Məhkəmə qərarları › İş №e-2(014)-89/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-89/2025

23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-89/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 736 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 25 may 2023-cü il tarixli MAS-5961 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X9”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 451.90 manat, ümumilikdə isə 18469 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18469 manatın 14700 manatı əsas məbləğ təşkil edir. “X9” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin 13 fevral 2024cü il tarixli 2(014)-86/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 3761.55 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Avtomobilin idarə olunmasına dair X4 xahişi əsasında İddiaçı MMC tərəfindən Cavabdeh etibarnamə verilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X13 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ 15936086 saylı protokola görə 16 manat; 2. EQ 15918472 saylı protokola görə 80 manat; 3. EQ 15918469 saylı protokola görə 320 manat;

4. EQ 15897482 saylı protokola görə 80 manat; 5. EQ 15781330 protokola görə 16 manat;

6. EQ 15624686 saylı protokola görə 80 manat; 7. EQ 15409030 saylı protokola görə 32 manat; 8. EQ 14920145 saylı protokola görə 16 manat: 9. EQ 14920146 saylı protokola görə 16 manat; 10. EQ 14920143 saylı protokola görə 80 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 736 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə İddiaçı MMCyə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X10 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçı MMC-nin nümayəndəsi X6 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 25 may 2023-cü il tarixli, MAS-5961 saylı “X9”nin surətindən görünür ki, lizinq müqaviləsinin əsas məbləğini 14700 manat təşkil edir. Lizinq alan, müqavilə imzalandığı gün 18469 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 18469 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 18% həcmində mükafat məbləği hesablanır. İşin materiallarında olan 25 may 2023-cü il tarixli, MAS-5961 saylı “X9”nə 1 nömrəli əlavənin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil X1 və istifadəsinə verilmiş əmlakın ümumi dəyəri 14700 manat təşkil etmişdir. İşin materiallarında olan 25 may 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X2 Sənan Təbriz oğlu ilə İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İşin materiallarında olan Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)- 86/2024 saylı 13 fevral 2024-cü il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh X3 25 may 2023-cü il tarixli, MAS-5961 saylı “X9”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1097,86 manat gecikdirilmiş əsas, 707,73 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 65 manat dəbbə pulu, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dəymiş zərərə görə 1890,96 manat, cəmi 3761,55 manat borc və ödənilmiş 57,62 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 01 avqust 2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı MMC X5 25 may 2023-cü il tarixli, MAS-5961 saylı “X9” əsasında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan 25 may 2023-cü il tarixli, MAS-5961 saylı “X9”nə 3 nömrəli əlavənin surətindən görünür ki, lizinq alan X7 illik 18 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 451,90 manat, ümumilikdə isə 18469 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan Lizinq obyekti olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X13 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. 1. EQ 15936086 saylı protokola görə 16 manat; 2. EQ 15918472 saylı protokola görə 80 manat;

3. EQ 15918469 saylı protokola görə 320 manat; 4. EQ 15897482 saylı protokola görə 80 manat; 5. EQ 15781330 protokola görə 16 manat; 6. EQ 15624686 saylı protokola görə 80 manat; 7. EQ 15409030 saylı protokola görə 32 manat; 8. EQ 14920145 saylı protokola görə 16 manat: 9. EQ 14920146 saylı protokola görə 16 manat; 10. EQ 14920143 saylı protokola görə 80 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 25 may 2023-cü il tarixli MAS-5961 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X9”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 451.90 manat, ümumilikdə isə 18469 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18469 manatın 14700 manatı əsas məbləğ təşkil edir. “X9” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin 13 fevral 2024cü il tarixli 2(014)-86/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 3761.55 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Avtomobilin idarə olunmasına dair X4 xahişi əsasında İddiaçı MMC tərəfindən Cavabdeh etibarnamə verilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X13 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 736 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC ödəmiş olduğu cəriməni Cavabdeh tələb edir. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 736 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 736 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar