Məhkəmə qərarları › İş №e-2(015)-583/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-583/2025

23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-583/2025 23.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ” ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1990,20 manat maddi ziyanın və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayonu Hənifə kəndində yaşayır, əri mərhum 26 noyabr 2018-ci tarixdə vəfat etmiş X3 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Kamaz-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, əri X3 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində mərhum əri X2 təqsirli olması bildirilmiş, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “VAZ- 21725” markalı 10EE844 dövlət qeydiyyat nişanlı avtomobilə 3950 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 043864 saylı sığorta aktına əsasən Maraqlı şəxs sığorta şirkəti 3950 manat sığorta ödənişi həyata keçirmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və X1nun hüquq varisi İddiaçı müştərək qaydada 3950 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumu xərci, cəmi 3980.40 manat pulun alınaraq iddiaçı Maraqlı şəxs Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Balakən rayon icra və probasiya şöbəsinə göndərilmiş, ödənilməli olan 3980.40 manat pul vəsaiti iddiaçının pensiyasından tutularaq Maraqlı şəxs Sığorta Şirkəti” ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh və ondan tutulmalı olan 3980,40 manatın hamısını özü ödəmişdir. Cavabdeh məhkəmə qətnaməsi üzrə heç bir ödəniş etməmiş, ondan ödənilmiş pulun yarısını istədikdə isə həmin pulu ödəməkdən imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdir.

Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qədər məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə 1990,20 manat borcunu qəbul etdiyini bildirmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə işdə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: Mülki işin materialları:

7. Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin suətindən görünür ki, cavabdehlər Cavabdeh və X1nun hüquq varisi İddiaçı müştərək qaydada 3950 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumu xərci, cəmi 3980.40 manat alınaraq iddiaçı Maraqlı şəxs Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Ağstafa Rayon Məhkəməsinin sorğusuna əsasən, Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfində daxil olmuş 166/03 nömrəli cavab məktubundan görünür ki, Maraqlı şəxs Sığorta Şirkəti ” ASC-nin 1761/2024 saylı, xx.xx.2024-cü il tarixli borcun tam ödənilməsinə dair məktubuna əsasən Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 40 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. X1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Kamaz-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, iddiaçının əri X3 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X1nun təqsirli olması bildirilmiş, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “VAZ-21725” markalı 10EE844 dövlət qeydiyyat nişanlı avtomobilə 3950 manat ziyan dəymişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin suətindən görünür ki, cavabdehlər Cavabdeh və X1nun hüquq varisi İddiaçı müştərək qaydada 3950 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumu xərci, cəmi 3980.40 manat alınaraq iddiaçı Maraqlı şəxs Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin sorğusuna əsasən, Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfində daxil olmuş 166/03 nömrəli cavab məktubundan görünür ki, Maraqlı şəxs Sığorta Şirkəti ” ASC-nin 1761/2024 saylı, xx.xx.2024-cü il tarixli borcun tam ödənilməsinə dair məktubuna əsasən Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qətnaməsinə əsasən tutulmalı olan borc tərəflərdən müştərək qaydada tutulsa da həmin məbləğ bütövlükdə iddiaçı tərəfindən ödənilmiş, onun yarısı cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o, borcu ödəməmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

15. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

16. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.

17. Göründüyü kimi, Balakən Rayon Məhkəməsinin 2(019)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin suətinə əsasən, cavabdehlər Cavabdeh və X1nun hüquq varisi İddiaçı müştərək qaydada 3950 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumu xərci, cəmi 3980.40 manat alınaraq iddiaçı Maraqlı şəxs Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Tərəflər Məhkəmə qətnaməsinə əsasən Maraqlı şəxs Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti qarşısı birgə borclu olsalar da iddiaçı tərəfindən birgə öhdəlik icra etmiş edilmişdir. Bu səbəbdən iddiaçı həmin məbləğin (3980.40 manat) yarısı olan, cavabdehin payına düşən 1990,20 manatı cavabdehdən reqres qaydasında tələb etməkdə haqlıdır. Ona görə də Cavabdeh 1990,20 manat pul İddiaçı xeyrinə tutulmalıdır.

18. Beləliklə, məhkəmə cavabdehin iddiaçıya 1990,20 manat borcunun olması, iddianın tam həcmdə təmin olunması qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tələbin təmin olunmasını mümkün sayır.

19. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1990,20 manat borc pul alınıb İddiaçı verilməlidir.

20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, 40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qanunvericiliyin tələbinə uyğundur.

Nəticə hissəsi:

26. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1990,20 manat pul və 40 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar