Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1132/2025 10.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan xarici ölkələrə aparmaq və gətirmək hüququnun verilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan xarici ölkələrə aparmaq və gətirmək hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il təvəllüdlü oğulları X8 atası Cavabdeh razılığı olmadan anası İddiaçı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına (xarici ölkələrə aparıbgətirilmə hüququnun verilməsinə) icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında olan nikah Ağdaş Məhkəməsi tərəfindən pozulmuş, Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İ 384669 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 03 oktyabr 2017-ci ildə X12 adlı oğulları olmuş, nikahları pozulduqdan sonra azyaşlı oğulları onun himayəsinə verilmişdir. Həmin vaxtan azyaşlı uşaq ananın himayəndəsində olmaqla cavabdeh atası Cavabdeh uşağın saxlanması üçün aliment ödəməkdədir. Azyaşlı oğulları X1 Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarı xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışı ilə xx.xx.2017-ci il təvəllüdlü 1-ci sinif şagirdi X9 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur (Məhkəmə qətnaməsi əlavə olunur-Qətnamə ilə müəyyən edilmişdir). Onun müalicəsi ölkə xaricində daha yaxşı nəticələr verə bilər, bu səbəbdən də uşağı xarici ölkələrə aparıbgətirmək məcburiyyətindədir. Uşağı ilə maraqlanmayan ata isə buna razılıq verməkdən imtina edir. İddiaçı əvvəlcə bununla əlaqədar cavabdehə təklif ünvanlayaraq mediasiya təşkilatına müraciət edib. 16 aprel 2025-ci il tarixdə X14 1 saylı Mediasiya Təşkilatının X3 cavabdeh Qasımov X4 prosesinə gəlmədiyi üçün X3 prosesin davam etdirilə bilməməsi barədə ona Arayış verilmişdir. O, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir, bundan əlavə məhkəməyə müraciətlə əlaqədar 50 manat dövlət rüsumunu məhkəməyə ödəmişdir. Bununla birlikdə ümumilikdə 100 manat rüsum ödəmişdir. Mediasiya prosesində cavabdeh iştirak etmədiyindən işin məhkəmə qaydasında həlli üçün məhkəməyə müraciət etməli olmuşdur ki, məhkəmə qaydasında qətnamə alaraq azyaşlı oğlunun müalicəsi ilə əlaqədar xarici ölkələrə atasının razılığına ehtiyac olmadan aparıb-gətirə bilsin. “Ölkədən getmək, gəlmək və Pasportlar Haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadan yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getmək məsələsi məhkəmə qərarı ilə həll edilə bilər. Ona görə də iddiaçı atasının razılığı olmadan xarici ölkələrə aparıb gətirmək hüququnun verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, 2011-ci ildən ailəsi dağıldıqdan sonra anadan olan uşaqları onun himayəsindədir. Azyaşlı uşağı sağlam böyütməkd ümumnəşəri və milli dəyərlər əsasında tərbiyə etməkdə, müstəqil həyata hazırlamaqda bir ana kimi onun rolu böyükdür. Bu baxımdan iddianın təmin edilməsi uşağın mənafeyi baxımından ağlabatandır bu hal uşağın mənafeyinə uyğun olan, onun mənəvi inkişafına müsbət təsir göstərən bir haldır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına 06 may 2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin artırılaraq, mediasiya prosesi və məhkəmə rüsumu üçün ödənilmiş ümumilikdə 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, uşağın başında şişlər olduğundan müalicə olunması üçün ölkə xaricinə aparılmalıdır. Azərbaycanda hər yerə aparmışlar və müalicə etmişlər şişlər biraz balacalaşmışdır, lakin tam müalicə üçün yetkinlik yaşına qədər müalicə olunmalıdır. Ona görə də iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 27 may 2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, 4 ildir ki, övladını görə bilmir. Cavabdeh uşağı görməsinə mane olur. Uşağın xəstəliyi üçün lazım olarsa özü onu həkimlərə aparar. Əgər övladı ölkə xaricinə çıxarlarsa övladını heç görə bilməyəcək. Ona görə də iddia tələbi ilə razı deyildir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaq onun yanında olanda o da, uşağı müalicə etdirmişdir. Uşağın ölkə xaricinə çıxarılmasına etirazı yoxdur. Yetkinlik yaşına çatana kimi müalicəsi üçün aparılmasına razıdır. Məhkəmə iclasında X2 övladı X6 psixoloq və Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı ilə dindirilərkən izahatında atasını sonuncu dəfə 8 yaşında gördüyünü, atası ilə 5 yaşına kimi bir yerdə olduqlarını, sonra da atası ilə anasının boşandıqlarını, sonradan atası ilə görüşmədiyni, deyilənə görə atasının Qazaxstanda olduğunu, onunla heç bir dəfə də əlaqə saxlamadığını bildirdi. İş materiallarında olan 24 oktyabr 2017-ci il tarixində Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 017454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 oktyabr 2017-ci il tarixidə Ağdaş rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydi kitabında 882 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1249/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(014)-1231/2021 saylı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 oktyabr 2017-ci il təvəllüdlü Cavabdeh Yusif oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli, MŞŞ/MT018/2025-00493 nömrəli X14 1 saylı Mediasiya Təşkilatının X3 iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “ailə” tələbi mübahisəsi üzrə X5 (İMS) İddiaçı iştrak etmiş, lakin cavabdeh Qasımov X4 sessiyasından iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 2615 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan xəstəlik kağızlarından görünür ki, X9 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq və uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tərk getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında olan nikah Ağdaş Məhkəməsi tərəfindən pozulmuş, Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İ 384669 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 03 oktyabr 2017-ci ildə X12 adlı övladları olmuş, nikahları pozulduqdan sonra azyaşlı oğlu onun himayəsinə verilmişdir. Həmin vaxtan azyaşlı uşaq ananın himayəndəsində olmaqla cavabdeh atası Cavabdeh uşağın saxlanması üçün aliment ödəməkdədir. X1 Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarı xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışı ilə xx.xx.2017-ci il təvəllüdlü 1-ci sinif şagirdi X9 psixoloji inkişafın ləngiməsi stereotip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur. Bu səbəbdən iddiaçı övladının müalicəsi üçün onu ölkə xaricinə aparmaq istəyir. Göründüyü kimi, qanunvericilikdə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüquqları təsbit olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun yetkinlik yaşına çatmayan uşağının da onunla ölkədən getmək və ölkəyə gəlmək hüquqları əsassız məhdudlaşdırıla bilməz. Belə olan halda, 03 oktyabr 2017ci ildə X8 normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının (hazırkı iş üzrə cavabdehin) yazılı razılığı olmadan anası ilə birlikdə Respublika hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqların valideynləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Hazırki iddia üzrə tələb edilən ölkədən getmək hüququ isə uşaqlara məxsus olan hüquqdur və onların fəaliyyət qabiliyyəti olmadığından bu hüquqlarını anası vasitəsi ilə həyata keçirirlər. Bununla yanaşı məhkəmə atanın uşaqla ünsiyyət hüququnun təmin edilməsi baxımından ananın daimi əsaslarla uşaqla birlikdə ölkədən getməsini də qeyri-mümkün hesab edir. Odur ki, məhkəmə hazırki vəziyyətdə müəyyən müddətdə, təhsil, istirahət, xidməti vəzifələri və sair məqsədlərlə uşağın anası ilə ölkədən çıxmasının uşaqların mənafeyinə və gələcək rifahına daha çox xidmət etməklə atanın şəxsi maraqları ilə nisbətdə üstünlük təşkil etməsi qənaətinə gələrək, iddia tələbinin uşağın qanuni əsaslarla daimi ölkəni tərk etməsi istisna olmaqla təmin edilməsini məqsədə uyğun sayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 03 oktyabr 2017-ci ildə X8 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 oktyabr 2017-ci ildə X8 yetkinlik yaşına çatanadək, daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1132/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1132/2025
10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver