Məhkəmə qərarları › İş №e-2(013)-82/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-82/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-82/2025 10.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanda olan ona məxsus 102 adda, 13043 manat dəyərində cehiz və geyim, 9 adda 3780 manat dəyərində qızıl-zinət əşyalarının özü və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun və mediyasiya xərcinin tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və ərizədə göstərmişdir ki, ekspert rəyi ilə məhkəmə baxışı zamanı tanış olduğumdan iddia tələbimi dəqiqləşdirərək aşağıdakı kimi oxunmasını xahiş edir: ünvan 2 ünvanda olan 102 adda, 13043 manat dəyərində cehiz və geyim, 9 adda - 1.qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə (bayramda hədiyyə etmişdilər) -460 manat 2. yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə (nənəm Şərqiyə hədiyə etmişdi)- 517 manat 3. Pandora üzük, 750 əyar 6 qram çəkidə (Cavabdeh1 bibisi Ətrabə hədiyə etmişdi)-840 manat

4. Qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə ( anam Sahilə Axundova toydan sonra hədiyyə etmişlir)- 460 manat 5. Qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram (Cavabdeh1 2023-cü ildə 8 martda hədiyy etmişdir)- 632 manat 6. Paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram Cavabdeh2 2023-cü ildə Novruz bayramında hədiyyə etmişdir- 690 manat 7. Bir cüt sırğa sallama formalı - 583 əyar, 4 qram çəkidə (Cavabdeh1 qardaşı Vüsal Şirinov 13 noyabrda ad günüm münasibətilə hədiyyə etmişdir) - 460 manat 8. Sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə (Cavabdeh1 bacısı Elmina toyun səhəri günü hədiyyə etmişdir) 747 manat 9. Gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə (Cavabdeh1 bibisi Ətrabə oğlan toyu günü hədiyyə etmişdir) - 517 manat olmaqla, cəmi 5323 manat dəyərində qızıl – zinət əşyalarımın özü və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun, mediasiya xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Müxbir qızı və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh2 məhkəməyə ərizə daxil olmuş və ərizədə Cavabdeh2 iddia tələbini yalnız faktiki və əsaslandırılmış hissəsi üzrə qismən təmin olunması, əsassız və sübutlarla təsdiqlənməyən hissələr üzrə rədd edilməsini məhkəmədən xahiş etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, onun Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, cavabdehlərə məxsus ünvan 1 ünvanına gəlin köçdüyünü və özünə məxsus cehiz əşyalarını həmin mənzilə apardığını, onun cavabdehlər Cavabdeh1, qayanası Cavabdeh2 və qayınatası Cavabdeh3 ilə birlikdə yaşadığını, toy zamanı və toydan başqa vatlarda ona həm cavabdehlər həm də qohumları tərəfindən müxtəlif qızıl-zinət əşyalarının hədiyyə edildiyini, lakin bütün qızıl-zinət əşyalarının qaynanası Cavabdeh2 tərəfindən əlindən alındığını, hətta taxmaq üçün belə vermədiyini, onun yeni ailə olduqları üçün ailəsində münaqişə olmasın deyə heç bir söz demədiyini, 2024-cü ilin yanvar ayında onu qaynatası tərəfindən döyülərək və söyüşlərlə təhqir edilərək ata evinə gətirildiyini onun cavabdehlərin evini tərk edərkən ona məxsus iddia tələbində göstərilən qızıl-zinət və cehiz əşyalarının qaldığını, özünün isə yalnız əynindəki paltarla gəldiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 izahatında iddianı müdafiə etdiyini, İddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, cavabdehlərə məxsus ünvan 1 ünvanına gəlin köçdüyünü və özünə məxsus cehiz əşyalarını həmin mənzilə apardığını, İddiaçı cavabdehlər Cavabdeh1 ailəsi, anası Cavabdeh2 və atası Cavabdeh3 ilə birlikdə yaşadığını, toy zamanı və başqa vatlarda ona həm cavabdehlər həm də qohumlar tərəfindən müxtəlif qızılzinət əşyalarının hədiyyə edildiyini, lakin bütün qızıl-zinət əşyalarının qaynanası Cavabdeh2 tərəfindən əlindən alındığını, hətta taxmaq üçün belə vermədiyini, İddiaçı yeni ailə olduqları üçün ailəsində münaqişə olmasın deyə heç bir söz demədiyini, 2024-cü ilin yanvar ayında İddiaçı qaynatası tərəfindən döyülərək və söyüşlərlə təhqir edilərək ata evinə göndərildiyini, cavabdehlərin yaşadıqları evi tərk edərkən İddiaçı məxsus iddia tələbində göstərilən qızıl-zinət və cehiz əşyalarının qaldığını, İddiaçı ərizəsi əsasında çıxarılmış iddianın təmin edilməsi tədbirinin görülməsinə dair Ağdam rayon məhkəməsinin MTT(013)-14/2024 saylı 14 aprel 2024-cü il tarixli qərardadı ilə hazır ki iddia tələbində göstərilən əmlaklar üzərinə həbs qoyulduğunu və həmin əşayaların istifadəsi qadağan edildiyi, həmin qərar əsasında icra məmurları tərəfindən qeyd olunan əmlaklar qızıl-zinət əşyalarından başqa siyahıya alındığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra cavabdehlərin yaşadığı ünvan 1 ünvanına cehiz əşyalarını gətirmişdir. Hal-hazırda tərəflər arasında ailə münasibətləri pozulduğundan iddiaçı iddia ərizəsinə əlavə etdiyi cehiş əşyaların qiyməti üzrə məbləğin cavabdehlərdən alınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında da qeyd etdiyim kimi tərəfimdən cavabdehin ünvan 1 ünvanında olan və cavabdehə məxsus cehiz əşyalarına baxış keçirilmiş və həmin cehiz əşyalarının video görüntüləri və şəkilləri ərizəyə əlavə olaraq məhkəməyə təqdim olunmuşdur. Həmin əşyalar siyahıya alınmış və tərtib olunmuş siyahı aşağıdakılardan ibarətdir:

1. Yataq dəsti 2. Künc divan 3. Divan üstü 4. 1 ədəd stol və 6 ədəd stul (iddia ərizəsində 8 ədəd stul qeyd olunub) 5. Mətbəx stolu və stul 6. 2 nəfərlik yun taxt döşəyi 7. Yastıq 8. Qoşanəfərlik yorğan 9. Təknəfərlik yataq dəsti 10. Əl-üz dəsmalı

11. Qoşanəfərlik yataq dəsti – 5 ədəd (iddia ərizəsində 6 ədəd qeyd olunub) 12. Süfrə 13. Çay dəsmalı 14. Vaz – 2 ədəd (iddia ərizəsində 3 ədəd qeyd olunub) 15. Nəlbəki 16. Büllur stəkan 17. Pərdə 18. Pakrıval – 3 ədəd (iddia ərizəsində 4 ədəd qeyd olunub) 19. Gül qabı 20. Qaşıq və bıçaq dəstlər 21. Xalça 22. Tozsoran 23. Qazan dəsti 4 ədəd (iddia ərizəsində 5 ədəd qeyd olunub) 24. Tefal qazan dəsti 25. Alminium qazan 2 ədəd (iddia ərizəsində 3 ədəd qeyd olunub) 26. Tuj qazan 27. Çaydan - 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 28. Soyuducu 29. Duxovka

30. Mikro dalğalı soba 31. Paltaryuyan 32. Televizor – 107 ekran – 43 düym (iddia ərizəsində 122 ekran qeyd olunub) 33. Şirəçəkən 34. Samovar 35. Ətçəkən 36. Ütü

37. Boşqab dəsti 38. Çaynik – 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 39. Boşqab servis dəsti 40. Padnos – 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 41. Lüstur 3 şamlı (iddia ərizəsində 5 şamlı qeyd olunub) 42. Naçnik – 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 43. Kukla 44. Qulplu qab 45. Xəkəndaz 46. Jurnal stolu 47. Salfet qabı - 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 48. Sadə bakal - 36 ədəd (iddia ərizəsində 48 ədəd qeyd olunub) 49. Qaşıq naboru 50. Şirniyyat qabı – 4 ədəd (iddia ərizəsində 6 ədəd qeyd olunub) 51. Razetka 52. Mətbəx naboru 53. Soyuducu içliyi 54. Saat 55. Cins şalvar – 6 ədəd 56. At suvenir 57. Şəkil çərçivə - 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 58. Qara dəri gödəkçə

59. Yaşıl uzun don 60. Qara köynək 61. İdman şalvar və köynək 62. Şabalıdı krasovka 63. Bəzəkli krosovka 64. Maloçnu hündür sandal 65. Qara çanta 66. Buruq feni 67. Ağ mayka 68. Qara mayka 69. Qara rəngli gecəlik. Qızıl zinət əşyalarına münasibətdə isə onu qeyd etmək lazımdır ki, iddiaçıya hədiyyə kimi verilmiş 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd ağ qızıl üzük Mingəçevir şəhər X7 bölməsinin təhqiqatçısı Qoşqar Əhmədliyə təhvil verilmiş və həmin təhvil-təslim aktı məhkəməyə təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunan digər qızıl zinət əşyaları isə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan formada əsassız şəkildə qeyd olunmuşdur. İddiaçı tərəf əsassız və şişirdilmiş şəkildə cavabdehlərdə olmayan əşyaların tələb etməkdə məhkəmədə yalnış fikirlər formalaşmasına maraqlıdır. Qeyd olunan cehiz əşyaları Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən iddiaçının iştirakı ilə siyahıya alınmış və həmin əşyaların götürülməsi təklif olunmuşdur. Lakin iddiaçı heç bir əsas gətirmədən qeyd olunan əşyaların götürülməsindən bu günə qədər imtina etdiyini bildirdi və iddianın qismən qeyd etdiyi əşyalar həcmində edilməsini, qalan hissədə isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o, İddiaçı nənəsidir. Nəvəsi İddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və nəvəsi İddiaçı cavabdehlərə məxsus ünvan 1 ünvanına gəlin köçmüş və onun cehiz əşyalarını həmin mənzilə aparılmışdır. Toy zamanı və onan sonrakı dövürdə İddiaçı həm oğlan evi, həm də qızı evi və digər qohumlar, o cümlədən onun özü tərəfindən qızıl-zinət əşyalarının hədiyyə edilmişdir. Lakin bir müddət keçdikdən sonra heç bir ciddi səbəb olmadan qayatası tərəfindən nəvəsi İddiaçı döyülərək elə onlar, yəni cavabdehdlər tərəfindən atası evinə gətirilmişdir. Nəvəsi İddiaçı atası evinə gətiriləndə əynində tək bir paltarı ilə gəlmişdir, özü ilə heç bir qızıl-zinət, geyim və cehiz əşyası gətirməmişdir və ona məxsus göstərilən əmlaklar cavabdehlərin evində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, İddiaçı anasıdır. Qızı İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuşdular və İddiaçı cavabdehlərə məxsus ünvan 1 ünvanına gəlin köçmüş və onun cehiz əşyalarını həmin mənzilə aparılmışdır. Toy zamanı və onan sonrakı dövürdə qızı İddiaçı həm oğlan evi tərəfindən, həm də qız evi və digər qohumlar, o cümlədən onun tərəfindən qızıl-zinət əşyalarının hədiyyə edilmişdir. Lakin bir müddət keçdikdən sonra heç bir ciddi səbəb olmadan qayatası tərəfindən qızı İddiaçı döyülərək elə onlar, yəni cavabdehdlər tərəfindən atası evinə gətirilmişdir. Qızı İddiaçı atası evə gətiriləndə əynində tək bir paltarı olmuş və özü ilə heç bir qızıl-zinət, geyim və cehiz əşyası gətirməmişdir. Ona məxsus göstərilən əmlaklar cavabdehlərin evində qalmışdır. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını və çıxışlarını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsində göstərmişdir ki, onun cavabdehlərə məxsus evdə yataq dəsti (1 ədəd qoşa taxt, dolab, 2 tumba, 1 termo) 3000 manat, künc divan 800 manat, divan üstü 200 manat, stol-stul (1 ədəd stol, 8 ədəd stul) 800 manat, mətbəx stol və stulu 4 ədəd 200 manat, 2 nəfərlik yun taxt döşəyi- 1 ədəd 200 manat, yastıq- 4 ədəd 60 manat, qoşanəfərlik yun və dəvə yunu qarışıq yorğan 160 manat, təknəfərlik yataq dəsti (təzə)- 3 ədəd 150 manat, əl-üz dəsmalı (təzə)- 11 ədəd 110 manat, cütnəfərlik yataq dəsti- 6 ədəd 360 manat, süfrə- 5 ədəd 150 manat, çay dəsmalı-8 ədəd, işlənməyən 40 manat, vaz- 3 ədəd 60 manat, nəlbəki- 24 ədəd 30 manat, büllur stəkan-24 ədəd 100 manat, pərdə -2 dəst 800 manat, pokrıval- 4 ədəd 600 manat, gül qabı-1 ədəd 60 manat, qaşıq-bıçaq dəsti-2 ədəd (çomadan) 240 manat, xalça- 5 ədəd 900 manat, tozsoran-1 ədəd (işlənməmiş, boz rəngli, şüşəli) 300 manat, qazan dəsti -5 ədəd (qranit) təzə 240 manat, Tefal qazan dəsti- 2 ədəd (təzə) 120 manat, aliminium qazan-3 ədəd 50 manat, tuj qazan -4 ədəd (təzə) 80 manat, çaydan - 2 ədəd (təzə) 40 manat, soyuducu boz rəngli 1000 manat, duxovka-1 ədəd (təzə) 160 manat, mikrovalnovka-1 ədəd (təzə) 150 manat, paltaryuyan-1 ədəd 600 manat, televizor 122 ekran 1000 manat, sokçəkən - 1 ədəd 45 manat, somavar-1 ədəd 50 manat, ətçəkən-1 ədəd (təzə) 160 manat, ütü və ütüaltı-1 ədəd 170 manat, 12 ədəd 4 predmetli boşqab- cəmi 48 ədəd 120 manat, çaynik-2 ədəd 20 manat, boşqab servis dəsti (6 nəfərlik boşqab, aş boşqabı, bulud, kasa olmaqla) 400 manat, padnos-2 ədəd (dəmir işləməli) 70 manat, lüstur 5 şamlı- 1 ədəd 120 manat, naçnik- 2 ədəd 60 manat, kukla (ayı)-1 ədəd 30 manat, vanna böyük-1 ədəd (plasmas) 10 manat, qulplu qab-1 ədəd 5 manat, xəkəndaz-1 ədəd 5 manat, paltar səbəti - 1 ədəd 20 manat, jurnal stolu - 1 ədəd 50 manat, salfet qabı - 2 ədəd 10 manat, 6 ədəd bakal + 1 su qabı-1 dəst 70 manat, bagema cürbəcür ölçülərdə bakallar- 8 dəst cəmi 48 ədəd 480 manat, qaşıq naboru hərəsindən- 6 ədəd (qaşıq, bıçaq, çəngəl, çay qaşığı) 65 manat, ayaqlı meyvə qabı (böyük)- 1 ədəd xrustal 35 manat, qapaqlı qənd qabı- 2 ədəd (xrustal) 50 manat, uzun qənd qabı- 2 ədəd (xrustal) 50 manat, kül qabı- 2 ədəd 20 manat, şirniyyat qabı- 6 ədəd 25 manat, razetka- 12 ədəd 30 manat, mətbəx naboru (qaşıq, çömçə, kəfgir və s) 20 manat, soyuducu içi 10 manat, çörək ləyəni 10 manat, saat-1 ədəd 80 manat, ev çəkələyi- 4 ədəd 32 manat, 3 ədəd qara kofta 45 manat, 6 ədəd müxtəlif cins şalvar 150 manat, uzun jaket 20 manat, ağ rəngli jaket 25 manat, boz rəngli jaket 15 manat, kosmetka naboru 30 manat, ördək suvineri 10 manat, 2 ədəd şəkil çərçivə 10 manat, şabalıdı uzun palto-1 ədəd 120 manat, qırmızı yaz gödəkcəsi-1 ədəd 70 manat, malako rəngli yaz gödəkcəsi 70 manat, qara dəri gödəkcə-1 ədəd 50 manat, mavi uzun don-1 ədəd 40 manat, ağ don-1 ədəd 30 manat, qara xallı don-1 ədəd 40 manat, yaşıl pencək-1 ədəd 30 manat, şifon yaz donu (qarışıq rəngli)-1 ədəd 40 manat, jaket uzun (qarışıq rəngli)-1 ədəd 25 manat, cins şalvar (mavi)-1 ədəd 30 manat, qara köynək (qalın)- 1 ədəd 40 manat, idman şalvar-köynək (ağqara)-1 ədəd 50 manat, qalın qara kalqotka-2 ədəd 10 manat, qara topuqlu uzunboğaz çəkmə-1 ədəd 80 manat, qara qısa çəkmə (bot)-1 ədəd 60 manat, şabalıdı krasofka-1 ədəd 40 manat, ağ krasofka-1 ədəd 30 manat, qara hündür sandal-1 ədəd 50 manat, maloçnu hündür sandal-1 ədəd 50 manat, qara ayaqqabı- 1 ədəd 30 manat, qırmızı topuqlu ayaqqabı-1 ədəd 30 manat, qırmızı çanta-1 ədəd 25 manat, qara çanta-1 ədəd 30 manat, valiz böyük-1 ədəd 60 manat, ütü fen-1 ədəd 40 manat, buruq fen-1 ədəd 20 manat, ağ mayka- 2 ədəd 10 manat, qara mayka- 2 ədəd 10 manat, qalın corab-3 cüt 6 manat, gecəlik çəhrayı çiçəkli- 1 ədəd 30 manat olmaqla cəmi 13043 manat dəyərində, qızıl-zinət əşyaları olaraq: - qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə -460 manat, yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə - 517 manat, pandora üzük, 750 əyar 6 qram çəkidə -840 manat, qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə - 460 manat qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram – 632 manat, paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram - 690 manat, bir cüt sırğa sallama formalı - 583 əyar, 4 qram çəkidə - 460 manat, sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə 747 manat, gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə - 517 manat olmaqla qızıl-zinət, geyim və cehiz əşyaları qalmışdır. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 aprel 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı iddia ərizəsində göstərdiyi, məişət əşyaları ilə bağlı, əşyaların texniki göstəriciləri (istehsal ili, istismar müddəti və s.) barədə zəruri məlumatlar təqdim edilmədiyi üçün onlar barədə təhqiqat aorılmamış, qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti belə göstərilmişdir: - qızıl üzük kvadrat formalı 583 əyarlı, 4 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 460 manat, yunuru qaşlı üzük 583 əyarlı, 4,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 517 manat, pandora üzük 750 əyarlı, 6 qram çəkidə (1 qramın qiyməti 140,0 manat olmaqla) 840 manat, qızıl üzük sadə formalı 583 əyarlı, 4 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 460 manat, qızıl üzük uzunsov formada 583 əyarlı, 5,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 632 manat, paxlava formalı üzük 583 əyarlı, 6 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 690 manat, bir cüt sırğa sallama formalı 583 əyarlı, 4 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 460 manat, sadə nazik sep və gül formalı klon 583 əyarlı, 6,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 747 manat, gül formalı qolbağ 583 əyarlı, 4,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 517 manat olmaqla, ümumilikdə 5323 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ərizəsi əsasında çıxarılmış iddianın təmin edilməsi tədbirinin görülməsinə dair Ağdam rayon məhkəməsinin MTT(013)- 14/2024 saylı 14 aprel 2024-cü il tarixli qərardadından görünür ki, qeyd olunan qərardad ilə hazır ki iddia tələbində göstərilən əşyalar üzərinə həbs qoyulmuş və həmin əşayaların istifadəsi qadağan edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəçi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 75 manat məbləğində rüsumu və 50 manat məbləğində mediyasiya xərci cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yataq dəsti (1 ədəd qoşa taxt, dolab, 2 tumba, 1 termo) 3000 manat, künc divan 800 manat, divan üstü 200 manat, stol-stul (1 ədəd stol, 8 ədəd stul) 800 manat, mətbəx stol və stulu 4 ədəd 200 manat, 2 nəfərlik yun taxt döşəyi- 1 ədəd 200 manat, yastıq- 4 ədəd 60 manat, qoşanəfərlik yun və dəvə yunu qarışıq yorğan 160 manat, təknəfərlik yataq dəsti (təzə)- 3 ədəd 150 manat, əl-üz dəsmalı (təzə)- 11 ədəd 110 manat, cütnəfərlik yataq dəsti- 6 ədəd 360 manat, süfrə- 5 ədəd 150 manat, çay dəsmalı-8 ədəd, işlənməyən 40 manat, vaz- 3 ədəd 60 manat, nəlbəki-24 ədəd 30 manat, büllur stəkan-24 ədəd 100 manat, pərdə -2 dəst 800 manat, pokrıval- 4 ədəd 600 manat, gül qabı-1 ədəd 60 manat, qaşıq-bıçaq dəsti-2 ədəd (çomadan) 240 manat, xalça- 5 ədəd 900 manat, tozsoran-1 ədəd (işlənməmiş, boz rəngli, şüşəli) 300 manat, qazan dəsti -5 ədəd (qranit) təzə 240 manat, Tefal qazan dəsti- 2 ədəd (təzə) 120 manat, aliminium qazan-3 ədəd 50 manat, tuj qazan -4 ədəd (təzə) 80 manat, çaydan - 2 ədəd (təzə) 40 manat, soyuducu boz rəngli 1000 manat, duxovka-1 ədəd (təzə) 160 manat, mikrovalnovka-1 ədəd (təzə) 150 manat, paltaryuyan-1 ədəd 600 manat, televizor 122 ekran 1000 manat, sokçəkən - 1 ədəd 45 manat, somavar-1 ədəd 50 manat, ətçəkən-1 ədəd (təzə) 160 manat, ütü və ütüaltı-1 ədəd 170 manat, 12 ədəd 4 predmetli boşqab- cəmi 48 ədəd 120 manat, çaynik-2 ədəd 20 manat, boşqab servis dəsti (6 nəfərlik boşqab, aş boşqabı, bulud, kasa olmaqla) 400 manat, padnos-2 ədəd (dəmir işləməli) 70 manat, lüstur 5 şamlı- 1 ədəd 120 manat, naçnik- 2 ədəd 60 manat, kukla (ayı)-1 ədəd 30 manat, vanna böyük-1 ədəd (plasmas) 10 manat, qulplu qab-1 ədəd 5 manat, xəkəndaz-1 ədəd 5 manat, paltar səbəti - 1 ədəd 20 manat, jurnal stolu - 1 ədəd 50 manat, salfet qabı - 2 ədəd 10 manat, 6 ədəd bakal + 1 su qabı-1 dəst 70 manat, bagema cürbəcür ölçülərdə bakallar- 8 dəst cəmi 48 ədəd 480 manat, qaşıq naboru hərəsindən- 6 ədəd (qaşıq, bıçaq, çəngəl, çay qaşığı) 65 manat, ayaqlı meyvə qabı (böyük)- 1 ədəd xrustal 35 manat, qapaqlı qənd qabı- 2 ədəd (xrustal) 50 manat, uzun qənd qabı- 2 ədəd (xrustal) 50 manat, kül qabı- 2 ədəd 20 manat, şirniyyat qabı- 6 ədəd 25 manat, razetka- 12 ədəd 30 manat, mətbəx naboru (qaşıq, çömçə, kəfgir və s) 20 manat, soyuducu içi 10 manat, çörək ləyəni 10 manat, saat-1 ədəd 80 manat, ev çəkələyi- 4 ədəd 32 manat, 3 ədəd qara kofta 45 manat, 6 ədəd müxtəlif cins şalvar 150 manat, uzun jaket 20 manat, ağ rəngli jaket 25 manat, boz rəngli jaket 15 manat, kosmetka naboru 30 manat, ördək suvineri 10 manat, 2 ədəd şəkil çərçivə 10 manat, şabalıdı uzun palto-1 ədəd 120 manat, qırmızı yaz gödəkcəsi-1 ədəd 70 manat, malako rəngli yaz gödəkcəsi 70 manat, qara dəri gödəkcə-1 ədəd 50 manat, mavi uzun don-1 ədəd 40 manat, ağ don-1 ədəd 30 manat, qara xallı don-1 ədəd 40 manat, yaşıl pencək-1 ədəd 30 manat, şifon yaz donu (qarışıq rəngli)-1 ədəd 40 manat, jaket uzun (qarışıq rəngli)-1 ədəd 25 manat, cins şalvar (mavi)-1 ədəd 30 manat, qara köynək (qalın)- 1 ədəd 40 manat, idman şalvar-köynək (ağqara)-1 ədəd 50 manat, qalın qara kalqotka-2 ədəd 10 manat, qara topuqlu uzunboğaz çəkmə-1 ədəd 80 manat, qara qısa çəkmə (bot)-1 ədəd 60 manat, şabalıdı krasofka-1 ədəd 40 manat, ağ krasofka-1 ədəd 30 manat, qara hündür sandal-1 ədəd 50 manat, maloçnu hündür sandal-1 ədəd 50 manat, qara ayaqqabı- 1 ədəd 30 manat, qırmızı topuqlu ayaqqabı-1 ədəd 30 manat, qırmızı çanta-1 ədəd 25 manat, qara çanta-1 ədəd 30 manat, valiz böyük-1 ədəd 60 manat, ütü fen-1 ədəd 40 manat, buruq fen-1 ədəd 20 manat, ağ mayka- 2 ədəd 10 manat, qara mayka- 2 ədəd 10 manat, qalın corab-3 cüt 6 manat, gecəlik çəhrayı çiçəkli - 1 ədəd 30 manat, cəmi 13043 manat dəyərində cehiz və geyim əşyaları, qızıl-zinət əşyaları olaraq: - qızıl üzük kvadrat formalı 583 əyarlı, 4 qram çəkidə 460 manat, yunuru qaşlı üzük 583 əyarlı, 4,5 qram çəkidə 517 manat, pandora üzük 750 əyarlı, 6 qram çəkidə 840 manat, qızıl üzük sadə formalı 583 əyarlı, 4 qram çəkidə 460 manat, qızıl üzük uzunsov formada 583 əyarlı, 5,5 qram çəkidə 632 manat, paxlava formalı üzük 583 əyarlı, 6 qram çəkidə 690 manat, bir cüt sırğa sallama formalı 583 əyarlı, 4 qram çəkidə 460 manat, sadə nazik sep və gül formalı klon 583 əyarlı, 6,5 qram çəkidə 747 manat, gül formalı qolbağ 583 əyarlı, 4,5 qram çəkidə 517 manat, cəmi 5323 manat dəyərində qızıl-zinət əşyaları naturada, onlar olmadığı halda dəyəri müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50 manat mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 75 manat məbləğidə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar