus olmayan torpaq sahəsini, «el arxını» və s. zəbt etməkdə ittiham edir. Halbuki, yuxarıda da qeyd edilən kimi ekspert rəyi ilə də sübut olunmuşdur ki, iddiaçı heç bir artıq sahəni özbaşına zəbt etməmişdir. Belə ki, son illərdə Cavabdeh aşağıdakı dövlət orqanlarına iddiaçı barəsində müxtəlif məzmunlu şikayətlərlə müraciət etmişdir: 2021-ci il tarixdə Zəngişalı kənd bələdiyyəsinə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimova, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Ədil Məmmədova, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, 2023-cü ildə Ağdam Rayon Məhkəməsinə, 2024-cü ildə Gəncə İnzibati Məhkəməsinə, 2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə. Aşağıda qeyd edilənlər baxımından Cavabdeh hərəkətləri qanunsuzdur: 1. Öz şikayətlərindən Cavabdeh iddiaçını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayəti torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətində ittiham edir. Belə ki, həmin Məcəllənin 188.1-ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət əməli hesab edilir. 188.2-ci maddədə qeyd edilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma cinayət məsuliyyəti yaradır. Göstərilən cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına daxildir. Şikayətlərdə Cavabdeh «zəbtetmə» və «çəpərləmə» ifadələrində istifadə edir. Bununla da dolayı yolla iddiaçını Cinayət Məcəlləsinin 188.1-ci və 188.2-ci maddələrində göstərilən cinayəti törətməkdə ittiham edir. 2. Cavabdeh vətəndaş olaraq dövlət orqanlarına müraciət etmək hüququ olsa da, o bu hüququndan sui-istifadə edir. Belə ki, a) Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsi şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. b) Konstitusiyanın 57-ci maddəsi - müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. c) Konstitusiyanın 80-ci maddəsi məsuliyyət Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. d) Konstitusiyanın 24-cü maddəsi - insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hər bir vətəndaşın Konstitusiyanın 57-ci maddəsinə əsasən dövlət orqanlarına müraciət etmək hüququ təsbit edilsə də vətəndaşın bu hüququndan sui-istifadə etməsi, dövlət orqanlarına digər şəxslər barəsində həqiqətə uyğun olmayan məlumat verməsi qanunla qadağan edilir. Hazırkı mübahisə üzrə Cavabdeh Konstitusiyanın 57-ci maddəsinə və «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müraciət etmək hüququ olsa da, iddiaçının barəsində yalan və ləkələyici məlumatları ərizəsində göstərmək hüququ olmamışdır. Çünki, Konstitusiya Məhkəməsinin bütün qərarlarında olan ortaq mövqe bundan ibarətdir ki,bir vətəndaşın hüququ – digər vətəndaşın hüququnun başladığı yerə qədərdir və artıq digər vətəndaşın hüququnun başladığı yerdə vətəndaşın vəzifəsi (həmin şəxsin hüquqlarına hörmətlə yanaşmaq vəzifəsi) yaranır. Yəni, Cavabdeh dövlət orqanlarına müraciət etmək hüququ olsa da, onun bu hüququ iddiaçının «şərəf və ləyaqətin müdafiəsi» hüququmu pozmamalı idi. İddiaçının «şərəf və ləyaqətin müdafiəsi» hüququmun başladığı yerdə artıq onun «müraciət etmək» hüququ müəyyən çərçivəyə düşməli və vəzifəsi iddiaçının hüququma hörmət yanaşmaq olmalı idi. Cavabdeh isə hüquqlarından sui-istifadə edərək iddiaçının barəsində ləkələyici məzmunlu məlumatlar yazaraq müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Halbuki, Konstitusiyanın 24-cü maddəsində qeyd edilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hazırkı halda Cavabdeh hüququndan (müraciət etmək hüququndan) sui-istifadə edərək iddiaçının «şərəf və ləyaqətin müdafiəsi» hüququmu pozmuşdur. 3. Cavabdeh eyni zamanda Ağdam Rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə müraciət edərək iddiatərəfimdən inşa edilmiş hasarın özbaşına tikili hesab edilərək sökülməsi və iddiaçıya verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələblərini irəli sürmüşdür. AğdamRayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi rədd edilmişdir. Həmçinin, Ç.X5 Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya verilmiş çıxarışın saxta olduğunu iddia edərək çıxarışın ləğv olunmasını tələb etmişdir. Həmin Məhkəmənin 2-1(114)- 2067/2024 saylı inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh iddiası mümkün sayılmamışdır. 4. Sonuncu dəfə cavabdeh xx.xx.2025-ci il tarixdə eyni məzmunlu şikayətlə Ağdam Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ağdam Rayon Polis X2 təhqiqatçısı, polis leytenantı Elşən Abdullayevin xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh şikayətində göstərdiyi məlumatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. 5 . Cavabdeh ilk dəfə 2021-ci il tarixdə və sonradan dəfələrlə eyni məzmunlu şikayətlə müraciət etmişdir. Bütün şikayətlərində Cavabdeh iddiaçını özbaşına olaraq özünə məxsus olmayan torpaq sahələrini zəbt etməkdə, saxta çıxarış almaqda, çıxarış almaq üçün vəzifəli şəxslərə rüşvət verməkdə ittiham etmişdir. Lakin, nə yuxarıda göstərilən şikayətlərin, nə də məhkəmələrə verilmiş iddiaların heç birinin hüquqi əsası olmadığından həmin şikayətlər və iddialar sonda rədd edilmişdir. 6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1007 saylı ekspert rəyində qeyd edilir ki, İddiaçı ona məxsus olmayan torpaq sahələrini «zəbt» etməsi ilə bağlı məlumatlar təsdiqini tapmadığı təqdirdə aid edildiyi şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunması qeyd olunmuşdur. Göründüyü kimiməhkəmə linqvistik ekspertizasının rəyi ilə barəmdə cavabdehin şikayətlərində qeyd etdiyi sözlərin ləkələyici olduğu öz təsdiqini tapır. Çünki, cavabdeh iddiaçını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş özgətorpağını qanunsuz zəbt etmə cinayətini törətməkdə ittiham etmişdir. b. Məlumatın yalan olması – doğru olmaması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mənə verilmiş mülkiyyət hüququmu təsdiq edən xx.xx.2022-ci il tarixli, **********77- 10301 reyestr nömrəli çıxarışa əsasən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0,33 ha təşkil edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/720 saylı məhkəmə mühəndistexniki ekspert rəyi sübut edir ki, İddiaçı məxsus olan, Ağdam rayonu, Mahrızlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi və faktiki olaraq onun tərəfindən istifadə edilən (daş hasara alınmış) torpaq sahəsinin faktiki ölçülərinin 0,31953 ha-dır. xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,33 ha torpaq sahəsinin ölçülərinə qismən uyğun gəlməsi və İddiaçı faktiki olaraq 0.31953 ha torpaq sahəsini daş və metal hasara alaraq istifadə etməsi, sənəd üzrə İddiaçı naturada istifadə etdiyi torpaq sahəsinin sərhədləri arasında qismən konfiqurasiya fərqinin olması göstərilmişdir. Göründüyü kimi cavabdeh şikayətlərində yalan məlumat verərək iddiaçının artıq torpaq sahəsini zəbt etdiyini bildirsə də ekspert rəyi təsdiq edir ki, iddiaçı nəinki artıq torpaq sahəsi zəbt etmiş, əksinə faktiki istifadəmdə olan torpaq sahəsi çıxarışda əks olunan sahədən 2 sot daha azdır. Bu isə onu sübut edir ki, mən heç bir ərazini qanunsuz olaraq zəbt etməmişəm və Cavabdeh şikayətlərində göstərdiyi məlumatlar yalandır. Əlavə olaraq bildirim ki, xx.xx.2022-ci il tarixli linqvistik ekspert rəyində Cavabdeh şikayət ərizələrin İddiaçı ona məxsus olmayan torpaq sahələrini “zəbt” etməsi ilə bağlı məlumatlar təsdiqini tapmadığı təqdirdə aid edildiyi şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunması qeyd olunmuşdur. Göründüyü kimi xx.xx.2022-ci il tarixli Məhkəmə Linqvistik Ekspertizasının rəyi şərtdən asılı edildiyindən ikinci ekspert rəyi (xx.xx.2024-cü il tarixli, məhkəmə mühəndis-texniki ekspert rəyi) mənim mülkiyyətimdən olan torpaq sahəsindən savayı artıq heç bir sahəni zəbt etmədiyimi, hətta mülkiyyətimdə 0,33 ha. torpaq sahəsinin olmalı olduğu halda, cəmi 0.31 ha. torpaq sahəsinin faktiki istifadəmdə olduğunu təsdiq etmişdir. Beləliklə də ikinci (məhkəmə mühəndis-texniki) ekspert rəyi ilə birinci (linqvistik) ekspert rəyi bir-birini tamamlamış və cavabdehin iddiaçı barəsində yaydığı məlumatların həm yalan olması, həm də eyni zamanda ləkələyici olduğu öz təsdiqini tapmış və sübuta yetirilmişdir. c. Yayılma «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinin sonuncu abzasına əsasən,məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Həmin Qərarın 3-cü bəndinin sonuncu abzasında qeyd edilir ki, məlumat, məktub,ərizə və şikayətlərdə göstərilməklə və s. üsullarla yayıla bilər. Hazırkı mübahisə üzrə cavabdeh yalan məlumatları ərizədə (şikayətdə) – yuxarıda göstərilən dövlət orqanlarına ünvanlanmış şikayətlərində göstərmək üsulu ilə yaymışdır. Əgər xüsusi ittiham qaydasında cinayət təqibi üzrə yayılma dedikdə, ləkələyici məlumatın azı 2 nəfər tərəfindən eşidilib dərk edilməsi nəzərdə tutulursa, mülki hüquqi qaydada yayılma dedikdə həmin məlumatın azı 1 nəfər kənar şəxsə (Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinin sonuncu abzasına əsasən) çatıdırlması yayılma hesab edilir. Artıq Cavabdeh şikayətləri ilə bağlı iddiaçı müxtəlif dövlət orqanlarına gedib izahat verməkdən, məhkəmələrdə iştirak etməkdən təngə gəlmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, rəsmi qaydada üzr istəmək öhdəliyi Cavabdeh üzərinə qoyulmalı və ondan 1000 manat məbləğində kompensasiya tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması, onun belə bir niyyətinin olması məhkəmə baxışında sübut olunmamışdır. Cavabdehin şikayətləri nəticəsində iddiaçının yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallar baş verməmişdir. İddiaçı öz tələbini cavabdehin şikayət edərək onun haqqında bilə-bilə yalan məlumat vermələri ilə əsaslandırmışdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, cavabdeh müəyyən tələblər dövlət orqanlarına müraciət etmiş, həmçinin məhkəmədə baxılmış, Cavabdeh iddiası əsassız hesab edilərək rədd edilmişdir. Bu əsasla mənəvi zərərin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə baxışında məlum olmuşdur ki, cavabdeh iddiaçıdan olan narazılığını ifadə etmək üçün «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsində nəzərdə tutulan hüquqlarından istifadə edərək müraciət etmişlər. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirilməsi, ümumiyyətlə bu məzmunda hər hansı bir hüquq pozuntusu, o cümlədən mülki hüquq pozuntusu (delikt) törətməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsi mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını aşağıdakı qaydada özündə ehtiva etmişdir: Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyi, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yuxarıda qeyd edilən Qərarın 4-cü bəndinin 1-ci abzasında nəzərdə tutulmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətinin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və s. maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ya ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsüllarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Bütün yuxarıda qeyd olunlardan göründüyü kimi qanunvericilik mülki hüquq məsuliyyəti daşımaq üçün mülki hüquq pozuntusu (delikt) törədilməsini mütləq və əsas amil kimi nəzərdə tutmuşdur. Lakin İddiaçı iddiasına baxılarkən məlum olmuşdur ki, cavabdeh ona qarşı hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik etməmişdir. Cavabdehlərin iddiaçıdan şikayət etmələri İddiaçının tələbinin təmin olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri anlamında cavabdehin delikt institutu çərçivəsində iddiaçı qarşısında məsuliyyət daşımalası üçün beş elementin birlikdə mövcudluğu tələb olunur: a) şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatları yayma əməli olmalıdır, b) əməl hüquqa zidd olmalıdır, c) əməl təqsirli törədilməlidir, ç) iddiaçının şəxsiyyətinə zərər vurulmalıdır, d) əməl ilə zərər arasında səbəbli əlaqə olmalıdır. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir. Bu halda digər əlamətlərin araşdırılmasına gərək qalmır. Hazırkı işdə cavabdeh tərəfindən müxtəlif xəbər və informasiya platforumlarında iddiaçı barəsində yuxarıda qeyd olunan məlumatların yazılması işin mübahisəsiz hallarıdır. Lakin cavabdehin istinad olunan hərəkətlərinin mülki hüquq pozuntusu sayılması və bu səbəbdən onun iddiaçı qarşısında məsuliyyət daşıması üçün həmin əməlin hüquqa zidd olması müəyyən edilməlidir. Əməlin hüquqa zidd olması dedikdə, onu törədən şəxs tərəfindən qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyin edilməsi başa düşülür. Başqa sözlə, törədilmiş əməl qanunvericiliklə qadağan edilmiş və ya yolverilən qanuni hədləri aşmış olmalıdır. Odur ki, qadağan edilməyən davranış, yaxud Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş hüququn həyata keçirilməsi hüquqa zidd əməl sayıla bilməz. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ ilə yanaşı, fikir və söz azadlığı, habelə vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir. Bu baxımdan mübahisənin düzgün həlli üçün ilk növbədə cavabdehin iddiaçının şərəf və layəqətini ləkələyən məlumatların əks edib-etdirmədiyi aydınlaşdırılmalıdır. Belə ki, şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai- əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəviəxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Buna görə də dövlət onun şəxsi qeyri-əmlak hüququnu qorumalıdır. Fiziki və ya hüquqi şəxs kütləvi informasiya vasitəsinin redaksiyasından həmin kütləvi informasiya vasitəsində yayımlanmış həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətinə ləkə vuran məlumatların təkzib olunmasını tələb etmək hüququna malikdir. Bu halda yayımlanmış məlumatlar ümumilikdə aşağıdakı iki əlamətə malik olmalıdır: - həqiqətə uyğun olmayan məlumatlar kütləvi informasiya vasitələrində yayımlanmışdır. Kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar ləkələyici xarakterə malikdir. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə - hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Cavabdehin müraciətlərində iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələrə, o cümlədən iddiaçının işgüzar nüfuzunun ləkələnməsinə dair ifadələrə yer verilməmişdir. . Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fikrini ifadə etmək azadlığını təsdiq edir. Nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. «X1rşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, ifadə azadlığı hüququ demokratik cəmiyyətin mühüm dayaqlarından birini, habelə onun tərəqqisinin və hər kəsin inkişafının əsas şərtlərindən birini təşkil edir. Məhkəmə qeyd edir ki, fikri ifadə etmək azadlığının məhdudlaşdırılması ilə əlaqədar diffamasiya qanunlarının tətbiqi üçün faktual rəyləri və qiymətləndirici mülahizələri fərqləndirmək lazımdır. Faktual rəylər faktları ifadə edən fikirlər, qiymətləndirici mülahizələr isə faktlara qiymət verən fikirlərdir. Faktual rəylərdən fərqli olaraq qiymətləndirici mülahizələrin həqiqətə uyğunluğunu sübut etməyi tələb etmək olmaz. Lakin burada da istisnalar vardır. «Yerusəlim Avstriyaya qarşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, qiymətləndirici mülahizələr hər hansı faktual bazaya malik olmadıqda, yəni faktlara söykənmədikdə, zəruri həddi aşan mülahizələr hesab oluna bilər. İzah olunmalıdır ki, diffamasiya (qaralama, nüfuzu ləkələmə) bir şəxs haqqında yalan və nüfuzdan salıcı məlumat yaymaq və ya onu açıq-aşkar aşağılayıcı ifadələrlə təhqir etmək deməkdir. Diffamasiya iki əsas formaya bölünür: Böhtan – şəxs haqqında həqiqətə uyğun olmayan və nüfuzuna zərər verən informasiyanın yayılması. Təhqir – şəxsi şərəf və ləyaqətini alçaldan ifadələrin işlədilməsi. «Şəxsi rəy» isə bir insanın müəyyən bir mövzu, şəxs, hadisə və ya fikir haqqında şəxsi baxışı və şərhidir. Bu, obyektiv həqiqət iddiası daşımayan, insanın öz düşüncələrini ifadə etdiyi subyektiv yanaşmadır. Hüquqi baxımdan şəxsi rəy ifadə azadlığı ilə qorunur və adətən məsuliyyət yaratmır. İfadə azadlığı beynəlxalq hüquq və Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilir. Bu hüquq insanın öz fikirlərini sərbəst şəkildə ifadə etməsini və başqalarına çatdırmasını təmin edir. İfadə azadlığının əsas məqsədi, fərdlərin öz mövqelərini, hisslərini və düşüncələrini açıq şəkildə bəyan etmələrinə şərait yaratmaqdır. Bu hüquq, həmçinin subyektiv fikirlərin, hisslərin və şəxsi baxışların ifadə edilməsini əhatə edir. Məhkəmə qeyd edir ki, cavabdehin fikirləri, obyektiv və doğruluq baxımından sübut tələb edən faktlar deyil, şəxsi rəy və ya subyektiv düşüncələr kimi qiymətləndirildiyi üçün, bu fikirlər ifadə azadlığı çərçivəsində qorunur. Şəxsi rəyin özü faktların tam əksinə olaraq, subyektiv və fərdi yanaşmanı əks etdirir. Hüquqi cəhətdən, şəxsi rəy heç vaxt obyektiv həqiqət iddiası kimi təqdim edilə bilməz, çünki hər kəsin rəy və baxışı fərqli ola bilər. Azərbaycan qanunvericiliyi və beynəlxalq qanunvericlik sistemində faktlar ilə şəxsi rəy arasında fərq mövcuddur. Faktlar obyektiv olaraq sübut edilə bilən məlumatlardır və mübahisələrə əsas olan həqiqətləri əks etdirir. Bunun əksinə olaraq, şəxsi rəy və ya subyektiv fikirlər yalnız şəxsin mövqeyini əks etdirir və mübahisəli faktlar kimi qəbul edilmir. Şəxsi rəyin hüquqi dəyəri yalnız ifadə azadlığının qorunması prinsipinə əsaslanır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra (Linqens Avstriyaya qarşı, Jerusalem Avstriyaya qarşı, Dichand və digərləri Avstriyaya qarşı, Dalban Rumıniyaya qarşı) 13/16 Qərarlarında vurğulamışdır ki, faktlar sübut edilə bilər, lakin qiymətləndirici mülahizələrin isbatı mümkün deyildir. Çünki qiymətləndirici mülahizələr hər hansı hadisə və ya vəziyyət barəsində bir nəzər nöqtəsini və ya şəxsi dəyərləndirməni ifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ifadə etdiyi fikirlərin, yəni «iddiaçının ona qarşı qərəzli olması», «ədavətli olması» və s. bu kimi ifadələrin, eyni zamanda iddiaçının əmək funksiyasına dair fikirlərin işlədilməsi faktların və ya obyektiv sübutların təqdimatı olaraq deyil, yalnız şəxsi mövqeyini, təəssüratlarını və subyektiv baxışlarını əks etdirən, mübahisəli və ya qeyriobyektiv mülahizələr olduğunu qiymətləndirir. Bu baxımdan, cavabdehin təqdim etdiyi ifadələr yalnız onun şəxsi rəyini, mülahizələrini, şəxsi təcrübəsini və düşüncələrini əks etdirdiyi üçün, hüquqi olaraq faktlar kimi qəbul edilə bilməz. Bununla paralel qeyd olunmalıdır ki, fikirlər, şəxsi rəyin bir hissəsi kimi, tərəflərdən heç birini hüquqi məsuliyyətə cəlb etməməli və ya şərəf və ləyaqətinə zərər verməməlidir. Cavabdehin ifadə etdiyi sözlər və cümlələr (ümumi olaraq fikirləri) konkret faktlara deyil, sadəcə subyektiv bir yanaşmaya əsaslandığı üçün, onlar hüquqi olaraq diffamasiya və ya böhtan kimi qiymətləndirilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, ifadə azadlığı çərçivəsində, şəxsi rəyin sərbəst şəkildə ifadə edilməsi hüququ əsas götürülərək, cavabdehin fikirləri yalnız onun subyektiv baxışlarını əks etdirdiyi üçün hüquqi məsuliyyətə səbəb olmur. Bu növ fikirlər, həqiqət kimi qəbul edilə bilməz, çünki onlar faktlara əsaslanmır və yalnız şəxsi mövqeləri, təəssüratları və mülahizələri ifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı barəsində yaydığı yalan və həqiqətə uyğun olmayan məlumatlara görə ondan rəsmi qaydada üzr istəmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması və vurulmuş mənəvi zərərə görə cavabdehdən 1000 manat məbləğində kompensasiyanın tutularaq ona verilməsinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2515/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2515/2025
27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver