Məhkəmə qərarları › İş №e-2(014)-1509/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1509/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1509/2023 23.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 mart 2022-ci il tarixində Ağdaş rayon sakinləri Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmuş cavabdehlər, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 heç bir əsaslı səbəb olmadan Cavabdeh2 istifadəsində olan telefona zəng edərək ondan ona olan 103 (yüz üç) manat borcunu istəmiş, həmin vaxt telefonu oğlu Cavabdeh3 götürmüş, o, isə normal qaydada borcunu istədiyi halda Cavabdeh3 atası cavabdehlə ona böhtan ataraq guya telefon danışığı vaxtı onun cavabdehlərə söydüyünü bəhanə gətirərək, (Əslində isə əvvəllər Cavabdeh2 bu kimi hərəkətlərinə görə başqa şəxslər tərəfindən dəfələrlə döyülən biri kimi tanındığına görə, daha oğlanlarının da böyüdüyü üçün cəsarətlənərək, özünü insanlara yenidən “qoçu” kimi tanıtmaq məqsədi ilə onun kimi çarəsiz vəziyyətdə olan, kimsəsiz, eyni zamanda yetkinlik yaşına çatmayan yetim övladlarına tək baxdığı üçün onu zəif, cavabdehlərin ona etdikləri bu haqsızlıqlar qarşısında haqqını tələb etməyəcəyini hesab edərək sərxoş halda oğlanları ilə birlikdə üzərində qrup halında, üstünlüklərini ətrafdakı insanlara nümayiş etdirmək üçün onu hədəf seçmişdir.) Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində yerləşən özünə məxsus mağazaya hücüm edərək ictimai qaydanı kobud şəkildə pozaraq onu döyüb nalayiq söyüşlərlə təhqir edib sağlamlığına və əmlakına ziyan vuraraq xuliqanlıq cinayəti törədiblər. Cavabdeh3 və atası cavabdehlə birgə ibtidai və məhkəmə istintaqı dövründə ona böhtan ataraq telefonda onları təhqir etdiyini bildirsə də, həmin telefon danışığının sübut olaraq səs yazısı olduğundan cavabdehlərin ona böhtan atdıqları istintaqa məlum olmuşdur. Bu səbəblərdən ona maddi ziyan və mənəvi zərər dəymişdir, həmçinin cavabdehlər bu hərəkətləri ilə işgüzar nüfuzuna xələl gətirmişdirlər. Belə ki, cavabdehlər həmin vaxt orada olan müştərilərin və yolda olan insanların yanında onu nalayiq söyüşlərlə təhqir edərək ona mənəvi zərər vurublar. Bundan başqa cavabdehlərin ona nalayiq söyüşlər söyərək şərəf və ləyaqətini alçaltdıqlarını eşidib görən insanları gördükdə hadisə zamanı ona qarşı olunanları bildikləri üçün və cavabdehlərin (Mahirin deməsinə görə, bank müdiri “bank onun əlində” olan qayını olduğuna görə pul verib həbs olunmamaları hadisədən xəbəri olanların cavabdehlərin ona qarşı etdiklərinin cəzasını çəkmədiklərini ona deyərək istehza etmələri) layiqli cəza almamaları səbəbindən mənəvi iztirab və sarsıntı keçirir, hal-hazırda da iztirab və sarsıntıları davam etməkdədir. Bu səbəbdən antidepressant tərkibli dərmanları yüksək dozada qəbul edir və həmin dərmanların yan təsirindən səhhətində başqa problemlər yaranıb. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə halı pisləşdiyinə görə Bakı şəhəri, N.Tusi adına klinikada həkim kardioloqun qəbulunda olmuş və exo kardioqrafiya aparatı ilə müayinə olunmuşdur. Həkim kardioloq halının pisləşməsini yaşadığı neqativ hadisənin təsirindən baş vermiş stres nəticəsində yarandığını bildirib və qəbul etdiyi sakitləşdirici dərmanları dəyişmək və yenidən müalicəni başlamaq üçün psixoterapevtə müraciət etməsini tövsiyə edib. Bu səbəbdən xx.xx.2023-cü il tarixində Mingəçevir şəhəri mərkəzi xəstəxanasında həkim qəbulunda olmuş və ona yenidən müalicə təyin olunub. Bu səbəblərdən ona dəymiş mənəvi zərəri 10000 (on min) manat dəyərində qiymətləndirir. Odur ki, bu səbəbdən ona 10000 (manat) mənəvi zərər, hadisə və aldığı xəsarətlər səbəbindən müalicəsinə xərclədiyi və xərcləyəcəyi 1000 (min manat) maddi ziyan dəymişdir. Bundan başqa cavabdehlər işgüzar nüfuzuna xələl gətirərək də ona maddi ziyan vurublar. Belə ki, cavabdehlərin ona qarşı cinayət törətmələri nəticəsində hadisəni eşidən müştərilərin bəzisi məlum hadisənin yenə baş verə biləcəyini düşünənərək ailə üzvlərinin mağazadan alış veriş etməyə icazə vermirlər. Bundan başqa hadisə səbəbindən mağazada işləmək üçün təklif etdiyi iş axtaranlar da məlum hadisə səbəbindən mağazada işləmək istəməmişlər və mağaza günlərlə bağlı qaldığına görə də gəliri xeyli miqdarda azalmışdır. Həmçinin bu səbəbdən uzun illər işlətdiyi mağazanı işlətməyi mümkün olmamış, bir müddət mağaza bağlı qaldıqdan sonra məcbur qalaraq mağazanı hadisəyə qədər mağazadan əldə etdiyi aylıq gəlirin yarı miqdarından aşağı qiymətə icarəyə vermişdir. Buna görə hadisə baş verən gündən sonra bu səbəblərdən və mağazanın günlərcə bağlı qaldığına görə 3000 (üç min) manat maddi gəlir əlindən çıxmışdır. Cavabdehlərin işgüzar nüfuzuna xələl gətirdiklərinə görə ona 3000 (üç min) manat maddi ziyan dəymişdir. Bundan başqa cavabdehlər onu yerə yıxıb hər üçü onu təpik və yumruqlarla vuraraq ona xəsarətlər yetirib və nəticədə səhhətində problemlər yaranıb. Bu səbəbdən həmin vaxt, yəni 2022-ci ildə müalicə üçün Bakı və Yevlax şəhərlərinə getmiş, ümumilikdə 500 (beş yüz) manat vəsait xərcləmişdir. Həmçinin yuxarıda göstərdiyi səbəblərdən 2023-cü ildə də müalicə üçün xərc çəkmiş və bundan sonra da çəkməlidir. Odur ki, cavabdehlərin əməlləri səbəbindən 2022-2023-cü illərdə müalicəsinə xərclədiyi və xərcləyəcəyi pulun məbləği ümumilikdə 1000 (min) manatdır. Bundan başqa hadisə zamanı mağazada olan malların bir hissəsi (50 manat dəyərində olan hissəsi) yerə dağılaraq yararsız hala düşmüş və Cavabdeh3 mağazanın qarşısındakı istintaq tərəfindən maddi sübut kimi götürülmüş 100 (yüz) manat dəyərində ASC-769-T markalı elektron tərəzini yumruqla vurub sındıraraq yararsız hala salmışdır və nəticədə əmlakına 100 (yüz) manat tərəziyə görə, 50 (əlli) manat yararsız hala düşən mallara görə maddi ziyan dəymişdir. Bundan başqa Cavabdeh2 ona olan 103 (yüz üç) manat borcunu ödəmədiyinə görə də ona 103 (yüz üç) manat maddi ziyan dəymişdir. Bundan başqa Cavabdeh2 digər cavabdeh oğlanları ilə ona qarşı cinayət törətdikləri halda “bizi heç kim tuta bilməz qaynım bank müdiridir bank bizim əlimizdədir və.s.” sözlər deyərək ona xəbər göndərdiyinə görə həmin vaxt Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X4 ilə müqavilə bağlayaraq onun hesabına ibtidai istintaq dövründəki hüquqi yardıma görə 500 manat, məhkəmə istintaqı dövründə 100 manat olmaqla ümümilikdə 600 manat pul ödəmişdir. Bu səbəbdən də ona 600 manat maddi ziyan dəymişdir. Bundan başqa Ağdaş Rayon Məhkəməsi cavabdehlərə yüngül cəza verərək onların maraqlarına xidmət edən ədalətsiz hökm çıxartdığına görə apellyasiya və kassasiya şikayətləri vermiş və ədalətin bərqərar olacağı vaxta qədər izdirablarının azalması üçün zərərçəkmiş olaraq bütün şikayət hüquqlarından istifadə etməyə davam edəcək ki, buna da müəyyən qədər pul xərcləməli olur. Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı hökmündə mülki iddiaçı kimi tanınmış, lakin işə baxan məhkəmə (F.Nəsibov) qərəzli şəkildə cavabdehlərə yüngül cəza verdiyi kimi mülki iddianı da baxılmamış saxlamışdır, lakin hökmdə daha sonra mülki qaydada iddia qaldıra biləcəyini bildirmişdir. Bu səbəblərdən aralarında yaranmış dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində Ağdaş şəhəri, Padar küçəsində yerləşən İddiaçı məxsus ərzaq mağazasında aralarında mübahisə baş vermiş və o, Qəribə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Hadisə vaxtı oğlu Cavabdeh3 yumuruqla vurub 100 manat dəyərində tərəzini sındırmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, yəni Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı onlardan ümumilikdə 15.000 manata yaxın pul istəməsi buna bariz sübutdur. Belə ki, o, hadisə vaxtı cavabdehə heç bir mənəvi zərər yetirməmiş, onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlər etməmişdir. Bundan başqa iddiaçı ondan müalicə xərcləri tələb edir. Halbuki, hadisə baş verdikdən sonra istintaq orqanı tərəfindən İddiaçı xəsarətlərinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə-tibb ekspertizasının 03 aprel 2022-ci il tarixli 187 №-li rəyindən də görünür ki, İddiaçı bədənində olan xəsarətlər sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Belə olan halda İddiaçı hansı müalicə xərcləri həyata keçirib. Ən əsası da onun bu tələbinin əsassız olmasına sübut dövlət tərəfindən əhalinin icbari tibbi sığortaya cəlb edilməsi və bütün tibbi xidmətlərin pulsuz olmasıdır. Bundan başqa iddiaçı ondan yararsız hala düşmüş mallara görə 50 manat məbləğində pul tələb edir. Əgər onun mağazasında olan mallar yararsız vəziyyətə düşmüşdürsə, 6 aya yaxın bir müddətdə istintaq aparılmış, həmin dövrdə niyə bildirmirdi ki, mağazasında 50 manat məbləğində mallar yararsız hala düşüb. Bundan başqa iddiaçı 600 manat hüquqi yardıma görə pul ödədiyini tələb edir. İddia ərizəsindən də görünür ki, iddia ərizəsi hansısa vəkil (hüquqşünas) tərəfindən deyil, kompüterdə yazıpozu işlərini bacaran şəxs tərəfindən aparılmışdır. Əgər hansısa vəkil tərəfindən aparılmışdırsa, niyə hüquq yardım göstərilməsi barədə müqavilə və hüquqi yardıma pul vəsaiti ödənilmişdirsə, onu təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Hesab edir ki, İddiaçı niyyəti əsassız varlanmaq və bütün vasitələrdən istifadə edərək onu və ailə üzvlərini həbs etdirməkdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində Ağdaş şəhəri, Padar küçəsində yerləşən İddiaçı məxsus ərzaq mağazasında aralarında mübahisə baş vermiş və o, Qəribə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Hadisə vaxtı qardaşı Cavabdeh3 yumuruqla vurub 100 manat dəyərində tərəzini sındırmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə o, yəni Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı onlardan ümumilikdə 15.000 manata yaxın pul istəməsi buna bariz sübutdur. Belə ki, o, hadisə vaxtı cavabdehə heç bir mənəvi zərər yetirməmiş, onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlər etməmişdir. Bundan başqa iddiaçı ondan müalicə xərcləri tələb edir. Halbuki, hadisə baş verdikdən sonra istintaq orqanı tərəfindən İddiaçı xəsarətlərinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə-tibb ekspertizasının 03 aprel 2022-ci il tarixli 187 №-li rəyindən də görünür ki, İddiaçı bədənində olan xəsarətlər sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Belə olan halda İddiaçı hansı müalicə xərcləri həyata keçirib. Ən əsası da onun bu tələbinin əsassız olmasına sübut dövlət tərəfindən əhalinin icbari tibbi sığortaya cəlb edilməsi və bütün tibbi xidmətlərin pulsuz olmasıdır. Bundan başqa iddiaçı ondan yararsız hala düşmüş mallara görə 50 manat məbləğində pul tələb edir. Əgər onun mağazasında olan mallar yararsız vəziyyətə düşmüşdürsə, 6 aya yaxın bir müddətdə istintaq aparılmış, həmin dövrdə niyə bildirmirdi ki, mağazasında 50 manat məbləğində mallar yararsız hala düşüb. Bundan başqa iddiaçı 600 manat hüquqi yardıma görə pul ödədiyini tələb edir. İddia ərizəsindən də görünür ki, iddia ərizəsi hansısa vəkil (hüquqşünas) tərəfindən deyil, kompüterdə yazı-pozu işlərini bacaran şəxs tərəfindən aparılmışdır. Əgər hansısa vəkil tərəfindən aparılmışdırsa, niyə hüquq yardım göstərilməsi barədə müqavilə və hüquqi yardıma pul vəsaiti ödənilmişdirsə, onu təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Hesab edir ki, İddiaçı niyyəti əsassız varlanmaq və bütün vasitələrdən istifadə edərək onu və ailə üzvlərini həbs etdirməkdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində Ağdaş şəhəri, Padar küçəsində yerləşən İddiaçı məxsus ərzaq mağazasında aralarında mübahisə baş vermiş və o, Qəribə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Hadisə vaxtı yumuruqla vurub 100 manat dəyərində tərəzini sındırmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, yəni Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı onlardan ümumilikdə 15.000 manata yaxın pul istəməsi buna bariz sübutdur. Belə ki, o, hadisə vaxtı cavabdehə heç bir mənəvi zərər yetirməmiş, onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlər etməmişdir. Bundan başqa iddiaçı ondan müalicə xərcləri tələb edir. Halbuki, hadisə baş verdikdən sonra istintaq orqanı tərəfindən İddiaçı xəsarətlərinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə-tibb ekspertizasının 03 aprel 2022-ci il tarixli 187 №-li rəyindən də görünür ki, İddiaçı bədənində olan xəsarətlər sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Belə olan halda İddiaçı hansı müalicə xərcləri həyata keçirib. Ən əsası da onun bu tələbinin əsassız olmasına sübut dövlət tərəfindən əhalinin icbari tibbi sığortaya cəlb edilməsi və bütün tibbi xidmətlərin pulsuz olmasıdır. Bundan başqa iddiaçı ondan yararsız hala düşmüş mallara görə 50 manat məbləğində pul tələb edir. Əgər onun mağazasında olan mallar yararsız vəziyyətə düşmüşdürsə, 6 aya yaxın bir müddətdə istintaq aparılmış, həmin dövrdə niyə bildirmirdi ki, mağazasında 50 manat məbləğində mallar yararsız hala düşüb. Bundan başqa iddiaçı 600 manat hüquqi yardıma görə pul ödədiyini tələb edir. İddia ərizəsindən də görünür ki, iddia ərizəsi hansısa vəkil (hüquqşünas) tərəfindən deyil, kompüterdə yazı-pozu işlərini bacaran şəxs tərəfindən aparılmışdır. Əgər hansısa vəkil tərəfindən aparılmışdırsa, niyə hüquqi yardım göstərilməsi barədə müqavilə və hüquqi yardıma pul vəsaiti ödənilmişdirsə, onu təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Hesab edir ki, İddiaçı niyyəti əsassız varlanmaq və bütün vasitələrdən istifadə edərək onu və ailə üzvlərini həbs etdirməkdir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qismən qəbul edərək 103 manat məbləğində borcu, elektron tərəzinin əvəzi olaraq 100 manat və 50 manat məğləğində dəymiş ziyanı ödəməyə razı olduqlarını, qalan hissədə isə iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan vətəndaşın şəxsi kabinetində əks olunan məlumatlardan görünür ki, İddiaçı müxtəlif vaxtlarda həkim müayinəsindən keçmiş və baş beyin ocaqlı travması, bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə beyin KT (aksial və ya koronal və ya sagital), dəqiqləşdirilməmiş ensefalopatiya, qarın nahiyəsinin və digər dəqiqləşdirilməmiş ağrıları, yüngül dərəcəli depressiz epizod diaqnozları təyin edilmişdir. İşin materiallarında olan fotoşəkillərdən də görünür ki, mağaza daxilində bir neçə şəxs arasında mübahisə baş vermiş və vitrinlərdə olan bir neçə məhsul yerə düşərək qırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1- ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından iyirmi faiz məbləğində dövlət nəfinə pul tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilmiş; Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 1(107)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan qəbzlərin surətlərindən görünür ki, "xxxx" ASC-nin ödəniş terminalı vasitəsi ilə İddiaçı tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X1 hesabına xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər arasında mübahisə İddiaçı məxsus mağazada Qəribin Mahirdən borcunu istəməsi səbəbindən baş vermişdir. Hadisə zamanı cavabdehlər tərəfindən iddiaçıya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişlər və nəticədə cinayət işi başlanılmış, cavabdehlər Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 və Cavabdeh1 müyyən müddətə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh3 isə islah işləri cəzasına məhkum edilmişdir. Sözügedən cinayət işində iddiaçı zərərçəkmiş şəxs olaraq fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hüquqlarının müdafiəsini həvalə etmiş və buna görə ona 600 manat ödəniş etmişdir. Cavabdehlərdən Cavabdeh3 hadisə zamanı iddiaçıya məxsus elektron tərəziyə yumruqla vuraraq sındırmaqla yanaşı 50 manat məbləğində satışda olan mallara da ziyan dəymişdir. İddiaçı hazırda ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 14988 manatın cavabdehlərdən alınıb ona ödənilməsini tələb etsə də, mənəvi zərərə görə tələb olunan 10000 manat ağlabatan deyil, həmin məbləği təsdiq edəcək, eyni zamanda işgüzar nüfuzuna xələl gəldiyinə dair heç bir sübut materiallarına əlavə edilməmişdir. Lakin işin materiallarına əlavə edilmiş tibbi müayinələrindən və qoyulmuş diaqnozlardan müəyyən etmək olar ki, iddiaçı səhhəti ilə əlaqədar müxtəlif vaxtlarda həkim qəbulunda olmuşdur. Bu hissədə tələbi qismən əsaslıdır. Məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab edir ki, iddiaçının mənəvi zərərə görə cavabdehlərdən tələb etdiyi 10000 (on min) manat ağlabatan deyildir və buna görə də cavabdehlərdən mənəvi zərərə görə cəmi 500 (beş yüz) manat məbləğində pul alınaraq iddiaçıya verilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə iclasında cavabdehlərin etirafları ilə sındırılmış elektron tərəzinin dəyərinin 100 manat, mallara dəymiş ziyana görə 50 manat, iddiaçıya olan 103 manat məbləğində borcun olması öz təsdiqini tapır. Bundan başqa, işin materialları ilə iddiaçının cavabdehlərin təqsirli hərəkətləri ilə bağlı hüquqi yardımdan istifadə etməsi və buna görə də cəmi 600 (altı yüz) manat ödəniş etməsi də öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona Əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, “Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən əsaslı olduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 37 manatı cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manat, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manat alınaraq İddiaçı verilməli, Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz) manat alınaraq İddiaçı verilməli, Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada mənəvi zərərə görə 500 (beş yüz) manat, yararsız mallara görə 50 (əlli) manat, hüquqi yardıma görə vəkil hesabına ödənilmiş 600 (altı yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh3 sındırılmış tərəzinin əvəzi olaraq 100 (yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh2 103 (yüz üç) manat məbləğində borcun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar