Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-882/2024 12.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 5.000 manat, ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5.070 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vaz 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən iddiaçıda sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən yolun 168-ci kilometrliyi ərazisində avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən tormoz sistemi nasaz vəziyyətdə olduğundan avtomobili saxlaya bilməyib sürüşdürərək su kanalına aşırması zamanı ehtiyatsızlıqdan həmin avtomobilin sərnişinləri olmuş X4 başın küt travması, yumşaq toxumaların qansızma və hematomasından ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər alması, su kütləsinin tənəffüs yollarına düşüb suda boğulma, mexaniki asfiksiya səbəbindən ölməsi, digər sərnişin X1 körpücük sümüyünün qapalı sınığından ibarət sağlamlığa az ağır zərərvurmaya aid xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və onların sağlamlıqlarına ziyan vurmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021ci il tarixli, 1(099)-468/2021 saylı hökmündən görünür ki, 2021-ci ilin 23 mart tarixində Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 168-ci kilometrliyində ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X9 hadisə nəticəsində ölmüş, digər sərnişin X5 isə sağlamlığına az ağır zərər dəymişdir. Cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş cəza şərti tətbiq edilərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına 2 il sınaq müddəti müəyyən edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 1(99)-468/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh barəsində qəbul edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(099)-468/2021 saylı hökmü qanuni qüvvəyə minərək məcburi icraya yönləndirilmişdir. Hadisə nəticəsində ölmüş zərərçəkən şəxs X4 ailə üzvü olan X2 “İcbari sığortalar haqqında” Qanunun 6.4, 6.8, 14.1.3 və 14.2.1-ci maddələrinin tələblərinə əsasən 5.000 manat məbləğində tərəflərindən sığorta ödənişi edilmişdir. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlardan, X8, X6, Mustafayeva (Mayılova) İlahə Fazil qızının doğum haqqında şəhadətnamələrindən və xx.xx.2021-ci il tarixli, 7E-20098 saylı etibarnamədən görünür ki, İlahə Mustafayeva (Mayılova), Amid Mayılov və Abbas Mayılov ölmüş zərərçəkən şəxs Raya Cəfərovanın övladları olmaqla onun ailə üzvləridir. Amid Mayılov və Abbas Mayılov isə Mustafayeva (Mayılova) İlahəyə notarial qaydada etibaranmə vermiş və nəticədə 5.000 manat məbləğində sığorta ödənişi Mustafayeva (Mayılova) İlahəyə ödənilmişdir. Zərərçəkən şəxs Raya Cəfərovanın ölümü ilə bağlı ödəniş xx.xx.2021-ci il tarixli, İ-1280/21 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş **********2 saylı ödəniş tapşırığında öz əksini tapmış və faydalanan şəxsin Mustafayeva (Mayılova) İlahənin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 5.000 manat məbləğ cavabdeh tərəfindən Cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/138 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 01 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1964-cü il təvəllüdlü X4 meyitinin məhkəmə tibbi müyainəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər var: başın küt travması, yumşaq toxumaların qansızma və hematoması. Qeyd olunan xəsarət həyati olmaqla mərhum X4 ölümündən az əvvəl küt əşya əşyaların) təsirindən avtomobil qəzası zamanı salonun içərisində olan hissələrin küt təsirindən əmələ gəlməyə uyğundur və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. X4 ölümünə səbəb avtomobilin aşaraq suya düşməsi zamanı su kütləsinin tənəffüs yollarına düşməsi nəticəsində suda boğulma mexaniki asfiksiya olmuşdur. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci tarixli arayışdan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və edən günə kimi Ağsu şəhəri T.İsmayılov küçəsi 50 saylı evdə qeydiyyatda olmuşdur və yaşamışdır. Mərhum vəfat edəndən sonra aşğıdakı vərəsələri qalmışdır: X3, X10 və X12. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(099)- 468/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətində üzərinə ona davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması hökm edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, köçürmə yolu ilə 5.000 manat məbləğində pul vəsaiti X2 ödənilmişdir. - xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh zərərin məbləğini 5.000 manat məbləğində pulu qeyd edilən müddətdə (7 iş günü) ərzində "xxxx" ASC-yə ödəməzsə iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəkləri və çəkilmiş bütün məhkəmə xərclərinin ondan tutulacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 70 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, “Vaz 2106” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil qəza törətməsi nəticəsində sərnişin X4 ölməsi işin materialları ilə sübut olunur. Bununla da, sığortalanmış “Vaz 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza törətməsi nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, mərhumun vərəsəsinə ziyanın ödənilməsi ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən və o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-882/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-882/2024
12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver