Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3190/2024 13.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi /atası/ X10, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Bakı şəhəri, 4 saylı ASAN XİDMƏT X8 bağlanmış 19 fevral 2015-cu il tarixli, 396 saylı nikah qeydinin pozulmasını, birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən (Mediasiya arayışında təklifin tarixi) başlayaraq alimentin tutulmasına və mediasiya xidməti üçün ödənilmiş 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.1987-ci ildə Masallı rayonunun Musaküçə kəndində anadan olmuş, hazırda da həmin ünvanda yaşayır. Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan Cavabdeh ilə 19 fevral 2015-cu il tarixdə nikah rəsmiləşdirmişlər, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı 2 uşaqları anadan olmuşlar. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan aralarında olan narazılıqları valideynlərindən gizlətməli olmuş, bu narazılıqlar bir müddət davam edəndən sonra Cavabdeh onu döyüb atası evinə gətirəndə bu söhbətlər açılmışdır. Buna baxmayaraq heç vaxt cavabdehdən şikayətçi olmamış, ailənin bütövlüyünü qorumaq istəmiş, uşaqlarını düşünmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cavabdeh onu ağılagəlməz dərəcədə döymüş, səbəbsiz yerə yaşadığı evdə bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. Bundan sonra isə valideynlərinin köməyi ilə yaşadığı Musaküçə kəndində valideynləri yaşayan ünvana gəlmiş, artıq Cavabdeh ona qarşı etdikləri zülümlərə dözə bilməmiş, çıxış yolunu ailəsindən ayrılmaqda görmüşdür. Çünki cavabdehin həyat tərzi başqadır, cavabdehin gələcəkdə ona və uşaqlara qarşı hər hansı bir hadisə törətməsindən qorxur. Ailə və uşaqlarının gözləri önlərində döyülüb-alçalmağını bağışlaya bilmir. Məcburiyyət qarşısında qalıb ilk olaraq nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi və təqdim etdiyi Mediasiya arayışından məlum olur ki, məhkəməyə müraciət edənədək tədbirlər görmüş, lakin cavabdeh aliment ödəməli olduğu halda aliment verməkdən boyun qaçırmış, aliment almamışdır. Belə olduğu halda alimentin tutulması cavabdehə müraciət etdiyi tarixdən tutula bilər. İddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən atası X14 iddia tələblərini müdafiə etdi, nikahın pozulmasını xahiş etdi. Həmçinin göstərdi ki, birgə nikahdan anadan olmuş uşaqlardan 2016-cı il təvəllüdlü İbrahim hazırda anası ilə yaşayır, 2017-ci il təvəllüdlü Rəsmiyyə isə atası Ruslan ilə yaşayır. Rəsmiyyənin atasının himayəsində qalmasına etiraz etmirlər. Bununla belə qızı Şəfa ilə yaşayan İbrahim adlı uşağın saxlanılması üçün cavabdehdən qanunamüvafiq olaraq aliment də tələb edir. Əgər qanunamüvafiqdirsə alimentin qət edilməsini də istəyirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini ümumilikdə qəbul etdi. Göstərdi ki, nikahın pozulmasına razıdır. Uşaqlarla bağlı aralarında razılaşma var. Belə ki, uşaqlardan 2016-cı il təvəllüdlü X6 anasının yanındadır, 2017-ci il təvəllüdlü X4 isə atası ilə yaşayır. Bununla belə anası ilə yaşayan İbrahimin saxlanılması üçün hər ay 100-150 manat civarında aliment ödəyəcək. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin fikirlərini öyrənib və iş materiallarını nəzərdən keçirib bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, tərəflər arasında qeydə alınmış nikah pozulmalı, uşaqlar ana və atanın himayəsində saxlanılmalı və uşaqlardan 2016-cı il təvəllüdlü X1 üçün ananın xeyrinə cavabdehdən aliment məbləği qət də edilməlidir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1987-ci il təvəllüdlüdür. Masallı Regional ASAN XİDMƏT X13 tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş 03-16-5/8- 20xx-xx/2024 saylı arayışdan görünür ki, tərəflərin nikahları Bakı şəhəri, 4 saylı ASAN XİDMƏT X5 19 fevral 2015-ci il tarixdə, 396 sayla qeyd edilmişdir. Masallı Regional ASAN XİDMƏT X13 tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş 03-16-5/8- 20xx-xx/2024 və 03-16-5/8-20xx-xx/2024 saylı arayışlardan görünür ki, hazırkı tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşlar. X7 X15 X12 19 oktybar 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1986-cı il təvəllüdlüdür. Beləliklə müəyyən olundu ki, tərəflər arasında Bakı şəhəri, 4 saylı ASAN XİDMƏT X8 19 fevral 2015-ci il tarixdə rəsmi nikah qeydi aparılmış, birgə nikahdan onların 2 uşaqları anadan olmuş, tərəflər arasında ailə münasibətlər pozulmuş, uşaqların biri ananın, biri isə atanın himayəsindədirlər, uşaqlarla bağlı aralarında razılıq əldə edilib, tərəflər nikahın pozulmasını istəyirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nikaha ərin /arvadın/ və ya onların hər ikisinin ərizəsi əsasında xitam verilə bilər. Həmin Məcəllənin 16-cı maddəsinə görə nikaha xitam verilməsi bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər /arvad/nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulmalı, birgə nikahdan anadan olmuş 2016-cı il təvəllüdlü İbrahim anasının, 2017-ci il təvəllüdlü Rəsmiyyə isə atasının himayəsində saxlanılmalıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tərəfi himayələrində qalmış İbrahim adlı uşağın saxlanılması üçün aliment də istəyir, cavabdeh tərəf buna etiraz etmir, hər ay 100-150 manat aliment ödəmək istəyini bildirir, qarşı tərəfdən özünün himayəsində olan Rəsmiyyə adlı uşağın saxlanılması üçün aliment tələb etmir. Məhkəmə uşağın birinin atada qalmasını nəzərə alaraq hesab edir ki, tərəflər aralarında nikah qeydi pozulduqdan sonra 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 130 manat aliment tutulmalıdır. İddia tərəfi mediasiya xidməti üçün ödənilmiş 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun alınaraq ona ödənilməsini də xahiş edir ki, həqiqətən əlavə edilmiş sənədlərdən görünür ki, iddia tərəfi həmin məbləğləri ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, MPM-nin həmin maddəsinin müddəları baxımından iddiaçının həmin tələbləri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh aralarında Bakı şəhəri, 4 saylı ASAN XİDMƏT X8 bağlanmış 19 fevral 2015-ci il tarixli, 396 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş X6 anası İddiaçı, X4 atası Cavabdeh himayəsində saxlanılsınlar. Cavabdeh - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 /bir yüz otuz/ manat məbləğində aliment 05 noyabr 2024-cü il tarixdən hesablanılmaqla tutulub İddiaçı verilsin. Dövlət rüsumu və mediasiya xidməti üçün ödənilmiş 110 /bir yüz on manat/ manat Cavabdeh tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-3190/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3190/2024
13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver