Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2008/2025 11.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X13 Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Ağdaş RİHBA-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "uşağın cavabdehin himayəsində və yanında olmasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Ağdaş RİHBA-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "uşağın cavabdehin himayəsində və yanında olmasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun yanında saxlanılmış xx.xx.2011-ci il təvəllüdlü uşaqları X3 atasının, yəni Cavabdeh yanında və himayəsində olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 58/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş Cavabdeh ilə aralarında qeydə alınmış və xx.xx.2009-cu il tarixdə Ağdaş Rayon İHB-nın Yuxarı Nemətabad kənd icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 onun yanında saxlanılmış və cavabdehdən onun xeyrinə həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləğində 130 manat alimentin tutulması qət edilmişdir. Bildirir ki, cavabdehlə aralarında qeyd edilmiş nikahın pozulmasına, nikah pozularkən uşaqların hər üçünün onun yanında və himayəsində saxlanılması və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəsini alandan bir müddət sonra xx.xx.2011-ci il təvəllüdlü uşaqları X6 atası olan Cavabdeh yanına getmiş və bir daha geri qayıtmamışdır. Övladları xx.xx.2011-ci il təvəllüdlü uşaqları X6 hazırda Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbində oxuyur. Dəfələrlə uşağa onun yanına qayıtmasını, cavabdehə məhkəmə qətnaməsi ilə uşaq onun yanında və himayəsində saxlanıldığından uşaqla bağlı bütün məsuliyyətin onun üzərində olduğunu, ondan ayrı yaşadığından onun sağlam böyüməsində, tərbiyyəsində iştirak edə bilmədiyini cavabdehə bildirsə də, uşaq atası ilə yaşamaq istədiyini bildirmiş, cavabdeh də buna razı olsa da və həmin uşaq onun yanında olduğu üçün ona aliment ödəməməsinə və bunu o da tələb etməməyinə baxmayaraq uşağın onun himayəsindən alınıb cavabdehin himayəsinə verilməsi, yəni uşağın onun yanında saxlanılmasını rəsmiləşdirməkdən dolayısı ilə yayınmışdır və yayınmaqda davam edir. Ona görə də həmin uşağın atasının himayəsində və yanında olmasının müəyyən edilməsinə zərurət yaranmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin uşaqla bağlı cavabdehlə aralarında yaranmış mübahisənin həlli ilə bağlı Mediasiya Təşkilaına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığına görə cavabdehlə aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də məcbur olub, ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşağın valideyni kimi uşaq məhkəmə qətnaməsi ilə onun yanında saxlanılsa da, hazırda atasının yanında qalmasını istəməsi fikirinə hörmətlə yanaşır və atasının yanında qalmasına etiraz etmir. Hesab edir onun istəmədən yanına qaytarılması onun psixi sağlamlığına və bütün hüquq və mənafelərinə zidd olar. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsini müdafiə edir. Məhkəmə qərarı ilə övladları onun himayəsinə verilsə də, xx.xx.2011-ci il təvəllüdlü X6 atasının yanına gedərək onunla yaşayır və Ağdaş rayon Nemətabad kəndində təhsil alır. Ona görə övladının atasının himayəsinə verilməsini istəyir. Atası uşağa çox yaxşı baxır, onun baxımından şikayətçi deyildir. Ata, baba və uşaq bir yerdə yaşayırlar. İddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır, övladları məhkəmə qərarı ilə iddiaçının himayəsinə verilsə də, xx.xx.2011-ci il təvəllüdlü X6 onun yanına gəlmiş və hazırda onunla birlikdə yaşayır. Övladının ona verilməsinə razıdır. İddia tələbinin təmin edilməsini və bu barədə qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs Ağdaş RİHBA-nın Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasıl Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət X12 Regional Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru İlham Həsənov adına Yuxarı Nemətabad kənd Tam Orta Ümumtəhsil məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 108 saylı arayışın surətindən görünür ki, X6 həqiqətən Vİİ və Vİİİ sinifləri oxumuş və 2025/2026-cı il tədris ilində Ağdaş rayonu İlham Həsənov adına Yuxarı Nemətabad kənd tam orta ümumtəhsil məktəbinin İX sinfində oxuyur. İş materiallarında olan Ağdaş RİHB-nın Aşağı Zeynəddin kənd iƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli 5-32-12/2-348/2025 saylı arayışın surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 rayonun Tatlar kəndində qeydiyyatda olsa da hal-hazırda ərazidə yaşamır və ərazidəki məktəbdə təhsil almır. İş materiallarında olan Ağdaş RİHB-nın Yuxarı Nemətabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli 5-32-12/2-359/2025 saylı arayışın surətindən görünür ki, X1 rayonu Tatlar kəndində qeydiyyatda olmasına baxmayaraq 2023-cü ilin sentyabr ayından Ağdaş rayonu Yuxarı Nemətabad kəndində atası Cavabdeh himayəsində yaşayır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2010-cu il tarixli, AZ-İİ № 492437 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 yanvar 2010-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2011-ci il tarixli, AZ-İİ № 657182 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 mart 2011-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyul 2019-cu il tarixli, AZ-İV № 306212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 iyul 2019-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2004-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(014)-58/2023 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilməsi Cavabdeh ilə İddiaçı arasında qeydə alınmış 02 noyabr 2009-cu il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kənd icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş 16 yanvar 2010-cu il təvəllüdlü X5, 25 mart 2011-ci il təvəllüdlü X6 və 07 iyul 2019-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh 14 sentyabr 2022-ci il tarixdən başlayaraq 16 yanvar 2010-cu il təvəllüdlü X5, 25 mart 2011-ci il təvəllüdlü X6 və 07 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 130 (yüz otuz) manat aliment tutularaq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməsi, Cavabdeh 66,80 (altmış altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin materiallarında olan 19 sentyabr 2025-ci il tarixli, MŞA/MT061-2025-00041 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediyasiya xərcinin məbləği olan 50 manat pul iddiaçı X7 tərəfindən ödənilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Yuxarı Nemətabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli 5-32-12/1-20/2025 saylı məktubun surətindən görünür ki, məhkəmə bildirişi Cavabdeh şəxsən özünə təqdim edildi və bu haqda müvafiq qeydlər aparılıb. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş Cavabdeh ilə aralarında qeydə alınmış və xx.xx.2009-cu il tarixdə Ağdaş Rayon İHB-nın Yuxarı Nemətabad kənd icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmış və cavabdehdən onun xeyrinə həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləğində 130 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçının yanında və himayəsində saxlanılmış 25 mart 2011-ci il təvəllüdlü X6 atası yəni Cavabdeh yanına gedərək, hazırda Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbində təhsil alır. Ona görə də iddiaçı Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-58/2023 saylı qətnaməsi ilə iddiaçının yanında saxlanılmış 25 mart 2011-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olduğunu, 25 mart 2011-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsinə etirazı olmadığını bildirmişdir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Haqqında Bəyannamənin 6-cı Prinsipinə əsasən, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müəyyən etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını və qarşılıqlı razılığını, nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş övladı 25 mart 2011-ci il təvəllüdlü X6 atası Cavabdeh yanında saxlanılmalıdırhimayəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş övladları 25 mart 2011-ci il təvəllüdlü X6 doğma atası Cavabdeh himayəsinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2008/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2008/2025
11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver