Məhkəmə qərarları › İş №e-2(016)-39/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-39/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-39/2025 06.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X21 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının Cəbrayılova Könül Alov qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştriakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların ananın himayəsinə verilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment" tələbinə dair iddiа ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh ilə arasında xx.xx.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh alınaraq onun himayəsinə verilməsini, vəkilin göstərdiyi hüquqi yardıma görə 330 manat, 50 manat mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 06 № ilə qeyd edilmişdir. Birgə nikahdan 2 övladları, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 anadan olmuşdurlar. Həyat yoldaşı Cavabdeh və onun ailə üzvləri tərəfindən dəfələrlə fiziki işgəncələrə məruz qalmışdır. Cavabdeh və ailə üzvləri onu döyərək şər və böhtanla evdən qovmuşlar. Sonra o, valideynlərinə xəbər vermiş, onu gəlib Zərdab rayon Qoruğbağı kəndinə ata evinə aparmışdırlar. Övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 hazırda onun himayəsində deyil. Cavabdeh onu övladları ilə görüş və ünsiyyətdə olmağına imkan vermir. Onu övladları ilə təhdid edib onları onsuz böyütmək istəyir. Cavabdeh onu evdən qovduqdan sonra o, övladlarının həyatından narahat olduğu üçün dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Ona Sabunçu Rayon 15-ci PB-dən zəng edərək bu məsələnin mülki məsələ olduğunu, onların həll edə bilmədiklərini və məhkəməyə müraciət etməli olduğuna dair cavab vermişdirlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "uşaqların atanın himayəsində qalması" tələbinə dair qarşılıqlı iddiа ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, İddiaçı ilə 19 oktyabr 2017-ci il tarixdə Ağsu rayon İH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt qeydləri kitabında 06 ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Cəfərli Mirəli jradxan oğlu və xx.xx.2021 -ci il təvəllüdlü X11 doğulmuşdur. İddiaçı ona qarşı 19 oktyabr 2017-ci il tarixdə Ağsu rayon İH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt qeydləri abında 06 №-lə qeydə alınmış nikahlarına xitam verilməsi və birgə nikahdan doğulmuş 31,05.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X2 ondan alınaraq onun himayəsinə verilməsi və mediasiya üçün ödənilmiş 50 manat, məhkəmə büdcəsi üçün 50 manat, vəkil orderi üçün 330 manat, cəmi 430 manat məbləğində pulun ondan tutulması barədə iddia verilmişdir. Bildirir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birgə nikah dövründə uşaqların qayğısına qalmamış, tərbiyəsi, sağlamlığı və uşaqların psixi, fiziki, mənəvi inkişafı, təmizlik və gigiyenası, yeməyi ilə məşğul olmamışdır, onları yad uşaqların yanında, həyətdə oynayarkən dəfələrlə təhqir edib, döymüş və saatlarla çöldə saxlamışdır. Xəstə olduqları zaman isə heç bir ana qayğısı göstərməmişdir. Uşaqların bütün qayğısını o və anası X5 çəkmişdirlər. İddiaçı əxlaqi və digər şəxsi keyfiyyətləri ilə uşaqların tərbiyəsinə mənfi təsirlər göstərmişdir. Belə ki, o, yüngül həyat tərzi keçirərək ona xəyanət etmiş, telefonda ayrı-ayrı kişilərlə danışmışdır. İddiaçının yüngül həyat tərzini təsdiq edən yazışmaları olan fləşkart iş materiallarında mövcuddur. İddiaçının xəyanət etdiyi, əxlaq normalarına yaraşmayan hərəkətlərə yol verdiyi ona məlum olduqdan sonra iddiaçının valideynlərinə zəng etmişdir. Valideynləri də gəlib İddiaçı evlərinə aparmışdır. İddiaçı uşaqlarını atıb getdikdən sonrakı dövrlərdə heç bir zaman övladları ilə maraqlanmamış, hətta uşaqların hər ikisi cərrahi əməliyyat keçirib xəstə olduqları zaman iddiaçıya məlumat vermişlər və uşaqlara baş çəkməyini təklif etmişlər. Lakin iddiaçı xəstəxanaya gəlməmiş, uşaqlarının sağlamlığı ilə maraqlanmamışdır. İddiaçı ata evində qalır, həmin evdə eyni zamanda İddiaçı qardaşı, qardaşının arvadı və uşaqları da yaşayır. İddiaçı qardaşı və onun ailəsi ilə danışmır, münasibətləri ziddiyyətlidir. Atasının evi darısqal, sanitariya-gigiyena qaydalarına və yaşayış minimumlarına uyğun deyildir, uşaqların təhsili üçün şərait yoxdur. İlk iddia üzrə iddiaçının başqa yaşayış yeri yoxdur, heç bir yerdə işləmir, maddi imkanı zəifdir. Uşaqların həmin evdə yaşaması onların psixologiyalarına böyük zərbə vuracaqdır. Uşaqların ananın himayəsinə verilməsi onların mənəvi sarsıntılar keçirməsinə, təhsildən kənarda qalmaqlarına səbəb olacaqdır. Uşaqların hər ikisi onun himayəsində olmaqla onlardan, X4 Bakı şəhəri, Zabrat ssəbəsində 192 №-li tam orta məktəbdə təhsil alır və evdə onlarla yaşayırlar. Onların yaxşı təhsil alması üçün burada kifayət qədər imkanları vardır, yaşadıqları evdə hər bir şərait vardır və rahatlıqları təmin olunmuşdur. Ancaq uşaqlar ananın yanında qalarsa normal yaşayış mənzili olmayacaqdır, rayon mühitində uşaqların təhsili də yarımçıq qalacaq və inkişaf edə bilməyəcəklər. Uşaqların onun himayəsində qalmaları onların mənafeyi üçün uyğundur. Uşaqların hər ikisi ona, nənələrinə və birbirlərinə çox bağlıdırlar. Onlar onun yanında qalmaq istəyirlər, ayrı qaldıqları müddətdə bir dəfə də olsun analarını yadlarına salmayıblar, eyni zamanda İddiaçı da bu müddət ərzində uşaqları ilə maraqlanmamışdır. Buna görə də uşaqların fikir və istəkləri, ona bağlılıqları, iddiaçının əxlaqi və digər mənfi şəxsi keyfiyyətləri nəzərə alınmaqla uşaqların onun himayəsində qalması daha məqsədə müvafiqdir. Odur ki, İddiaçı ilə 19 oktyabr 2017-ci il tarixdə Ağsu rayon İH başçısının Daşdəmirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt qeydləri kitabında 06 ilə qeyd edilmiş nikahlarının pozulmasını, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 onun himayəsində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizənin dəlillərinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında çıxışını yazılı surətdə təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, uşaq anası ilə görüşməsin deyə qarşı tərəf ünvanı deməmiş, zəng vurulan zaman “gözlə xəbər verəcəyik” deyilmiş, lakin heç bir xəbər verilməmişdir. Ata uşaqlara təsir etmiş, bunu icra və probasiyada əməkdaşlar görüş zamanı görmüşlər. Sərbəst görüş olmamış, ata uşaqların əlindən buraxmamış, anasının yanına gəlməsinə maneə yaratmış, bununla da açıq aydın görünür ki, ata uşağa təsir etmişdir. Hazırki mübahisədə uşaqlarını tələb edən ana vardır. Xüsusi ciddi əsas olmadan hər iki uşağın ondan alınması və ondan ayrı qalmaları düzgün və ədalətli deyildir. Odur ki, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edilənləri müdafiə edərək əlavə olaraq bildirmişdir ki, uşaqlar ona, nənəyə və bir-birilərinə bağlıdırlar. İş üzrə qəyyumluq himayəçilik komissiyasının rəyindən də bu aydın görünür, uşaqlara təsirlə bağlı da ekspertiza təyin edilmiş və ekspert rəyində qeyd edilmişdir ki, hər-hansı təsir olmamışdır. Bunu uşaqlarla görüş zamanı da açıq-aydın görmək mümkün idi. Belə ki, uşaqların anaları ilə görüşməsi üçün tərəfindən hər şərait yaradılmış, lakin uşaqlar görüşmək istəməmişlər. Bundan başqa İddiaçı ata evində yaşayır, onun həmin evdə iki uşağı saxlamağa həm şəraiti, həm də imkanı yoxdur. Nikahın pozulmasına etiraz etməmiş, uşaqların onun himayəsinə verilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində qeyd edilənləri müdafiə edərək bildirmişdir ki, məhkəmə prosesi zamanı baxış keçirilmiş “Whatsapp” şəbəkəsi vasitəsilə edilən mesajlardan görünür ki, İddiaçı qeyri etik yazışmalar etmişdir. Buna baxmayaraq Cavabdeh Aişəyə qarşı heç bir şiddət etmədən ailəsinə təhvil vermişdir. İddiaçı uşaqları əvvəlcə atıb getmiş, onlara laqeyd münasibət bəsləmiş, şiddət göstərmiş, bunu məhkəmə prosesi zamanı azyaşlı dindirildiyi zaman bir daha təsdiq etmişdir. Bundan başqa iş üzrə qəyyumluq himayəçilik komissiyasının rəyindən də aydın şəkildə görünür ki, uşaqlar ataya bağlıdırlar və onun yanında qalmaq istəyirlər. Uşaqlara təsirlə bağlı da ekspertiza təyin edilmiş və ekspert rəyində də qeyd edilmişdir ki, hər-hansı təsir olmamışdır. Uşaqlarla görüş zamanı da açıq-aydın görünmüşdür ki, uşaqlar anaları ilə görüşdən imtina etmişlər və barədə aktlar da iş materiallarına əlavə edilmişdir. Odur ki, məhkəmədən nikahın pozulmasını və uşaqların atanın himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Onlar gecə işdən gəlib içəri girərkən çoxdandır itirmiş olduqları mobil telefonu stolun üstündə görmüşlər. Hansı ki, o, telefonu onlar neçə müddətdir ki, axtarırlarmış, hətta Aişə də onlarla birlikdə həmin telofonu axtarmışdır. Telefonu açarkən iki nəfər kişidən mesaj və zənglər gəldiyini görmüşlər. Aişə həmin oğlanlara uşaqlarının da şəklini ataraq qardaşının uşaqları olmasını bildiribmişş. Danışdığı oğlanlardan biri Aişənin öz kollec yoldaşıdır. Digəri isə hərbiçidir. Hərbçi oğlanla zəngləşib danışarkən, hərbçi demişdir ki, Aişəni tanımır, onlayn tanış olmuşdur. Aişə evli deyil subay olduğunu demişdir. Daha sonra həmin nömrəyə bir də zəng çatmamışdır. Bu hadisədən sonra onlar Aişənin anasına məlumat verərək Aişəni aparıb anasına təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, Muradxanın qardaşı Namiqlə dostdur. Ona Namiq zəng edib, hadisə barəsində məliumat vermişdir ki, gəlini telefonla tutmuşlar, telefonda ayrı şəxslərlə danışıqları vardır. Onlar həmin gün Muradxangilə gedərkən gəlin evdə olmamışdır. Uşaqlar evdə imiş. Uşaq əməliyyat olunduğu zaman uşaqları görməyə getmişdirlər, lakin ana uşaqların yanında deyilmiş. Aişənin iki üç dəfə də acıq edərək uşaqları atıb evi tərk etdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, Namiq onların ailə dostudur. Hadisə baş verən günü Namiq yoldaşına zəng edərək, Aişənin əlində telefon tutduqlarını, ailədə problem olduğunu məlumat vermişdir. Onlara getdikdə uşaqlardan biri yatmış, digəri isə oyaq imiş. Aişəni heç vaxt üzdən görməmiş, lakin Aişə ilə Muradxanın toyunda iştirak etmişdirlər. O, uşaqlarla danışanda uşaqlar ataları ilə yaşamaq istədiklərini, anaları ilə qalmaq istəmədiklərini demişlər. Məhkəmə baxış iclasında mütəxəssislər X9 və X10 iştirakları ilə dindirilən xx.xx.2018-ci il təvəllüdlü X4 bildirmişdir ki, yeddi yaşı vardır. Hazırda atası ilə yaşayır və atasının yanında yaşamaq istəyir. O, xəstə olarkən anası ona baxmamışdır. Anasını istəmir, anası qapını bağlayıb onları evə qoymamışdır, onlara yeməyi, suyu çöldə vermişdir, bəzən onlar vurmuşdur, hətta pol taxtasi ilə döymüşdür. Atasının yanında qalmaq istəyir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında nikah Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nin qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixində akt qeydlər kitabında 06 nömrə ilə qeydə alınmışdır. - Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 495858 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 236 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası - İddiaçıdır. - AA4805059 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə anadan olmuşdur. - 30.08.2024-cü il tarixli Cavabdeh etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilənlər əsassızdır, iddiaçının onun və ailə üzvləri tərəfindən fiziki işgəncəyə məruz qalması tamamilə yanlışdır. Əksinə İddiaçı ona xəyanət etmiş, telefonda ayrı-ayrı kişilərlə danışmışdır. İddiaçının yüngül həyat tərzini təsdiq edən yazışmaları olan fləşkartı etirazna əlavə edir. İddiaçı uşaqların qayğısına qalmamış, onları yad uşaqların yanında təhqir edib, döymüş və saatlarla çöldə saxlamışdır. Onların bütün qayğısını anası X5 çəkmişdir. İddiaçının xəyanət etdiyi, əxlaq normalarına yaraşmayan hərəkətlərə yol verdiyi ona məlum olduqdan sonra iddiaçının valideynlərinə zəng etmişdir. Valideynləri də gəlib qızlarını aparmışdırlar. Hətta uşaqlarını atıb valideynlərinin evinə getmiş, daha qayıtmamış, uşaqları ilə maraqlanmamışdır, öövladlarından imtina etmişdir. Uşaqların hər ikisi ona, nənələrinə və bir-birilərinə bağlıdırlar. Eyni zmanda bildirmişdir ki, iddiaçının qaldığı ata evi darısqal, sanitar qaydalarına və yaşayış minimumlarına uyğun deyildir, qardaşı ilə ziddiyyətlidir. Odur ki, iddianın nikahın pozulması hissəsində təmin edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, uşaqların atanın himayəsində qalmasını, 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu, 330 manat vəkil xərcinin, cəmi 430 manat məbləğində pulun iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - “Whatsapp” şəbəkəsi vasitəsilə edilən mesajlardan görünür ki, İddiaçı digər şəxslə müxtəlif vaxtlar və müxtəlif saatlarda yazışmışdır. - Ağsu Rayon İcra Hakimiyyətinin 18 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, azyaşlıların mənafeyini, ataya bağlılığını, uşaqların analarına qarşı soyuqluğu, cavabdehin iddiaçının başqa şəxslə danışmasını, yazışmalarını komissiyaya təqdim etməsi və cavabdehin xahişini nəzərə alaraq azyaşlılar X3 və X2 atası Cavabdeh himayəsinə verilməsini əsaslı və məqsədəmüvafiq hesab edilmişdir. - 18 aprel 2025-ci il tarixli, 11/112 saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəməpsixoloji ekspertizası keçirilməmiş, barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. xx.xx.2018-ci il təvəllüdlü X1 hazırda atası Cavabdeh, qardaşı X7 və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh və qardaşı X7 bağlılığı daha çoxdur. Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik xx.xx.2018-ci il təvəllüdlü X1 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. Lakin xx.xx.2018-ci il təvəllüdlü X1 hazırda psixikasında və davranışlarında hansı valideynin yanında yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. - 01.08.2025-ci il tarixdə Ağsu rayon İcra və Probasiya şöbəsində şöbənin icra məmurları, borclu və tələbkarın iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Sabunçu rayon Məhkəməsinin e-16(008)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Ağsu rayon Məhkəməsinin e-2(016)-39/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı azyaşlı uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi məqsədilə təyin edilmiş icra prosesi zamanı uşaqlar X4 və X11 anaları ilə görüşməkdən imtina etmişlər. - 22777 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 3 saylı Vəkil Bürosunun hesabına MPAY vasitəsilə 330 manat məbləğində vəsait ödənilmişdir. - 62627931 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Ağsu rayon Məhkəməsinin hesabına 50 manat məbləğində ödəniş edilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə cavabdeh İddiaçı rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nin Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 06 № ilə qeyd edilmişdir. Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 doğulmuşlar. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Artıq birgə yaşamırlar və birgə təsərrüfat aparmırlar, məhkəmədən vaxt verilmədən nikahın pozulmasını xahiş etmişlər. Hazırda İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi” tələbinə dair ilkin, Cavabdeh isə İddiaçı qarşı “uşaqların atanın himayəsində saxlanılması” tələblərinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Tərəflər nikahın pozulmasına dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiklərindən, eyni zamanda nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından tərəflərin arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulduğu üçün həmin nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında qalmalıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X1 dindirilməsi, eyni zamanda iş materiallarına əlavə edilən sənədlərlə, dəlillərlə müəyyən edilmişdir ki, azyaşlı xəstə olarkən anası ona baxmamış, anasının qapını bağlayıb onu və digər qardaşını evə qoymamış, onlara yeməyi, suyu çöldə vermiş, anasını istəmədiyini bildirmiş, anası tərəfindən bəzən şiddətə məruz qalmış, laqeyidlik görmüş, bu səbəbdən də davamlı olaraq anası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. xx.xx.2018-ci il təvəllüdlü X4 7 yaşına çatmış olduğundan, o, haqqında həll edilən məsələ barəsində fikri öyrənilməklə nəzərə alınmalı olduğundan məhkəmədə dinlənilmiş və atasının himayəsində qalmaq istədiyini bildirmiş, buna görə ona hər hansı psixi və fiziki təsir olmadığını qeyd etmiş, buna görə də atasının himayəsinə verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X1 xahişi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. 18 aprel 2025-ci il tarixli, 11/112 saylı ekspert rəyində qeyd edildiyi kimi xx.xx.2021-ci il təvəllüdlü X2 yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəməpsixoloji ekspertizası keçirilməsədə həmin ekspertiza nəticəsində qardaşı xx.xx.2018-ci il təvəllüdlü X1 hazırda atası Cavabdeh, qardaşı X7 və anası İddiaçı bağlılığı, eyni zamanda atası Cavabdeh və qardaşı X7 daha çox bağlılığı müəyyən edilmişdir. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları yetkinlik yaşlarına çatmadıqlarından, uşaqların bir-birinə, eləcədə atalarına bağlılığı, xx.xx.2018-ci il təvəllüdlü X1 anasının deyil atasının yanında israrla qalmaq istəməsini, xx.xx.2021-ci il təvəllüdlü X2 yaşı ilə bağlı qeyd edildiyi kimi məhkəmə-psixoloji ekspertizası keçirilməsədə qardaşına bağlı olmasını, faktiki olaraq birlikdə yaşamalarını, həmçinin uşaqların hüquq və mənafeləri nəzərə alınaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyyə edir. Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia qismən, qarşılıqlı iddia üzrə iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın Qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməli, məhkəmə xərcləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mediasiyaya görə ödənilmiş 50 manat, dövlət rüsumu olaraq ödənilmiş 50 manat, göstərilmiş hüquqi yardıma görə 330 manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi, tərəflər ayrı yaşadıqda onlara Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən uşağın onların hər biri ilə ünsiyyət hüququna malik olma hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddia qismən təmin edilsin, qarşılıqlı iddia üzrə iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı аrаsındа xx.xx.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qеyd edilmiş nikah pozulsun. Birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mediasiyaya görə ödənilmiş 50 manat, dövlət rüsumu olaraq ödənilmiş 50 manat, göstərilmiş hüquqi yardıma görə 330 manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Tərəflər ayrı yaşadıqda onlara Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən uşağın onların hər biri ilə ünsiyyət hüququna malik olma hüququ izah edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar