Məhkəmə qərarları › İş №e-2(014)-1813/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1813/2024

20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1813/2024 20.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından anadan olmuş uşaqları - 08 aprel 2018-ci il təvəllüdlü X9, 20 avqust 2019-cu il təvəllüdlü X10 və 17 iyun 2022-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, 17 iyun 2022-ci il tarixdə doğulmuş Nuriyyə adlı uşağın 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 276 (iki yüz yetmiş) manat alimentin və mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 (əlli) manat mediasiya rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2017-ci ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşlar. Faktiki nikahlarından 3 nəfər uşaqları- 08 aprel 2018-ci il təvəllüdlü X9, 20 avqust 2019-cu il təvəllüdlü X10 və 17 iyun 2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə bir neçə dəfə aralarında ailə mübahisəsi yaranmış və onlar ayrılmışdırlar. Cavabdehlə ayrıldıqları vaxtdan uşaqlar onun yanında qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra, o əvvəllər olduğu kimi uşaqların saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaqlar azyaşlı olduğundan mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacları olduğu üçün maddi yardıma (alimentə) ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. Uşaqlar körpə olduğuna, daim qulluğa ehtiyacı olduğuna görə özü heç bir yerdə işləyə bilmir. Cavabdeh bütün bunları bildiyi halda, bir valideyn kimi uşaqların saxlanılmasında və sağlam böyüməsində iştirak etməkdən boyun qaçırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşağın saxlanılması üçün aliment tələbi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin mediasiyya sesiyasında cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədənkənar həll etmək mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, uşaqları körpə olduğundan heç bir yerdə işləmir, uşaqları Ləkidə məktəbə gedirlər. imkanı olmadığı üçün uşaqlarını əlavə məşğələlərə göndərə bilmir. Cavabdehin fərdi işi vardır. Uşaqların saxlanılması üçün alimentə ehtiyacı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT00584/2024 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. İşin materiallarında olan 18 sentyabr 2024-cü il tarixdə Ağdaş Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-69-A-1149/1/2024 saylı doğum haqqında arayışın surətindən görünür ki, X9 08 aprel 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 18 sentyabr 2024-cü il tarixdə Ağdaş Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-69-A-1149/2024 saylı doğum haqqında arayışın surətindən görünür ki, X10 20 avqust 2019-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 18 sentyabr 2024-cü il tarixdə Ağdaş Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-69-A-1149/2/2024 saylı doğum haqqında arayışın surətindən görünür ki, X7 17 iyun 2022-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş RİHB-nın Qəribli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli 5-32-12/2-206/2024 saylı məktubun surətindən görünür ki, Yusibov X1 qeydiyyatda olsa da hal-hazırda Qəribli kəndi ərazisində yoxdur, işləmək məqsədi ilə Rusiya Federasiyasına gedib. Bu səbəbdən də göndərilən bildiriş Cavabdeh atası X4 verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 aprel 2018-ci il təvəllüdlü X9, 20 avqust 2019-cu il təvəllüdlü X10 və 17 iyun 2022-ci il təvəllüdlü X7 adlı üç övladları anadan olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqlar anasının himayəsində qalmışlar. İddiaçı iddia vermiş, özünə və uşaqlarına görə aliment tutulmasını tələb edir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 08 aprel 2018-ci il təvəllüdlü X9, 20 avqust 2019-cu il təvəllüdlü X10 və 17 iyun 2022-ci il təvəllüdlü X7 18 yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 05 noyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddia tələbinin Cavabdeh 17 iyun 2022-ci il təvəllüdlü X7 doğulduğu gündən üç il ərzində hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli və 17 iyun 2022-ci il təvəllüdlü X7 3 yaşına çatana kimi, yəni 17 iyun 2025-ci il tarixədək Cavabdeh hər ay 100 manat tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Eyni zamanda məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 81 (səksən bir) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 noyabr 2024-cü il tarixdən başlayaraq 08 aprel 2018-ci il təvəllüdlü X5, 20 avqust 2019-cu il təvəllüdlü X6 və 17 iyun 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 17 iyun 2022-ci il təvəllüdlü X7 3 yaşına çatana kimi, yəni 17 iyun 2025-ci il tarixədək Cavabdeh hər ay 100 (yüz) manat tutularaq İddiaçı verilsin. İddianın alimentin təmin edilmiş hissəsinə mütənasib olaraq 81 (səksən bir) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddiaçının mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar