Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-248/2025 06.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollarına görə 252 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli FAT-197 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 iyul 2024- cü il tarixli 2(015)-635/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1864.81 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X1 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr 1. EQ 24541673 saylı protokola görə 9 manat; 2. EQ 24541672 saylı protokola görə 45 manat; 3. EQ 24062596 saylı protokola görə 36 manat; 4. EQ 24062595 saylı protokola görə 36 manat; 5. EQ 23543629 saylı protokola görə 18 manat; 6. EQ 23292598 saylı protokola görə 72 manat; 7. EQ 23292597 saylı protokola görə 36 manat; məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 252 manat məbləğində ödəniş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh da məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İşdə olan sənədlərlə müəyyən olunur ki, lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X1 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmiş, bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edilmişdir. Həmin cərimələr 1. EQ 24541673 saylı protokola görə 9 manat; 2. EQ 24541672 saylı protokola görə 45 manat; 3. EQ 24062596 saylı protokola görə 36 manat; 4. EQ 24062595 saylı protokola görə 36 manat; 5. EQ 23543629 saylı protokola görə 18 manat; 6. EQ 23292598 saylı protokola görə 72 manat; 7. EQ 23292597 saylı protokola görə 36 manat; məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də o, borcu ödəməmişdir.
8. İş materiallarından görünür ki, cavabdehin iddiaçı təşkilata 252 manat borcu qalmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bu səbəbdən iddiaçı təşkilatın lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X1 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr 1. EQ 24541673 saylı protokola görə 9 manat; 2. EQ 24541672 saylı protokola görə 45 manat; 3. EQ 24062596 saylı protokola görə 36 manat; 4. EQ 24062595 saylı protokola görə 36 manat; 5. EQ 23543629 saylı protokola görə 18 manat; 6. EQ 23292598 saylı protokola görə 72 manat; 7. EQ 23292597 saylı protokola görə 36 manat; məbləğində pul İddiaçı MMC tərəfindən ümumilikdə 252 manat ödənilmiş məbləği tələb etmək hüququ yaranmışdır
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.13-cü maddəsinə əsasən lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
12. Həmin Məcəllənin 1096.1-ci ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
15. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. Göründüyü kimi, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq müqaviləsinə əsasən cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh lizinq müqaviləsi qüvvədə olduğu müddətdə həmin nəqliyyat vasitəsindən istifadə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq inzibati xətalar törətmiş və həmin xətalara görə cavabdehə tətbiq edilmiş cərimələr iddiaçı təşkilat tərəfindən ödənilmişdir. Bu səbəbdən iddiaçı təşkilatın həmin ödənilmiş cərimələrin cavabdehdən reqres qaydasında tələb etmək hüququ yaranmışdır.
17. Belə ki, yuxarıda sadalanan maddələrin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllənin tələblərinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
18. Beləliklə, Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəliklər mövcud olduğundan, iddiaçı təşkilat “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq müqaviləsinə əsasən cavabdehin sahibliyinə və istifadəsinə verdiyindən, cavabdeh lizinq müqaviləsi qüvvədə olduğu müddətdə həmin nəqliyyat vasitəsindən istifadə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq inzibati xətalar törətdiyindən, həmin xətalara görə cavabdehə tətbiq edilmiş cərimələr iddiaçı təşkilat tərəfindən ödənildiyindən, bu səbəbdən iddiaçı təşkilatın həmin ödənilmiş cərimələrin cavabdehdən reqres qaydasında tələb etmək hüququ yarandığından, iddia təmin edilməli, iddiaçı tərəfindən cavabdehin törətdiyi inzibati xətalara görə ödənilmiş pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 252 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia təmin edilsin. Cavabdeh 252 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Heyran Mürsəlova