Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-782/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Abdulhüseyin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi, evin və həyətin köməkçi sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi, evin və həyətin köməkçi sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə 1988-ci ildən rəsmi nikah qeydə aldırmaqla ailə qurub birlikdə yaşamağa başladığı, orada yaşamaq və istifadə hüququ qazandığı, həmin vaxtdan fasiləsiz olaraq 36 (otuz altı) il ərzində yaşadığı, hazırda ona məxsus cehiz və digər əmlaklarının yerləşdiyi, ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3 adına olan 10 (on) otaqdan ibarət olan yaşayış evinin və 0,40 hektar həyətyanı torpaq sahəsinin onlara xüsusi olaraq ayrılıb verilmiş 0,20 hektar həyətyanı və 5 (beş) otaq yaşayış hissəsindən istifadə hüququnun tanınmasına və oraya məcburi qaydada köçürülməyinə, həmin hissədə evin və həyətin köməkçi və kommunal-məişət sahələrindən ümumi, bərabər istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 08 iyul 1988-ci ildə Ağdaş rayon qeydiyyat şöbəsində 85 saylı nikah qeydə aldırmaqla evlənərək ailə qurub birlikdə yaşamağa başlamışlar. Hazırkı ünvanda yaşayarkən birgə nikahlarından xx.xx.1989-cu ildə Namiq adlı və xx.xx.1993-cü ildə Orxan adlı iki uşağımız anadan olmuşdur. Hazırda hər iki uşaq yetkinlik yaşına çatmışdır və onlar 36-cı və 33-cü yaşdadırlar. Cavabdehlə əvvəllər münasibətləri normal olmuş, lakin sonradan ailə-nikah münasibətləri qeyri-normal hal aldığından 2024-cü ildə ayrılmaqlarına baxmayaraq nikahları məhkəmə qaydasında pozulmamışdır. Cavabdeh 1988-ci ildən bu yana ötən 37 ilə yaxın müddətdə birlikdə yaşadıqları yaşayış mənzilinin qapısının qıfılını özbaşına şəkildə dəyişmiş, onu yaşadığı evə buraxmaqdan imtina etdiyi səbəbindən o müvəqqəti olaraq ata evlərində yaşamağa məcbur qalmışdır. Bildirir ki, cavabdeh tərəfin ailə üzvləri və qohumlarının iştirakı ilə keçirilmiş müvafiq mərasimlərdən sonra o 1988-ci ildən heç bir qeyq-şərt olmadan hazırkı yaşayış evinə gəlin köçməklə yaşamağa başlamış, orada bərabərhuquqlu ailə üzvü kimi qəbul olunmuş, həmin vaxtdan həmin yaşayış evində ona məxsus cehiz və digər əmlakları ilə birlikdə yerləşməklə yaşamağa və ümumi ailə təsərrüfatı işlərini birgə idarə etməyə başlamış, evin yaşayış sahəsindən , həmçinin evin və həyətin köməkçi və kommunal məişət sahələrindən onlarla bərabər surətdə istifadə etmək və orada yaşamaq hüququ qazanmışdır. Odur ki, hazırda 1988-ci ildən ərə gedib yaşamağa başladığı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması və oraya köçürülməyinə dair iddia ilə müraciət edir. AR İN-yi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd olunur ki, ünvan 2, keçmiş C.Hacıyev küçəsi 1/11 ünvanındakı fərdi yaşayış evi X3 adına Ağdaş RİH-nin xx.xx.2009-cu il tarixli məktubuna və DTXK-nin Ağdaş rayon şöbəsinin 20.05. 2006-cı il tarixli JN2800a nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bildirir ki, qeyd olunan ünvandakı yaşayış evi ümumilikdə 0,40 hektara yaxın torpaq sahəsində yerləşən ümumilikdə 10(on) otaqdan ibarət olmuşdur. Daha sonra ümumi həyətin 0,20 hektara yaxın torpaq sahəsi və ümumi evin 2(iki) otağı mülkiyyət sahibləri tərəfindən vaxtilə onlara ayrılıb verilmiş, özlərinə aid hissədə sonradan tərəflərindən daha 3(üç) yaşayış otağı artırılmaqla tikilmiş, evin və həyətin onlara ayrılıb verilmiş hissəsi ilə digər hissə arasındakı sərhəd mişar daşından olan hasarla xüsusi olaraq ayrılmışdır ki, buna dair fotoşəkilləri ərizəsinə əlavə etmişdir. Qeyd olunanlarla əlaqədar tərəfindən mediasiya qaydasında digər tərəfə təklif göndərilməsinə, mediasiya ərizəm əsasında şəxsin dəvət olunmasına baxmayaraq əks tərəflə mübahisənin qarşılıqlı razılıq əsasında həlli mümkün olmamışdır və buna dair mediasiya sənədini ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Abdulhüseyin oğlu iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh 1988-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan 2 övladları anadan olmuş, hazırda hər iki uşaq yetkinlik yaşına çatmışlar. Həmin yaşayış evində iddiaçının istifadə hüququ var, ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, iddia ərizəsini qəbul etmir və tam rədd olunmalıdır. Ağdaş rayon Məhkəməsinə nikahın pozulmasına dair ərizə vermişdir. Mülki iş baxılması üçün hakim Cavid Sultanovun icraatındadır. İşə baxılması üçün, məhkəmə iclası xx.xx.2025-ci il tarixinə salınmışdır. Nikahın pozulması (ləğvi) barədə ərizə verməyinin səbəbi, Rəhimova (Yusubova) Validə Əhməd qızının psixoloji problemləri ortaya çıxır, şəxsiyyət əleyhinə pis adətləri başlayıb. Ailədə tez-tez konfliktlər yaradır, dedi-qodu edir, ən yaxın adamları, qohumları, əzizlərini bir-birinə qatır, bacı-qardaş arasını vurur, həqiqətə söykənməyən sözlər danışır, insan şəxsiyyətini bilə-bilə və qərəzli şəkildə ləkələyir, məlumatlar yayır, onun və qohumlarının mərhəmətli, xeyirxah yaxşı əməllərini qoyub, qəsdən pis əməl kimi qiymətləndirir, nalayiq və şər-böhtan dolu ifadələr işlədir, ailənin öz mövcudluğunu qoruyub saxlamasını qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılı olmasına baxmayaraq, o buna əməl etmir. Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri də, yerində deyil. Onun, ailəsini əhatə edən adamlarla (qohum, dost, tanış, qonşu və s.) pis münasibətdə və mədəniyyət fərqinin çox aşağı olması, dünyaya baxış, fikir ayrılıqlarının olması və sonda ailə həyatına hörmət etmədiyi üçün, ailənin bərpası və barışmaqları mümkün deyil. Ailənin qorunub saxlanmasının qeyri-mümkünlüyü mövcuddur, onun dağılmasının səbəbləri ərizəsində qeyd etdikləridir. Əlavə qeyd edir ki, cavabdeh Rəhimova (Yusubova) Validə Əhməd qızı şərbaz, böhtançı və şantajçı bir qadındır. Xidməti işi ilə, fəaliyyəti ilə şantaj edib həmişə ki, flan malı, flan əşyanı, flan görülən işləri, flan alınıb gətirilənləri hansı pulla, hansı gəlirlə almısan, yuxarı və aidiyyatı orqanlara şikayət edəcəyini bildirib. Bundan başqa cavabdeh və yağın-balın içində böyüdüb boyabaşa çatdırdığı, min zəhmətlə evini tikib verdiyi, ailəsini bütün maddi rifahını öz üzərinə götürdüyü nanəcib, nankor, vicdansız, atasına fiziki güc tətbiq edən, əclaf və şərəfsiz, ləyaqətsiz, halal qazandığı çörəyini halal etmədiyi, burnundan irin-qan olub töküləcək oğlu X7, axırıncı dəfə bankdan kredit pulu götürüb verə bilmədiyi üçün, (halbuki, öz adına dəfələrlə kredit götürmüş və həmin pulu oğluna vermiş və banka ödənilən pulu vaxtında ödəyə bilməyib, dəbbə pulu və cərimə gəlib, məcburiyyət qarşısında öz əmək haqqından ödənilmişdir) onu birləşib döyüblər, hər ikisi güc tətbiq edərək yerə yıxıb, baş nahiyəsinə və burnuna yumruq və təpik zərbəsi ilə xəsarət yetirməklə partladıblar, qanın çölə nüfuz edilməsinə nail olublar. O, ər, ata və ailə başçısı kimi, onların bu hərəkətini bağışlamır və bağışlamaq da, fikiri yoxdur. İddaçının ərizəsində göstərdiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi atası X4r. Atası xx.xx.2011-ci il tarixində vəfat etmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində, ondan başqa bir neçə nəfər qeydiyyatda olan şəxslər mövcuddur. İddiaçı, iddia ərizəsində cavabdeh qismində onu yox, evin mülkiyyətçisini qoymalıdır. Xüsusi mülkiyyət üzrə əmlak üzərində, sərəncam vermək səlahiyyəti yalnız mülkiyyətçiyə məxsus olur. O, isə, mübahisəli əmlak üzrə mülkiyyətçi deyil. Əlavə olaraq bildirir ki, beləki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İlk öncə mülkiyyət hüququ və istifadə hüququ anlayışlarının hüquqi şərhini qeyd etmək idərkən yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3- cü maddəsi). Hər hansı bir hüquqi mübahisəyə baxılarkən hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan hüquq normaları, mübahisəyə baxılarkən qüvvədə olduğu prosessual hüquq normaları tətbiq olunur. Bu səbəbdən yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması və xitamı əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 qərarı ilə tənzimlənir (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair, 27 iyul 2001-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı) Beləki, ilk öncə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması barədə: • 1982ci ildən 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1- dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarına əsasən 2000-ci ilin sentyabrın 1-nə kimi yaranan münasibətlər, yəni yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması və xitamı əsasları 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzilənəcəkdir. Məsələn ər arvad arasında nikah 2000-ci il sentyabrın 1-dən əvvəl bağlanıbsa, arvad mənzilə köçürülübsə, yaşayış yeri kimi qeydiyyata alınıbsa bu halda arvadın həmin yaşayış sahəsinin tərkib hissəsinə istifadə hüququ yaranmış olacaqdır. Lakin 2000-ci ilin sentyabrın 1-dən yəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvəyə mindiyi tarixdən sonra yaranan yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ və istifadə hüququna xitam verilməsi məsələsi, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənəcəkdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: – mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; – həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; – istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» Mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Sonra daha bir maraq doğuran məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə qeyd olunmuşdur ki, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. MMin 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5- ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. İndi isə yaşayış sahəsindən istifadə hüququna xitam verilmənin əsasları barədə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenum qərarına əsasən 4. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Və nahəyət bundan sonra yəni 2009-cu ildə Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qəbul edildi. Çünki əvvəlki Mənzil Məcəlləsi Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləmirdi. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 16 dekabr 2014-cü il Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində ailənin başqa üzvlərinin siyahısı qeyd olunmuşdur. Belə ki, ailənin başqa üzvləri qardaş, bacı, baba, nənə, nəvə, Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan tərbiyəçilər, ögey oğul və ögey qızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Nəticə etibarilə, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu da göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yəni mənzilə dair istifadə hüququnun tanınması və istifadə hüququna xitam verilməsi barədə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən məhkəmə tərəfindən iddiaçının subyektiv hüququnun olub-olmadığı yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq sonda insanları maraqlandıran məsələlərə aydınlıq gətirməyə çalışdım. Xülasə – yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün – 2000-ci il sentyabrın 1-ə tarixədək yaranmış münasibətlər mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Münasibətlər 2000-ci ilin sentyabrın 1- dən sonra yaranmışdırsa yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Əgər yaranmış münasibətlər keçmiş ailə üzvləri arasında olmuşdursa bu halda ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Əgər mübahisəli əmlak üzrə, o, mülkiyyətçi olsaydı, iddiaçının iddiası əsaslı ola bilərdi və məhkəmə də, yuxarıda göstərdiyi qanunun normalarına istinad edə bilərdi. Faktiki olaraq, iddiaçının iddiası heç bir əsaslı deyil və rədd olunması üçün (mülkiyyətçinin adına dair çıxarış olması) kifayət qədər sübut var. Hesab edir ki, iddiaçının iddia ərizəsi əsassız, qanunsuz və ədalətsizdir. Ona görə də, tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət verərək bildirmişdir ki, İddiaçı, ona qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi, evin və həyətin köməkçi sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə (İş № 2(014)-782/2025) Ağdaş rayon Məhkəməsinə müraciət etmişdir. İddaçı, ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mərhum X3 adına qeydə alınmış yaşayış evi və ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3 adına olan 10(on) otaqdan ibarət olan yaşayış evinin və 0,40 hektar həyətyanı torpaq sahəsinin onlara xüsusi olaraq ayrılıb verilmiş 0,20 hektar həyətyanı və 5(beş) otaq yaşayış hissəsindən istifadə hüququnun tanınmasına və oraya məcburi qaydada köçürülməyinə, həmin hissədə evin və həyətin köməkçi və kommunal-məişət sahələrindən ümumi, bərabər istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarması xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya yaşamağa evi yoxdur. Halbuki, ünvan 1 ünvanında yerləşən mərhum atasının adına və mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaqda, yəni mübahisəli evdən 15 metrə aralıda, iddiaçı ilə birgə nikah dövründə o, çıxarışı mövcud olmayan fərdi yaşayış evi tikmişlər və dilinə gətirməyə belə utandığı oğlu X7 ilə, rahat, geniş, super təmirli, məişət texnikası ilə təmin olunmuş və təhlükəsiz şəraitdə həmin evdə faktiki yaşayır. Yuxarıda göstərdiklərini nəzərə alıb, İddiaçı faktiki yaşadığı evə dair sübutları (evin foto şəkillərini) mülki işə əlavə edilməsi üçün sizə təqdim edir və sübut kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 08 iyul 1988ci il tarixli İV-390199 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah 08 iyul 1988-ci il tarixdə 85 saylı akt qeydi ilə qeydə alınmışdır. İşin materiallarında olan 05 fevral 2025-ci il tarixli, MŞM/MT031/2025-00008 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin Mediasiya Sessiyasında iştirak etmiş. Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. Bundan başqa Cavabdeh ilkin Mediasiya Sesiyasında (İMS) iştrak edilməsi barədə 50 manat mediasiya xərci ödəmişdir. İşin materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-35/2- 203/2025 saylı məktubun surətindən görünür ki, Ağdaş şəhəri, C.Hacıyev küçəsi 1/11 nömrəli fərdi yaşayış evi X2 adına Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 47/T nömrəli məktubuna və DTXK Ağdaş rayon şöbəsinin xx.xx.2006-cı il tarixli JN-2800A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindədir. İşin materiallarında olan ölüm haqqında elektron şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-2800A KOD 9030100A saylı şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə Ağdaş şəhərində 0.06 hektar torpaq sahəsi X3 mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli 276 saylı məktubdan görünür ki, “Elektron Notariat” X1 axtarış zamanı X2 adına açılmış vərəsəlik işi aşkar olunmamışdır. İşin materiallarında olan ƏMDK-nın yanında DƏDR xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR xx.xx.2009-cu il tarixli ********** saylı qeydiyyat nömrəli, reyestr nömrəsi **********58-10301 saylı çıxarışın surətindən görünür ki, X2 Ağdaş şəhəri, C.Hacıyev küçəsi 1-ci dalanda mülkiyyətində olan 0.06065 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 82.27 kvm yaşayış, 153.76 kvm köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyəti hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyetsr kitabının 182 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli 5-32-12/2-R-1413/2025 saylı məktubdan görünür ki, ünvan 6aylı təsərrüfatda Cavabdeh, İddiaçı və X8 yaşayıcı kimi qeyd olunmuşdur. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh 08 iyul 1988-ci ildə Ağdaş rayon qeydiyyat şöbəsində 85 saylı nikah qeydə aldırmaqla evlənərək ailə qurub birlikdə yaşamağa başlamışlar. Nikaha daxil olduqdan sonra onlar Cavabdeh atası X3 adına Ağdaş RİHnin xx.xx.2009-cu il tarixli məktubuna və DTXK-nin Ağdaş rayon şöbəsinin xx.xx.2006-cı il tarixli JN2800a nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətində olan evə köçmüşlər. İddiaçı ilə Cavabdeh arasındakı ailə-nikah münasibətləri qeyrinormal hal aldığından 2024-cü ildə ayrılmaqlarına baxmayaraq nikahları məhkəmə qaydasında pozulmamışdır. İddiaçının məhkəmə iclasında bildirməsinə, həmçinin, Cavabdeh da qəbul etməsinə görə iddiaçı 2024-cü ilədək həmin ünvanda yaşamış və indiyədək iddiaçının cehiz əmlakları həmin ünvanda yerləşir. ünvan 6aylı təsərrüfatda Cavabdeh, İddiaçı və X8 yaşayıcı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Bundan başqa, mübahisəli ev tərəflərin heç birinin mülkiyyətində deyildir. Həmin mənzil X3 adına ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X12 vəfat etdikdən sonra oğlu Cavabdeh miras əmlakda yaşamağa davam etmiş və ünvan 6aylı təsərrüfatda Cavabdeh, İddiaçı və X8 yaşayıcı kimi qeyd olunmuşdur. Qeyd olunan mənzildə cavabdeh hansı statusdadırsa, iddiaçı da həmin statusdadır. Ona görə də iddiaçının həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı mübahisəli mənzilə 1988-ci ildə qeyd-şərtsiz köçərək orada cavabdehlərlə ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından, o, mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası təmin olunmaqla, Cavabdeh ilə 1988-ci ildən rəsmi nikah qeydə aldırmaqla ailə qurub birlikdə yaşamağa başladığı, orada yaşamaq və istifadə hüququ qazandığı, həmin vaxtdan fasiləsiz olaraq 36 (otuz altı) il ərzində yaşadığı, hazırda ona məxsus cehiz və digər əmlaklarının yerləşdiyi, ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3 adına olan 10 (on) otaqdan ibarət olan yaşayış evinin və 0,40 hektar həyətyanı torpaq sahəsinin onlara xüsusi olaraq ayrılıb verilmiş 0,20 hektar həyətyanı və 5 (beş) otaq yaşayış hissəsindən istifadə hüququ müəyyən edilməli, ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3 adına olan 10 (on) otaqdan ibarət olan yaşayış evinin və 0,40 hektar həyətyanı torpaq sahəsinin onlara xüsusi olaraq ayrılıb verilmiş 0,20 hektar həyətyanı və 5 (beş) otaq yaşayış hissəsinə məcburi qaydada köçürülməli, həmin hissədə evin və həyətin köməkçi və kommunal-məişət sahələrindən ümumi, bərabər istifadə qaydasının müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi, evin və həyətin köməkçi sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh ilə 1988-ci ildən rəsmi nikah qeydə aldırmaqla ailə qurub birlikdə yaşamağa başladığı, orada yaşamaq və istifadə hüququ qazandığı, həmin vaxtdan fasiləsiz olaraq 36 (otuz altı) il ərzində yaşadığı, hazırda ona məxsus cehiz və digər əmlaklarının yerləşdiyi, ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3 adına olan 10 (on) otaqdan ibarət olan yaşayış evinin və 0,40 hektar həyətyanı torpaq sahəsinin onlara xüsusi olaraq ayrılıb verilmiş 0,20 hektar həyətyanı və 5 (beş) otaq yaşayış hissəsindən istifadə hüququ müəyyən edilsin. ünvan 1 ünvanında yerləşməklə JN-2800 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3 adına olan 10 (on) otaqdan ibarət olan yaşayış evinin və 0,40 hektar həyətyanı torpaq sahəsinin onlara xüsusi olaraq ayrılıb verilmiş 0,20 hektar həyətyanı və 5 (beş) otaq yaşayış hissəsinə məcburi qaydada köçürülsün. Həmin hissədə evin və həyətin köməkçi və kommunal-məişət sahələrindən ümumi, bərabər istifadə qaydası müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-782/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-782/2025
04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver