Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-293/2025 28.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olmuş, Cavabdeh2 tərəfindən idarə etdilən və "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış **-DZ-*** dövlət qeydiyyat nişanlı “BMW 320İ minik” markalı avtomobil və X1 idarə etdiyi, **-JU-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişiməbləğində subroqasiya hüququ yaranır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** DZ *** dövlət qeydiyyat nişanlı “BMW 320İ minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt **-DZ-*** dövlət qeydiyyat nişanlı “BMW 320İ minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər dəymiş **-JU-*** dövlət nömrə nişanlı “BMC PROCİTY 12M CNG avtobus markalı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** JU *** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə 194.11 (bir yüz doxsan dörd manat, on bir qəpik) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində ** JU *** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş zərərlə bağlı 194.11 (bir yüz doxsan dörd manat, on bir qəpik) manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən ** JU *** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 211.12 (iki yüz on bir manat, on iki qəpik) manat məbləğində vəsait tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S- 24/1968 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. Eyni məzmunlu məktub və iddia ərizəsi Cavabdeh2 “online karğuzarlıq” vasitəsi ilə də göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2dan və Cavabdeh1 211.12 (iki yüz on bir manat, on iki qəpik) manat manat sığorta ödənişi, 30.00 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 231.42 (iki yüz otuz bir manat, qırx iki qəpik) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, ** DZ *** dövlət qeydiyyat nişanlı “BMW 320İ minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İşin materiallarında olan ödəniş aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-JU-*** dövlət nömrə nişanlı, "xxxx" markalı avtomobilə dəymiş zərərlə bağlı 194.11 (bir yüz doxsan dörd manat, on bir qəpik) manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənilmişdir. İşin materiallarında olan 11 sentyabr 2024-cü il tarixli, 010673 nömrəli zərər aktının surətindən görünür ki, **-JU-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobil dəymiş zərərin 194.11 (bir yüz doxsan dörd manat, on bir qəpik) manat həcmində olması müəyyən edilmişdir. İşin materiallarında olan avtomobilə dair məlumatlardan görünür ki, Cavabdeh1 Səhmdar oğlunun mülkiyyətində **-DZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 320İ minik” markalı avtomobil var. İşin materiallarında olan Binəqədi rayon DYPŞ-in 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İşin materiallarında olan Binəqədi rayon DYPŞ-in 26 sentyabr 2024-cü il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 göndərilmiş 21 noyabr 2024-cü il tarixində BS-S-24/19968 nömrəli pretenziya məktubundan görünür ki, ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün onlara xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olmuş, Cavabdeh2 tərəfindən idarə etdilən və "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış ** DZ *** dövlət qeydiyyat nişanlı “BMW 320İ minik” markalı avtomobil və X1 idarə etdiyi, 99-JU936 dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində **-JU-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə 194,11 (bir yüz doxsan dörd manat, on bir qəpik) manat məbləğində ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində **-JU-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş zərərlə bağlı 194,11 (bir yüz doxsan dörd manat, on bir qəpik) manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənilmişdir. İştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən **-JU-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 211,12 (iki yüz on bir manat, on iki qəpik) manat məbləğində vəsait tutulmuşdur. Hazıda cavabdehlər Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 subroqasiya qaydasında 211,12 (iki yüz on bir manat, on iki qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 211,12 (iki yüz on bir manat, on iki qəpik) manat məbləğində sığorta ödənişi, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi olan pul alınaraq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Səhmdar oğlu və Cavabdeh2 211,12 (iki yüz on bir manat, on iki qəpik) manat məbləğində sığorta ödənişi, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi olan pul alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-293/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-293/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver