Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1503/2023 04.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı Maraqlı şəxs ilə evlənərək Ağdaş rayon İHB-nın Qarağan-Sədi kənd İnzibati ərazi dairəsində xx.xx.2016-cı il tarixdə rəsmi olaraq qeydiyyata aldırmışlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 adında 2 övladları doğulmuşdur. Övladları hazırda özünün yanındadır. Özü ilə Maraqlı şəxs əvvəllər mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Onlar bir-birilərini başa düşə bilmirdilər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 özünün yanında qalması barədə qətnamə çıxmışdır. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak eləmiş və razılığa gələrək barışıq sazişi imzalamışlar. Barışıq sazişində hər iki tərəf nikahın pozulmasına razı olmuş, cavabdeh uşaqların analarının yanında qalmasına və aliment xərclərini ödəməyə razı olmuşdur. Lakin, cavabdeh bu günədək aliment ödəməmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi 50 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən 2 saylı Mediasiya Təşkilatının ərizəçi İddiaçı və Maraqlı şəxs arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, alimentin miqdarının xx.xx.2022-ci il tarixli barışıq sazişinin yazıldığı gündən hesablanması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 04 aprel 2023-cü il tarixdə Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 443178 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə 155 nömrəli akt qeydiyə əsasən pozulmuşdur. İşin materiallarında olan xx.xx.2018-ci il tarixdə Ağdaş rayon İHB-nin Qarağan- Şıxlar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 113957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə İddiaçıdır. İşin materiallarında olan 26 oktyabr 2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 850936 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X3 xx.xx.2016-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası isə İddiaçıdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/2-02019 nömrəli Barışıq sazişindən görünür ki, xx.xx.2016-cı il tarixdə Ağdaş rayon İHB-nin Qarağan-Sədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın qeydə alınmasına dair AKT qeydləri kitabında 01 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, bunun üçün birinci tərəfin qanunvericiliyin tələbinə əsasən məhkəməyə ərizə ilə müraciət etməsinə, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmalarına, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəyəcəyinə, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə heç vaxt məhdudiyyəti olmadan istədiyi zamanda ünsiyyətdə olmaqla görüşməsinə dair razılığa gəlmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında barışıq sazişi bağlanmış və barışığa əsasən xx.xx.2016-cı il tarixdə Ağdaş rayon İHB-nin Qarağan-Sədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın qeydə alınmasına dair AKT qeydləri kitabında 01 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, bunun üçün birinci tərəfin qanunvericiliyin tələbinə əsasən məhkəməyə ərizə ilə müraciət etməsinə, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmalarına, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəyəcəyinə, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə heç vaxt məhdudiyyəti olmadan istədiyi zamanda ünsiyyətdə olmaqla görüşməsinə dair razılığa gəlmişlər. Bu razılığa əsasən tərəflər arasında qeyd edilmiş nikah Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin tərəflər Barışıq sazişinin uşaqla ünsiyyət və aliment tələbinə dair hissəsinə əməl etməmişlər. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Qeyd olunan Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Eyni zamanda, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 №-li qərarında qeyd olunmuşdur ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, MŞB/2- 02019 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs 23 may 2018-ci il təvəllüdlü X4 və 12 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı verilməli, Maraqlı şəxs 23 may 2018-ci il təvəllüdlü X4 və 12 oktyabr 2016-cı il təvəllüdlü X3 ilə heç bir vaxt məhdudiyyəti olmadan istədiyi zamanda ünsiyyət hüquqları təmin edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 özünün yanında qalması barədə qətnamə çıxarıldığından, məhkəmə barışıq sazişinin 1-c və 2-ci bəndlərinə hüquqi münasibət bildirmir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 5280 manat olduğundan ərizəçinin ödəməkdən azad edildiyi 72,80 (yetmiş iki manat, səksən qəpik) manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. MŞB/2-02019 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 23 may 2018-ci il təvəllüdlü X4 və 12 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı verilsin. Maraqlı şəxs 23 may 2018-ci il təvəllüdlü X4 və 12 oktyabr 2016-cı il təvəllüdlü X3 ilə heç bir vaxt məhdudiyyəti olmadan istədiyi zamanda ünsiyyət hüquqları təmin edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1503/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1503/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver