Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1253/2025 12.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçılar İddiaçı cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızına qarşı aliment həcminin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004) 3452/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin dəyişdirilərək azadılmasına və hər ay sabit olaraq 130 manat məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əlilliyi, psixi xəstəliyini, maddi vəziyyətini, yalnız dövlət büdcəsindən aldığı əlillik pensiyasından başqa maddi yardımının olmamasını və anlaqsız şəxs olduğunu nəzərə alaraq, onunla bağlı artırılmış alimentin azaldılaraq 150 manat məbləğində olması barədə iddianın təmin edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Fətəliyeva (Hüseynova) Sevda Musa qızı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 907 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Nikaha daxil olduqları vaxt əvvəllər normal yaşamış, daha sonradan isə ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən cavabdeh Fətəliyeva (Hüseynova) Sevda Musa qızı İddiaçı qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə aralarında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 907 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, İddiaçı ilə birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi (hakim Emin Mehdiyev) ilə iddia ərizəsi təmin olunmuş, X5 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 907 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X1 anası X2 yanında qalması müəyyən edilmişdir. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 aprel 2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X4 verilmişdir. İddiaçı psixi qüsurlu, paranoid şizofreniya, fasiləsiz gedişli diaqnozla xx.xx.2022-ci il tarixdən etibarən ikinci dərəcəli əllik müəyyən edilmişdir. Bu səbəbdən şəxsin alimentinin nəinki azaldılması məsələsi, eyni zamanda alimentdən əslində azad edilmə halları mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
a) Məhkəmə icraatı iştirakçısının izahatı:
4. İddiaçı nümayəndəsi Nümayəndə ərizə göndərərək, İddiaçı tərəfindən cavabdehə ödənilən aliment miqdarının azaldılaraq 150 manat olmasını, eyni zamanda iddiaçının əlil və psixiatrik xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınmasını xahiş etmişdir.
5. Cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızı məhkəməyə ərizə göndərərək, aliment almağın uşağın hüququ olmasını, valideynin əlilliyinin bu hüququ aradan qaldırmadığını, oğlunun təhsil xərclərini də tək özü qarşıladığını nəzərə alaraq iddinın təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmışdır.
8. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
10. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş № 2(004)- 3452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, X6 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 907 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X1 anası X2 yanında qalması müəyyən edilmişdir. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 aprel 2019cu il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X4 verilmişdir.
11. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment miqdarı indeksasiya olunmuş İddiaçı tutulan aliment məbləği sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunmuşdur.
12. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(103)- 235/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3231/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1978-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.
14. “Elektron Məhkəmə” informasiya sistemində İddiaçı “Şəxsi məlumatlar” bölməsindən çıxarışa əsasən İddiaçı əlilliyə görə 504,31 manat məbləğində pensiya alır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3452/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə X6 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 907 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X1 anası X2 yanında qalması müəyyən edilmişdir. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 aprel 2019-cu il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X4 verilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment miqdarı indeksasiya olunmuş İddiaçı tutulan aliment məbləği sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3231/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.1978-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının psixatrik xəstəlikdən əziyyət çəkdiyi üçün aliment miqdarının azaldılmasını xahiş etmişdir. Cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızı məhkəməyə ünvanladığı ərizəsində iddia tələbinə etiraz edərək, aliment almağın uşağın hüququ olmasını, valideynin əlilliyinin bu hüququ aradan qaldırmadığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3231/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1978-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda, “Elektron Məhkəmə” informasiya sistemindən İddiaçı “Şəxsi məlumatlar” bölməsindən əldə edilmiş çıxarışa əsasən İddiaçı əlilliyə görə 504,31 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 17 .Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
21. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir.
22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqları saxlamaq, onlara qayğı göstərmək, maddi təminatlarını təmin etmək hər iki valideynin borcu və üzərlərinə qoyulmuş vəzifədir. Yəni uşaqlar barəsində hər iki valideyn, istər ata, istərsə də ana bərabər hüquqlara malikdirlər. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşaqların maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşaqların tərbiyəsinin, saxlanmasının və maddi təminatının təmin edilməsinin hər iki valideynin borcu və vəzifəsinin, habelə iddia üzrə iddiaçının, o cümlədən cavabdehin maddi vəziyyəti ilə əlaqədar hallar nəzərə alınmalıdır.
24. Məhkəmə qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilməlidir. Lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004) 3452/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 160 manat məbləğində alimentin azaldılaraq 150 manat olmasını xahiş etmişdir. Hazırda iddiaçının azaldılmasını tələb etdiyi aliment məbləği qanunla bir uşağın uşağın saxlanılması üçün minimum həddə müəyyən edilmişdir. Eyni zamanda, “Elektron Məhkəmə” informasiya sistemində İddiaçı “Şəxsi məlumatlar” bölməsindən çıxarışa əsasən İddiaçı əlilliyə görə 504,31 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi dəlillər (iddiaçının anlaqsız vəziyyətdə olması və s.) iddiaçının bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir.
25. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Qanunverici, prinsip etibarı ilə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 nömrəli qərarının 8.13.-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
28. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2025-ci il üçün uşaqların saxlanılmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu həddi, həmçinin uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3452/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi cavabdehin və onun öhdəsində olan uşağın hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı tərəf aliment məbləğinin 160 manatdan azaldılaraq 150 manat məbləğində müəyyən edilməsinin iddiaçının maddi vəziyyətində hansı dəyişikliyə gətirib çıxara biləcəyini kifayət qədər əsaslandıra bilməmişdir.
29. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Qeyd olunan Məcəllənin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.
34. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 4272 manat olmasını, iddiaçı tələbinin təmin olunmamasını nəzərə alınaraq 62,72 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
Nəticə hissəsi: 35.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızına qarşı aliment həcminin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 62,72 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Heyran Mürsəlova