Məhkəmə qərarları › İş №e-2(014)-477/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-477/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-477/2025 22.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 665 AZN (altı yüz altmış beş manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 528İ” markalı, 77 HM303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********399 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 131546 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2028-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. "xxxx" MMC tərəfindən tərtib və təqdim edilmiş xx.xx.2024-cü il tarixli təmir aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1365 AZN (min üç yüz altmış beş manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə 1365 AZN (min üç yüz altmış beş manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq "xxxx" MMC-nin hesabına köçürmüşdür. Bildirmək istəyirik ki, xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinmiş və 50 manat cərimə edilmişdir. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman icbari qaydada sığorta olunmamışdır. Buna görə də, iddiaçı tərəfindən ödənilmiş məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, qiymətləndirməyə dəvət məktubu göndərilsə də, o, qiymətləndirməyə gəlməmiş, sonradan isə ümumiyyətlə ödənişi ödəməkdən imtina etmişdir. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 700 AZN (yeddi yüz manat) azadolma məbləği çıxılmaqla qalan 665 AZN (altı yüz altmış beş manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 iyun 2024-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, 03 aprel 2024-cü il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, F.Salmanov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində toqquşma baş vermişdir. “BMW 528İ” markalı, 77 HM303 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinmiş və 50 manat cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli O-AS-2024 0825 saylı məktubun surətindən görünür ki, “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirməsi mərhələsində iştirak etmək üçn 3 iş günü ərzində Bakı şəhəri, C.Məmmədquluzadə küç 998-ci məhəllə ünvanında yerləşən İddiaçı Sığorta Şirkəti ASC-nin ofisinə yaxınlaşmağı bildirilmişdir. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh göndərilmiş 07 avqust 2024-cü il tarixli pretenziyadan görünür ki, ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən tərtib və təqdim edilmiş xx.xx.2024cü il tarixli təmir aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1365 AZN (min üç yüz altmış beş manat) zərər dəymişdir. İş materiallarına əlavə edilmiş **********399 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 131546 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2028-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə 1365 AZN (min üç yüz altmış beş manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq "xxxx" MMC-nin hesabına köçürmüşdür. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 528İ” markalı, 77 HM303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2028-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə nəticəsində zərərçəkən sığortalı “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1365 AZN (min üç yüz altmış beş manat) zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə 1365 AZN (min üç yüz altmış beş manat) sığorta ödənişini təmir ilə əlaqəli olaraq "xxxx" MMC-nin hesabına köçürmüşdür. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinmiş və 50 manat cərimə edilmişdir. Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilmiş, buna görə də, 700 manat (yeddi yüz manat) azadolma məbləği çıxılmaqla Cavabdeh 665 manat (altı yüz altmış beş manat) məbləğində borcu yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 665 manat (altı yüz altmış beş manat) pul və ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Changan C585” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 665 manat (altı yüz altmış beş manat) pul və ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar