Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-131/2024 17.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı 08 oktyabr 2003 - ci il tarixdə rəsmi nikaha daxil olaraq cavabdehlə ailə qurmuşdur. Nikah Ağdaş rayon İHB-nın Kükəl kənd İƏD üzrə nümayəndəliyində 08 № ilə qeydə alınmışdır. İddiaçının nikaha qədər olan soyadı - Cəlilovadır. Birgə nikahdan onların 08 avqust 2009-cu ildə anadan olmuş X4 adlı azyaşlı uşağları var. Nikaha daxil olduqdan bir neçə müddət sonra onların təbiətcə başqa - başqa adamlar olduqlarını və onların xasiyyətini tam öyrənməmiş rəsmi nikaha daxil olmaqlarının isə yanlış hərəkət olduğunu başa düşdülərin.Xasiyyətlərinin tutmaması nəticəsində 2019-cu ilin avqust ayında onlar qarşılıqlı münasibətləri lap kəskinləşdi. Bu səbəbdən birgə yaşamaqları mümkün olmadı və iddiaçı uşağıyla birlikdə ər evini tərk edərək valideynlərinin evinə qayıtdı.Göstərilən vaxtdan sonra ailəninin dağılmaması naminə iddiaçı dəfələrlə nikah əlaqələrinin bərpası üçün təşəbbüslər göstərsədə bunun heç bir müsbət nəticəsi olmamışdır. Hal-hazırda cavabdehlə birgə yaşamır və birgə təsərrüfatı idarə etmirlər. Onların nikahları formal xarakter daşıyır.İddiaçı belə hesab edir ki, cavabdehlə ailə münasibətlərinin bərpa olunması və onların barışıb ər-arvad kimi yaşamaqları artıq mümkün deyildir.Cavabdeh nikahın pozulmasına razı deyil, iddiaçının isə boşanmaq fikrim qətidir.İddiaçı ailəni tərk edən vaxtdan bu günədək uşağı onun himayəsindədir və onun yaşayış yeri və saxlanması barədə cavabdehlə razılaşma əldə olunmayıb. Cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır və onun saxlanması üçün heç bir maddi kömək göstərmir.Göstərilənlərə əsasən, uşağın həm anasına cox bağlılığı, həm də azyaşlı kimi daimi qayğıya ehtiyacı olduğu və cavabdehin lap bunu istəsə belə ona lazımi qayğı göstərə bilməyəcəyi səbəblərdən düşünür ki, onun iddiaçıyla yaşamağı daha çox məqsədə uyğundur. Bu iddia ərizəsi qəbul edilərək baxılsın və iddiaçı, İddiaçı ilə Cavabdeh arasında 08 oktyabr 2003 - ci il tarixdə Ağdaş rayon İHB- nın Kükəl kənd İƏD üzrə nümayəndəliyində 8 № ilə qeydə alınmış nikaha xitam verilsin. Cavabdehlə ümümi övladları olan 08 avqust 2009 - cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək iddiaçıyla qalmağı müəyyən edilsin.Birgə nikahdan olan X1 üçün cavabdehdən uşaq yetkinlik yaşına çatanadək hər ay 200 (iki yüz) manat vəsait (aliment) alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək onlara verilmiş üç ay müddətində barışmadıqlarını, nikahın pozulmasında israrlı olduğunu və uşaqların saxlanılması üçün aliment tələb etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 03 oktyabr 2008-ci il tarixdə Ağdaş RİHB-nın Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 441450 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 03 oktyabr 2008-ci il tarixdə 08 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 868 nömrəli arayışdan görünür ki, X4 08 avqust 2009-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, 01154 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 03 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahlarından bir uşaqları olmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrılmışlar, birgə yaşamırlar, ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir, iddiaçı nikahın pozulmasında israrlıdır, eyni zamanda uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. - 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. - 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. - 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. - 22.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 08 avqust 2009-cu il təvəllüdlü X4 10 yaşına çatdığına görə məhkəmə iclasında onun fikri dinlənilmiş və o, bildirmişdir ki, anası İddiaçı yanında qalmaq istəyir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 08 avqust 2009-cu il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 08 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş ) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 29 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 03 oktyabr 2008-ci il tarixdə Ağdaş RİHB-nın Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınmış nikah pozulmalı, 08 avqust 2009-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh 29 noyabr 2023-cü il tarixdən başalayaraq 08 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 03 oktyabr 2008-ci il tarixdə Ağdaş RİHB-nın Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından 08 avqust 2009-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh 29 noyabr 2023-cü il tarixdən başalayaraq 08 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-131/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-131/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver