Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1827/2024 27.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı valideynin maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlada göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı valideynin maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlada göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2006-cı il tarixdə Cavabdeh ilə X2 birgə nikahından anadan olmuşdur. Doğulduğu andan o Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Neyrosensor ağıreşitmə İV dərəcə, İkitərəfli koxlear nevrit, Nitq artikulyasiyasının spesifik pozuntusu, Anadangəlmə nitqin pozulması xəstəliklərindən əziyyət çəkir. Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(014)-1247/2015 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının saxlanılması üçün, anası X2 xeyrinə hər ay hər 110 (yüz on) manat alimentin və 20 manat əlavə xərcin cəmi 130 (yüz otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. 13 mart 2024-cü il tarixdə iddiaçının 18 yaşı tamam olub və o vaxtdan alimentin və əlavə xərcin tutulması dayandırılıb. Cavabdeh iddiaçının həyatı, sağlamlığı və maddi vəziyyəti ilə qəti maraqlanmır. Xəstəliyi və fiziki qüsurları olması səbəbindən iddiaçı işlləyə bilmir. Xəstəliyi ilə bağlı iddiaçı daimi tibbi və həkim müayinələrindən keçməli və dərman vasitələri qəbul etməli olur. Bu məqədlə iddiaçının bütün xərclərini anası ödəyir. Lakin himayəsində iddiaçıdan da başqa əlil uşağı olan ana üçün bu çox çətindir. Cavabdehi maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlada göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar əlavə xərclərə cəlb eləmək qərarına gələrək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onunla aralarında yaranmış mübahisənin qarşılıqlı həlli üçün ona Mediasiya prosesinin tədbqi barədə təklif göndərmiş, lakin o, bu təklifi qəbul edib-etməməyi barədə cavab vermədiyindən iddiaçı ərazi aidiyyatı üzrə Qəbələ 1 saylı Mediasiya Təşkilatına müraciət edərək mübahisə ilə bağlı X5 keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş İMS-da cavabdehin iştirak etmək istəməməsi səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Bu səbəbdən iddiaçı mübahisəni məhkəmə vasitəsi ilə həll etmək məcburiyyətində qalmışdır. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Cavabdeh anadangəlmə ağır xəstə, əlilliyi müəyyən edilmiş və maddi yardıma ehtiyacı olan, yetkinlik yaşına çatmış qızı xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar əlavə xərclərə cəlb olunaraq ondan iddiaçının xeyrinə hər ay, 100 (yüz) manat, sabit pul məbləğinin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında iddia ərizəsində qeyd edilənləri əsassız hesab edirək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon İHB-nin Mürsəl kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 735053 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxx 2006-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə X3r. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlil olmaqla, Ağdaş rayon X1 konduktiv tipli ikitərəfli itirilməsi, İkitərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Neyrosensor ağıreşitmə İV dərəcə. Nitq artikulyasiyasının spesifik pozuntusu, Anadangəlmə nitqin pozulması diaqnozu ilə qeydiyyatdadır. İşin materiallarında olan X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 06 noyabr 2024-cü il tarixli, MŞQ/MT035-2024-889 seriyalı arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh X4 iştirak etməmişdir. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə X2 rəsmi nikahlarından xx xxxx 2006-cı il tarixdə İddiaçı anadan olmuşdur. Fatimə üçüncü dərəcəli əlil olmaqla, Ağdaş rayon X1 konduktiv tipli ikitərəfli itirilməsi, İkitərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Neyrosensor ağıreşitmə İV dərəcə. Nitq artikulyasiyasının spesifik pozuntusu, Anadangəlmə nitqin pozulması diaqnozu ilə qeydiyyatdadır. Hazırda İddiaçı anasının himayəsində yaşayır. Cavabdeh qızı Fatimənin kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar əlavə xərclərə maddi yardım etmir. Buna görə də iddiaçı cavabdehdən 100 manat məbləğində kənar xidmətin haqqın ödənilməsi ilə əlaqədar əlavə xərc tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Eyni Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 14 noyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx xxxx 2006-cı il tarixdə anadan olmuş İddiaçı saxlanılması üçün 70 (yetmiş) manat əlavə xərclərin ödənilməsinə cəlb edilməli, əlavə xərclərin (alimentin) tutulması 14 noyabr 2024cü il tarixdən başlayaraq hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxx 2006-cı il tarixdə anadan olmuş İddiaçı saxlanılması üçün 70 (yetmiş) manat əlavə xərclərin ödənilməsinə cəlb edilsin. Əlavə xərclərin (alimentin) tutulması 14 noyabr 2024-cü il tarixdən başlayaraq icra hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1827/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1827/2024
27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver