Məhkəmə qərarları › İş №e-2(014)-1639/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-1639/2025

28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-1639/2025 28.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X4, İddiaçı Əli oğlunun Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əli oğlu Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbi”nə dair iddiası üzrə 02 mart 2016-cı il tarixdən başlayaraq 26 may 2009-cu il təvəllüdlü X2 və 16 aprel 2011-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün X1 xeyrinə hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment məbləğinin ondan iddiaçının xeyrinə tutulması barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1191/2016 saylı, 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə və Ağdaş Rayon Məhkəməsinin 8(014)-298/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilərək həmin uşaqların saxlanılması üçün məndən, yəni İddiaçı Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün ondan hər ay minimum əmək haqqının 0.40 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində məhkəmə qərardadına əsasən indeksasiya edilmiş alimentin miqdarının azaldılmasını xahiş etsə də, həmin qərardadı iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda iddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməli olduğu halda buna əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsümunu ödənilir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədəlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə görə mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Belə ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödədiyindən 50 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda buna əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırki iddia tələbi ilə bağlı iddiaçının dövlət rüsumunu ödəməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Əli oğlunun Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının dövlət rüsumunu ödəməməsi nəzərə alınsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar