Məhkəmə qərarları › İş №e-2(014)-881/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-881/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-881/2024 22.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 sentyabr 2010-cu il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X14 anadan olmuşdur. Faktiki olaraq ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən Cavabdehla birgə barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 18 saylı Mediasiya təşkilatına müraciət etmişlər. Həmin təşkilatın mediatoru X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00294 nömrəli barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişi ilə aralarında bağlanmış olan 30 sentyabr 2010-cu il tarixdə 09 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına, birgə nikahdan anadan olmuş 06 iyul 2012-ci il təvəllüdlü X11 onun himayəsində saxlanılmasına, 2023-cü ilin aprelayından başlayaraq hər ayın 5-dən gec olmayaraq uşağın saxlanılması üçün 220 (iyi yüz iyirmi) manat məbləğində aliment verilməsinə, uşaqla ünsiyyət qaydası barədə və birgə nikah dövründə əldə edilmiş əmlak barəsində razılıq əldə olunmuşdur. Mediasiya sazişinin şərtlərinə görə, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus 0,02 ha torpaq sahəsindəinşa edilmiş bir otaqlı tikilinin birgə nikah dövründə birinci tərəfin atası X7 vəsaiti hesabına inşa edildiyini tərəflər təsdiq edir və hər iki tərəf razılaşırlar ki, 15 təqvim günü ərzində hər iki tərəfin özlərinin dəvət etdikləri əmlak qiymətləndiricilərinin rəylərindəki qiymətin orta qiyməti hesablanacaq və həmin vəsaitin yarısını Cavabdeh 2 ay ərzində Seyidova Laçınİlham qızına ödənəcək, ödəniş edildikdən sonra X5 20 gün ərzində həmin evi boşaldacaq, X5 cehizəşyalarının götürülməsinə Cavabdeh tərəfindən heç bir maneə yaradılmayacaqdır. Həmin sazişdən sonra Ağdaş rayon məhkəməsinə nikahın pozulması barədə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(014)-670/2023 nömrəli qətnaməsi ilə nikahımız pozulmuşdur. Hazırki ərizə ilə müraciət etməyinə səbəb isə, maraqlı şəxsin alimenti ödəməkdən və birgə nikah dövründə inşa edilmiş evin qiymətləndirilərək məbləğin yarısını ona ödəməkdən yayınmasından ibarətdir. Cavabdeh tərəfindən 2 aydır ki,aliment ödənilmir və əvvəlki aylardan 1 ayın aliment məbləği ödənilməmiş qalır. Yuxarıda göstərilənlərə əsasən mediasiya prosesi nəticəsində (mediator X2) onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00294 nömrəli barışıq sazişinin birgə nikahdan anadan olmuş X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment verilməsi və alimentin 05 fevral 2024-cü il tarixdən hesablanması, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus 0,02 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı tikilinin 15 təqvim günü ərzində hər iki tərəfin özlərinin dəvət etdikləri əmlak qiymətləndiricilərinin rəylərindəki qiymətin orta qiyməti hesablanması və həmin vəsaitin yarısının Cavabdeh tərəfindən 2 ay ərzində Seyidova Laçınİlham qızına ödənilməsi, ödəniş edildikdən sonra X5 20 gün ərzində həmin evi boşaltması, X5 cehiz əşyalarının götürülməsinə CavabdehƏlövsət oğlunun heç bir maneə yaratmaması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-670/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə qeydə alınmış nikah pozulmuşdur. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 449361 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında bağlanmış nikah Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə 128 nömrəli akt qeydinə əsasən pozulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 941810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 06 iyul 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X8r. İşin materiallarında olan xx.xx.2012-ci il ƏMDK-nin DƏDKR-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, X3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB//18/2023/2024 nömrəli Barışıq sazişindən görünür ki, “Tərəflər" razılaşırlar ki, 30 sentyabr 2010-cu İİ tarixil, 09 saylı nikah şəhadətnaməsinə əsasən aralarında olan nikahın onlara əlavə vaxt verilmədən pozulması üçün aldlyyatı məhkəmə orqanına müraciət edirlər. xx.xx.2012 cl il tarixində Bakı şəhərində doğulmuş X15 (bundan sonra – “uşaq”) anası X5 himayəsində saxlanılır. İkinci tərəf 2023-cü ilin aprel ayından başlayaraq hər ayın 5-dən geç olmayaraq uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment Ödəməyi öhdəsinə götürür. Uşağın atası Cavabdeh, nənə, baba və digər qohumları İlə görüşməsi üçün uşağın sağlamlığına və təhsilinə maneçilik yaratmamaq şərtilə anası heç bir maneə yaratmayacağını öhdəsinə götürür. Uşağın doğum günü, bayram günü və tətillərdə İstədiyi şəkildə keçirməyinə valideynlər etiraz etmir və bir birinə maneə yaratmayacaqlarını öhdələrinə götürürlər. Tərəflər razılaşırlar ki, uşağın ölkə hüdudlarından kənara valideynlərdən biri və ya müşayətsiz getməyinə İcazə verirlər və bu barədə müvafiq İcazə verəcəklərini öhdələrinə götürürlər. Abşeron rayon Mehdlabad qəsəbəsində yerləşən X6 məxsus 0,02 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı tikilinin birgə nikah dövründə birinci tərəfin atası X7 vəsaiti hesabına İnşa edildiyini tərəflər təsdiq edir və hər iki tərəf razılaşırlar kl, 15 təqvim günü ərzində hər İkl tərəfin özlərinin dəvət etdikləri əmlak qlymətləndricllərinin rəylərlndəki qiymətin orta olymətl hesablanacaq və həmin vəsaitin yarısını Cavabdeh 2 ay ərzində X9 ödəməyi öhdəsinə götürür. Ödəniş edildikdən sonra 1ci Tərəf 20 gün ərzində həmin evi boşaltmağı öhdəsinə götürür. İkinci tərəf öhdəsinə götürür ki 1-ci Tərəfin cehiz əşyalarının götürülməsinə heç bir maneə yaratmayacaqdır. İlkin mediasiya xərcini (50 manat) 1-ci Tərəf, tam rnedlaslya xərcini İsə (60 manat) 2-ci Tərəf ödəyir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında barışıq sazişi bağlanmış və barışığa əsasən 30 sentyabr 2010-cu İİ tarixil, 09 saylı nikah şəhadətnaməsinə əsasən aralarında olan nikahın onlara əlavə vaxt verilmədən pozulması üçün aidiyyəti məhkəmə orqanına müraciət edirlər. xx.xx.2012 cl il tarixində Bakı şəhərində doğulmuş X14 (bundan sonra – “uşaq”) anası X5 himayəsində saxlanılır. İkinci tərəf 2023-cü ilin aprel ayından başlayaraq hər ayın 5-dən gec olmayaraq uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Uşağın atası Cavabdeh, nənə, baba və digər qohumları ilə görüşməsi üçün uşağın sağlamlığına və təhsilinə maneçilik yaratmamaq şərtilə anası heç bir maneə yaratmayacağını öhdəsinə götürür. Uşağın doğum günü, bayram günü və tətillərdə istədiyi şəkildə keçirməyinə valideynlər etiraz etmir və bir-birinə maneə yaratmayacaqlarını öhdələrinə götürürlər. Tərəflər razılaşırlar ki, uşağın ölkə hüdudlarından kənara valideynlərdən biri və ya müşayətsiz getməyinə icazə verirlər və bu barədə müvafiq icazə verəcəklərini öhdələrinə götürürlər. Abşeron rayon Mehdlabad qəsəbəsində yerləşən X4 məxsus 0,02 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı tikilinin birgə nikah dövründə birinci tərəfin atası X7 vəsaiti hesabına inşa edildiyini tərəflər təsdiq edir və hər iki tərəf razılaşırlar kl, 15 təqvim günü ərzində hər iki tərəfin özlərinin dəvət etdikləri əmlak qiymətləndiricilərinin rəylərindəki qiymətin orta qiyməti hesablanacaq və həmin vəsaitin yarısını Cavabdeh 2 ay ərzində X9 ödəməyi öhdəsinə götürür. Ödəniş edildikdən sonra 1ci Tərəf 20 gün ərzində həmin evi boşaltmağı öhdəsinə götürür. İkinci tərəf öhdəsinə götürür ki, 1-ci Tərəfin cehiz əşyalarının götürülməsinə heç bir maneə yaratmayacaqdır. İlkin mediasiya xərcini (50 manat) 1-ci Tərəf, tam mediasiya xərcini isə (60 manat) 2-ci Tərəf ödəyəcəyinə dair razılığa gəlmişlər. Bu razılığa əsasən tərəflər arasında qeyd edilmiş nikah Ağdaş Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin tərəflər barışıq sazişinin birgə nikahdan anadan olmuş X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment verilməsi və alimentin 05 fevral 2024-cü il tarixdən hesablanması, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus 0,02 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı tikilinin 15 təqvim günü ərzində hər iki tərəfin özlərinin dəvət etdikləri əmlak qiymətləndiricilərinin rəylərindəki qiymətin orta qiyməti hesablanması və həmin vəsaitin yarısının Cavabdeh tərəfindən 2 ay ərzində X9 ödənilməsi, ödəniş edildikdən sonra X5 20 gün ərzində həmin evi boşaltması, X5 cehiz əşyalarının götürülməsinə Cavabdeh heç bir maneə yaratmaması hissəsində təsdiq edilməsinə dair hissəsinə əməl etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan cehiz əmlakının geri qaytarılması, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri cehiz əmlakının geri qaytarılması ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin cehiz əmlakının geri qaytarılmasıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz cehiz əmlakının geri qaytarılmasıını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş cehiz əmlakının geri qaytarılması, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı cehiz əmlakının geri qaytarılması onun mülkiyyətidir. Bundan başqa, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Qeyd olunan Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Eyni zamanda, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 №-li qərarında qeyd olunmuşdur ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00294 nömrəli Barışıq sazişi ərizədə göstərilən hissədə təsdiq edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment X10 alınaraq İddiaçı verilməli, aliment 14 may 2024-cü il tarixdən hesablanmalı, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus 0,02 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı tikilinin 15 təqvim günü ərzində hər iki tərəfin özlərinin dəvət etdikləri əmlak qiymətləndiricilərinin rəylərindəki qiymətin orta qiyməti hesablansın və həmin vəsaitin yarısı Cavabdeh tərəfindən 2 ay ərzində X9 ödənilməli, ödəniş edildikdən sonra X12 20 gün ərzində həmin evi boşaldılmalı, X5 cehiz əşyalarının götürülməsinə Cavabdeh heç bir maneə yaratmamalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023- 00294 nömrəli Barışıq sazişi ərizədə göstərilən hissədə təsdiq edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment X10 alınaraq İddiaçı verilsin. Alimentin tutulması 14 may 2024-cü il tarixdən hesablansın. Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus 0,02 ha torpaq sahəsində inşa edilmiş bir otaqlı tikilinin 15 təqvim günü ərzində hər iki tərəfin özlərinin dəvət etdikləri əmlak qiymətləndiricilərinin rəylərindəki qiymətin orta qiyməti hesablansın və həmin vəsaitin yarısı Cavabdeh tərəfindən 2 ay ərzində X9 ödənilsin. Ödəniş edildikdən sonra X12 20 gün ərzində həmin evi boşaltsın. X5 cehiz əşyalarının götürülməsinə Cavabdeh heç bir maneə yaratmasın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar