Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-997/2024 05.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4746,55 manat pul və ödənilmiş 67,47 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 may 2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 17,5 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356,65 manat, ümumilikdə isə 19819 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19819 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(016)-81/2024 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilərək, “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1575,06 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 may 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 4746,55 manat ziyan dəymişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul edir, təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən cavabdehin sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 17,5 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356,65 manat, ümumilikdə isə 19819 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitələrinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə İddiaçı MMC şirkətinə məxsus olan “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin təhviltəslimi aparılmışdır. Nəqliyyat vasitələrində əzilmiş hissələr: qabaq bufer sınıq, qabaq faralar sınıq, sol tərəf qabaq hissə (xadavoy) əzilib, sol qanad əzilib, qabaq-arxa disklər əzik vəziyyətdə, təkərlər cırılıb, qabaq yastıqlar açılıb, sağ arxa qapı əzik, avtomobil yararsız vəziyyətdədir. - İddiaçı Avto Servis MMC-nin qüsur aktının surətindən görünür ki, İddiaçı MMC şirkətinə məxsus olan “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə ümumilikdə 4746,55 manat məbləğində ziyan dəymişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-81/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, lizinq obyekti olan 2022-ci il buraxılışlı, «KHAZAR LX» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil İddiaçı MMC-yə qaytarılmış, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 may 2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 sentyabr 2023-cü il tarixə 865,83 manat gecikdirilmiş əsas, 557,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 151,45 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.575,06 manat borc və ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-81/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən lizinq obyekti olan 2022-ci il buraxılışlı, “KHAZAR LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil İddiaçı MMC-yə qaytarılmış, qüsur aktına əsasən həmin avtomobilə ümumilikdə 4746,55 manat məbləğində ziyan dəyməsi müəyyən edilmiş, bundan sonra iddiaçı Cavabdeh lizinq obyekti olan həmin avtomobilin bərpa olunması üçün tələb olunan 4746,55 manat pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə avtomobilə dəymiş ziyanı etiraf etmiş və iddianın təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. Qanunvericiliyin qeyd edilən normalarına əsasən Məhkəmə belə qərara gəlir ki, lizinq obyektinin faktiki qəbulu anından lizinq obyektinin məhv edilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıdığından və hazırki iddia üzrə cavabdeh avtomobilə vurulmuş ziyanı etiraf etdiyindən iddia əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4746,55 manat pul və ödənilmiş 67,47 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4746,55 manat pul və ödənilmiş 67,47 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-997/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-997/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver