Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-50/2024 16.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Asif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dogum akt qeydində atalığın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə verilmiş AZ İV seriyalı 035842 nömrəli doğum haqqında şəhadətnamədə və xx.xx.2018-ci il tarixdə verilmiş AZ İV seriyalı 035843 nömrəli doğum haqqında şəhadətnamələr ləğv edilməsinə, onun xx.xx.2006-cı il təvəllüdlü Turalın və xx.xx.2018-ci təvəllüdlü Fəridənin atası olmamağım müəyyən edilməsinə və doğum akt qeydinin ata qırafasında X2 və X1 qeydinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsindən məhkəməyə məktub daxil olmuş və həmin məktubda mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş olunmuşdur. Məhkəmə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Asif oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixdə verilmiş AZ İV seriyalı 035842 nömrəli doğum haqqında şəhadətnamədə və xx.xx.2018-ci il tarixdə verilmiş AZ İV seriyalı 035843 nömrəli doğum haqqında şəhadətnamələr ləğv edilməsinə, onun xx.xx.2006-cı il təvəllüdlü Turalın və xx.xx.2018-ci təvəllüdlü Fəridənin atası olmamağım müəyyən edilməsinə və doğum akt qeydinin ata qırafasında X2 və X1 qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-50/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-50/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver