Məhkəmə qərarları › İş №e-2(013)-321/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-321/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-321/2024 25.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 25 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdiyev rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh «Mitsubishi L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 240 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş 101110 nömrəli sığorta aktının və xx.xx.2021-ci il tarixli ********* nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, Cavabdeh «Mercedes Benz 220” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, C.Cabbarlı küçəsində "xxxx" MMC-yə məxsus olan X1 etibarnamə əsasında idarə etdiyi «Mitsubishi L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. «Mitsubishi L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. Hadisə nəticəsində «Mitsubishi L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə 240 manat ödənilmişdir. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və o, təqsirli olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü-cü maddələri ilə cərimə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi «Mercedes Benz 220” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və «Mitsubishi L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Dəymiş ziyana görə iddiaçı "xxxx" MMC-yə 240 manat ödəniş etmişdir. Belə olan halda İddiaçı Sığorta Şirkəti ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdehdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat sığorta ödənişi və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar